29.07.2012

Разукрасим СВОЙ МИР

Şəhəryeri



8000 illik Şəhəryeri alanı Güney Azərbaycanda Xiyav şəhrərinin (Meşginşəhrin) 28 kilonetrliyində, və quzeyin 38 dərəcə 33 dəqiqəliyində, və doğunun 47 dərəcə 55 dəqiqəliyində, "Qərəsu"yun quzeyə döndüyü yerin batısında, Pirazmayanın quzeybatısında, bir böyük qayanın üstündə yerləşibdir.

I ♥ TABRIZ

şair ilham həhrəman-ş şərifə cəfəri -mən

Məmməd Səid Ordubadinin Bayıl həbsxanası və Bakı qoçuları barədə xatiratı

"Qoçular mənə qəzet oxutdururdu"


Məmməd Səid Ordubadi klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olmaqla yanaşı, maraqlı və ziddiyyətli ömür sürən, XX əsr Azərbaycan ictimai-siyasi tariximizdə fəal rol oynayan şəxsiyyətdir. "Söz odası"nın ötən sayında onun qəddar türk düşməni Androniklə müsahibəsini dərc etmişdik. Bu dəfə isə M.S.Ordubadinin Bayıl həbsxanasında həyatı və Bakı qoçuları ilə bağlı xatirəsinin bir hissəsini oxucuların diqqətinə çatdırırıq. Xatırladaq ki, oxuculara təqdim olunan bu xatirat da müəllifin "Həyatım, mühitim" adlı kitabından götürülüb.

Güney Azərbaycan Ağı kəndi - Kəleybər


Ağı kəndi Qaradağ bölgəsinə aid kənddir və gözəl təbiətə malikdir

“KredAqro”nun Cəlilabad rəzaləti davam edir

Ölkədə fəaliyyət göstərən bəzi bank və bank təşkilatları fırıldaqçılıqla məşğul olur. Bu barədə mətbuatda kifayət qədər məlumatlar dərc edilib. Amma, nədənsə həmin qurumlar müəyyən şəxslərin himayələri altında bu çirkin əməllərini davam etdirir, vətəndaşların sosial narazılığına məhəl qoymur. Bu cür təşkilatlar vətəndaşları aldadaraq onlara kreditlər versə də, sonradan həmin pulları sələm kimi almağa cəhd edir. Əhalinin maarifsizliyindən istifadə edən həmin qurumlar savadsız və ehtiyac içində olan ailələrə divan tutur.

Hacı Abgül Süleymanov

Murdar kürd yəhudlərindən İraqa torpaq iddiası

İsrail Nahumaye Yəhudi təşkilatının sədri David Musa Səlim bir məlumat nəşr edərək keçmişdə İraq iqtisadiyyatının böyük hissəsinə nəzarət etdiklərini, İraqda müqəddəs məkanlarının olduqlarını ancaq köç baş verdiyi üçün bunlardan məhrum olduqlarını söylədi.
Defence.az-ın İPA Xəbər agentliyinə istinadən verdiyi məlumata görə keçmişdə İraqda yaşayan İsrailli yəhudilər İraq rəhərliyindən rəsmi olaraq torpaq tələb etməyə hazırlaşır. Əslən kürd yəhudisi olan Musa Səlim buna nümunə olaraq Tövratda keçən Peyğəmbər Nahumun məzarının Qaraquşda, Peyğəmbər Nuhun məzarının Mosulda, Peyğəmbər Danyalın məzarının isə Kərkükdə olmasın göstərdi.

Türk qızı

Günün fotosu


Azer İsmayıl Shäki, Saki məkanındadır.

Boş oturacaq

İmran Kərimli


Yağışlı payız günlərinin birində dayanacaqda ayaq üstə duraraq avtobus gözləyərkən mən ona qarşı olan hisslərimi etiraf etmək ərəfəsindəydim. Özü də mən bunu açıq şəkildə yox, başqa sözlərlə, ancaq səsimin ahəngi ilə bildirmək fikrindəydim. Heç zaman inanmazdım ki, sırtıqlığa az da olsa yaxın olan fikirlərin beynimə belə nüfuz etməsinə yol verə bilərəm. Xoşladığım tutqun hava ilə qarışmış romantik hisslər mənim bütün vücuduma hopduğundan, ayağıma ağır qurğuşun parçası bağlansaydı belə bəlkə də bu ağırlığı hiss etməzdim.

28.07.2012

Dəyərli ziyalılarımız: Əhmədov Bağış Sabir oğlu

19 sentyabr 1972-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Andreyevka (indiki Qarazəncir) kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir. 1994-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun əyani aspirantı olmuş, 2000-ci ildə namizədlik disertasiysını müdafiə etmişdir. 2000-ci ildən iqtisad elmləri namizədidir.1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sənayenini iqtisadiyyatı” kafedrasının (indiki “Müəssisənin iqtisadiyyatı” kafedrasının) baş lobarantı vəzifəsində işləmiş, 2002-ci ildən baş müəllimi vəzifəsində çalışır və 15-dən artıq elmi-metodiki əsərin müəllifidir. 2004-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetininin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda çalışır.
2004-2010-cu illərdə Azərbaycanın sosial-inkişaf problemlərinə dair layihələrdə, o cümlədən beynəlxalq təşkilatların maliyyələşdirdiyi və beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə kordinator, qrup rəhbəri, ekspert kimi iştirak etmişdir..

Xanlar 695 bal toplayıb

Cəlilabadlı abituriyent ən yüksək nəticə göstərdi


3-cü ixtisas qrupu üzrə qəbul imtahanların nəticələri bəlli oldu. TQDK-nın açıqlamasına görə, respublika üzrə 2 abituriyent ən yüksək nəticə göstərib. Cənub TV kanalı xəbər verir ki, onlardan biri Cəlilabad rayon sakini Xanlarzadə Xanlar Mehdi oğludur.
Qarazəncir Tam orta məktəbinin məzunu olan Xanlar 695 bal toplamaqla yüksək nəticəyə imza atıb. Bu uğura valideynləri ilə yanaşı təhsil aldığı məktəbin kollektivi də sevinir. 
 Xanların valideynləri müəllimlik peşəsi ilə məşğul olduqlarından övladlarının təhsilinə də xüsusi diqqət ayırıblar. Belə ki, evin sonbeşiyi olan Xanların bacısı və qardaşı da ali təhsil alıb. Oğlum zəhmət çəkirdi və bəhrəsini də gördü deyən, sevincindən yerə-göyə sığmayan Aybəniz ana isə lap əvvəldən oğlunun uğurlu nəticə göstərəcəyinə inandığını bildirdi.

Dünya gözlərinin yaşına dəyməz

Elçin Mirzəbəyli


Min kaman çəkilə sevda oxuyla
Üstümə çatılan qaşına dəyməz.
Dəyməz bu dünyanın ən uca eşqi
Sevdamın bir qırıq daşına, dəyməz.


Üstümə tökülə sevda yağışı,
Hər damla bir ömrün sevgi naxışı…
Bütün gözəllərin sirli baxışı
Sinəmə sıxdığın qurşuna dəyməz.


Yenə ayrılığa qəlbim tələsdi –
Bu necə sevdadı –
Necə həvəsdi?...
Qurban gözlərinə, ağlama, bəsdi
Dünya gözlərinin yaşına dəyməz.

Xalqı tərəfindən kim sevilir?

Bəy))

Xaçmazda şüşə qablardan ev tikilib



Xaçmaz rayonunun Nabran kəndində  şüşə qablardan ev  tikilib. Kənd sakini Baləhməd Xanbabayev evi 3 il müddətində inşa edib .  
Şüşə qablardan tikilən ev təkcə fərqlilik baxımdan əhəmiyyətli deyil. Bu üsulla tikilən divarlar “Termus effekti” verir. Yəni şüşə qabların içində boşluq olduğundan, ev yayda sərin, qışda isti olur. Tikintisi başa çatsa da bəzi tamamlama işləri yekunlaşmayıb. Bununla belə şüşə evdə yaşamaq istəyənlərdən sifarişlər gəlib. Artıq evdə tursitlər yaşayır.

Günün fotosu

QARNİ MƏBƏDİNİN UZAQDAN GÖRÜNÜŞÜ

ANAMIN ƏLLƏRİ

Xəyalə Sevil


Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat
Cavanlığı barmağından sürüşür.


Anamın əlləri qocalır yaman,
Əllərinə illər ağrısı çökür.
Bizim qayğımızı, zəhmətimizi,
İndi də qocalmış əlləri çəkir.


Bu qocalmış əllər cavan əllərin,
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Daha bir israilli özünü yandırdı

Yanğın zamanı bədəninin 60%-i yanan israillini xəstəxanaya çatdırıblar.


Daha bir israilli özünü yandırdıAzadxeber.org saytının dünya mediasına istinadən verdiyi xəbərə görə, işğal olunmuş torpaqlarda etiraz edən bir xəstə israilli özünü hər kəsin qarşısında yandırdı.
Bu gün səhər saatlarında 48 yaşlı bir israilli kişi özünü yandırmaqla etiraz səsini eşitdirməyə çalışıb. Yanğın zamanı bədəninin 60%-i yanan israillini xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, son iki həftə ərzində İsrail rejiminə etiraz olaraq bu, artıq yanğınla bağlı 8-ci özünəqəsd cəhdidir. İlk dəfə Mişe Səlman adında bir yəhudi ölkədə ədalətə çağırış aksiyalarının ildönümündə özünü yandırmışdı. Sonradan o, həlak olsa da, onun bu hərəkətindən sonra bir çoxları özünü yadırmaqla etirazlarını bildirməyə çalışmışlar.

Bəşəriyyətin düşməni

 Asif Həsənli
Professional Oxucu Liqası

ABŞ dinc əha­liyə qar­şı kim­yəvi si­lah­dan is­ti­fadə et­miş­dir

Bey­nəl­xalq Koa­li­siya qüv­və­ləri İraq mü­ha­ri­bə­sin­də dinc əha­liyə qar­şı «ağ fos­for»dan is­ti­fadə et­miş­di­lər.
2003-cü ilin 18-21 ap­re­lin­də Əl-Na­si­riy­yə şə­həri ya­xın­lı­ğın­da ge­dən dö­yüş­lər­də koa­li­siya qüv­və­lə­ri­nin məğ­lub ol­duğu du­rum­da ABŞ or­dusu şə­hərə kim­yəvi si­lah olan «yan­dı­rıcı ağ fos­for» bu­rax­dı. Pen­ta­qon pol­kov­niki Bar­ri Vi­nebl Nais­riy­yəyə fos­for bu­rax­dıı­ğını eti­raf edə­rək tə­kəb­bür­lü mü­sa­hi­bə­sin­də bu­nun son­ra­lar acı nə­ti­cə­lər ve­rə­cəyi haq­da fi­kir­lə­rini utan­ma­dan «Nyu York Tayms»a da­nı­şır­dı. O de­yir­di:

Nə davran, nə dalan, nə cinas eylə...

Etimad Başkeçid


YOL


- Sən getdikcə uzanan yolda,
                            nə gördün?
- Üfüqlər genişləndikcə dünya daralır…
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz də bilirdim.
  Məhəbbət varmı bu dünyada,
                          sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
  ama hünərdən gəlmiş kimi görünürsən,
- Əğstəfürullah.

Bədheybət nağıl

 Cavidan


Fərz edək ki,
Biz hamımız
Bapbalaca uşaqlarıq
Fərz edək ki,
Gecədir.
Anamız bizim üçün
Qədim bir nağıl danışır...


“...su dağların arasından axardı,
O dağların arasında
Zalım bir Bədheybət vardı,
Yalnız adam başı yeyərdi bədheybət,
Yalnız adam qanı içərdi,
Yalnız adam canına dəyişərdi bir içim su axarını!
Və yalnız adam bahasına yaşayardı
Adam oğulları...

Məhbus baş redaktor canı ilə əlləşir

Məhbus baş redaktor canı ilə əlləşirAstma xəstəliyindən əziyyət çəkən Hilal Məmmədovun üzərində heç bir istintaq hərəkəti aparılmır


Dünən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində “Tolışi sədo” qəzetinin həbsdə olan redaktoru Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi dəyirmi masa keçirdi. Hüquq müdafiəçisi Arzu Abdullayeva Hilal Məmmədovun saxlandığı andan etibarən hüquqlarının kobud şəkildə pozulduğuna diqqət çəkərək bildirdi ki, baş redaktora qarşı fiziki təzyiq olub, evində axtarış prosessual normaların pozuntusu ilə həyata keçirilib: “Ən əsası təqsirsizlik prezumpsiyası pozulub. Biz bir qrup hüquqşünasa vəkillərlə birlikdə müdafiə taktikası və məhbusun hüquqlarının təmin edilməsi üzrə tədbirlər işləyib hazırlamağı təklif etmişik”.                                                                              

Azərbaycan yazıçıları ensiklopediyasını vərəqləyərkən...

 Rövşən Yerfi         


Ötən il “Nurlar” Nəşriyyat – Poliqrafiya Mərkəzi tərəfindən filologiya elmləri doktoru professor Teymur Əhmədovun tərtib etdiyi “Azərbaycan yazıçıları XX – XXI yüzillikdə” ensiklopedik məlumat kitabı nəşr olunmuşdur. Böyük, həm də qalın – 1055 səhifəlik bu kitabın satış qiyməti 50 manat müəyyənləşdirilsə də Yazıçılar Birliyinin üzvlərinə güzəşt edilərək 35 manata satılır. Kitab Teymur müəllimin bu sıradan dördüncü kitabı olmasına baxmayaraq, şübhəsiz, onu hazırlayarkən bu dəfə əvvəlkilərdən daha çox zəhmət çəkmişdir. Çünki, sonuncu nəşrdən sonra Yazıçılar Birliyinin üzvlərinin sayı “özünəməxsus sürətlə” – yüzlərlə nəfər artmışdır.

Şəhid ünvanı "google"dan, qoluboylarla çıxır

Laçın Məmişov


Tbiliski küçəsin vur priboylarla çıxır
Şəhid ünvanı "google"dan, qoluboylarla çıxır


Qara yanvar boyadı al qana bir vaxtı onu
Marşını çaldı çalan, "gay" dirijorlarla çıxır


Elə ki, şər qarışır, bir gəda bir ər çalışır
Başda parik eşiyə sanki dolaylarla çıxır


Efiri zəbt eləmişdi, eşiyi zəbt elədi
Deşiyindən qapının pusdu, qonaqlarla çıxır


Xoruzun banladıb hər gün evinə hallı gəlir
Varlanır "mavi" efir, ad delovoylarla çıxır

Saqi, mey ver, genə bir tazə günah istəyirəm...

 Seyid Əzim Şirvani


O gün olsun ki, səni məclisi-səhbadə görüm,
Gənə dəstində qədəh, meylüvi minadə görüm.


O gün olsun ki, səri-kuyivə, düşsün güzərim,
Özümü izzət ilə cənnəti-məvadə görüm.


Gecə baxmaq nə qədər ayinəyə şum isə də,
Tək üzün ayinəsin zülfi-şəb-asadə görüm.


Bu təmənnadəyəm, ey gül ki, şəhidin mən olum,
Ölərəm qeyrini gər mən bu təmənnadə görüm.


Səndən ötrü nə qəmim, düşsə başım qovğayə,
Təki mən sağ olum, öz başımı qovğadə görüm.

27.07.2012

“Wİ-Fİ”, mikrodalğalı soba, simsiz ev telefonları bizi hədələyir!

Ağaclar quruyur, insanlarsa hələlik dözür


Kabelsiz modemlərin, daha dəqiqi, “Wİ-Fİ”nin yaydığı radiasiyanın insan sağlamlığına zərəri son illərin ən çox müzakirə edilən mövzusudur. Amma Hollandiyadakı araşdırma daha təhlükəli nəticələr ortaya qoydu. Məlum oldu ki, kabelsiz modemlərin yaydığı radiasiya ağacların çürüməsinə və qurumasına gətirir.
Hollandiyanın qərbindəki Alphen Aan Den Rijn şəhərində ağacların saraldığı, qabıq və gövdəsinin quruduğu təsbit edildikdən sonra təcili araşdırmalara başlandı. Ağacların hər hansı xəstəlik səbəbi ilə qurumadığı aydınlaşdı. Məlum oldu ki, həmin bölgədə olduqca çox kabelsiz modemdən istifadə edilir. Alimlər nəticənin belə olacağını gözləmirdilər.

Nəticəni dəqiqləşdirmək məqsədi ilə həmin zonaya daha çox “Wİ-Fİ” ötürüldü. 3 ay boyunca 20 ağaca ötürülən radiasiya bitkilərdə alimləri şok edəcək izlər buraxdı. Radiasiya nisbəti artırıldıqca ağacların yarpaqlarının daha sürətlə saraldığı və gövdəsinin quruduğu ortaya çıxdı.

BİLMƏDİM, BİLƏCƏKSƏN...

Zaur Qəriboğlu


Özümü həyatda sevə bilmədin,
Öləndən sonra...
Qəbrimi sevəcəksən.
Mən səni bu dünyada öpə bilmədim,
Sən mənim məzar daşımı öpəcəksən.
Nə bir çiçəyimi aldın,
Nə bir gülümü,
Qəbrimin torpağında gül əkəcəksən.
Mən sənin nazını çəkə bilmədim,
Sən mənim həsrətimi çəkəcəksən...


İNSAN ÖMRÜ


Bir insan gedir qarşımdan,
Harasa tələsir,
Tələsə-tələsə,
Məndən öncə girir
Metro stansiyasına...

Keçmişi gəl xatırlatma...

Arzu Hümbətova


Keçmişi gəl xatırlatma...
onlar gərək deyil mənə.
Unutmuşam birər-birər,
çünki dərd verirdi mənə.
Baxışlarını çək məndən,
salma əsirliyə məni.
Yalanlarını uzaq et,
çevirmə dəliyə məni.
Hər şey necə varsa, elə-
xatirə olaraq qalsın.
Gələcəkdə xatırlasaq,
deyərik ki, KEÇMİŞ OLSUN.


Keçmişi gəl xatırlatma...
əzabım günbəgün artır.
Qarşında günahım çoxdur,
vicdanım yaxamı dartır.
Səndən sonra elə susdum,
düşündülər laldır dilim.
Bilməm hara getdin, noldun.
yaman itdin ilim-ilim.

Oğluma alacam səni...

 Rövşən Naziroğlu

 Ağlama, ağıllan bir az,
 ağlıma alacam səni.
 Sonu xoşluğla qurtaran, 
 nağlıma alacam səni.

 Boz dumana bürünərəm...
 Mən yanında görünərəm...
 Gülmə, fikrimdən dönərəm,-
 ağlama, alacam səni.

 Bir divara səbrini cız...
 Gözlə döyülər qapınız...
 Böyümə ha!,- sevdiyim qız,
 oğluma alacam səni... 

Sayman Aruz - Sevgi Azadlıqdır

Suriya ordusu Dəməşq küçələrini terrorçulardan təmizləyir


Azadxeber.org saytının Əl-Aləm kanalına istinadən verdiyi məlumata görə, ordu “Nəhr Eyşə” məntəqəsində əməliyyatlar aparır. Ordu səlahiyyətlilərindən birinin dediyinə görə, bu məntəqədə terrorçular dinc əhalinin evlərinə soxularaq talançılıqla məşğul olmuşlar.
Lakin hal-hazırda bu məntəqədə əmin-amanlıqdır. 
Artıq qeyd etmişik ki, bu ölkədə terrorçularla Suriya ordusu arasında gedən küçə döyüşlərində terrorçu qruplaşmalardan xeyli sayda tələfat baş verib. Həmçinin, Qərb və ərəb ölkələrinə məxsus 18 kəşfiyyatçı həbs edilib.

SURİYADAN AÇIQLAMA: "YAĞLI TİKƏ" ƏLƏ KEÇİRMİŞİK

Bir neçə türk zabiti də ələ keçirilib


FaktXeber.com-un “əl-Aləm” telekanalına istinadən verdiyi məlumata görə, Suriya ordusu paytaxt Dəməşqi muzdurlardan təmizlədikdən sonra, İdlib və Hələb şəhərində terrorçulara ağır zərbə endirib. 4000 mindən çox terrorçunu məhv edən Suriya ordusu 7500-dən çoxunu yaxalayıb. Onların içində Qərb və ərəb ölkələrdindən olan 18 kəşfiyyatçı da var. Bundan əlavə Suriya hökuməti əməliyyatlar zamanı çox əhəmiyyətli olan bir şəxsi yaxaladıqlarını söyləyib. Tutulan şəxsin kimliyi barədə açıqlama verilməsə də, Suriya tərəfi ona “yağlı tikə” adı verib.
Qeyd edək ki, Hələb şəhərində Türkiyənin bir neçə yüksək rütbəli zabiti də tutulub. Onların sözügedən şəhərin ətrafında terrorçulara təlim keçməsi bildirilir.

Ситуация на Ближнем Востоке глазами американца


Максим Шевченко: Преступные злобные твари

Lerik

26.07.2012

РИСКИ И ПЕРСПЕКТИВЫ, СВЯЗAНЫЕ С АЗЕРБАЙДЖАНОМ В ПЕРИОД ГЛОБАЛИЗАЦИИ

На сегодняшний день в Азербайджане проблема западной экспансии в регион все чаше озвучивается как на научном уровне, так и уровне общественного мнения. Те, кто всего лишь несколько лет тому назад являлись пропагандистами стратегических интересов Запада в стране и активно защищали даже простое подражание Западу как самый оптимальный путь развития Азербайджана, теперь признают уже «западный империализм» [15]. Бывший государственный советник Вафа Кулизаде еще три года назад отвергал мнение русских и турецких политологов об «американском экспансионизме», называя это их выдумкой, теперь же, напротив, воспринимает США как империалистическое государство и упоминает о факте того, что сегодня Азербайджан находится лицом к лицу с экспансионизмом Запада. Лицо, которое несколько лет тому | назад хотело видеть Азербайджан как «копию» США, теперь открыто высказывает критические мысли о западной системе правления. В определенных правящих кругах страны также начинает просматриваться та же тенденция. Как в научных, так и политических структурах страны усиливаются антизападные настроения, что связано прежде всего с тем, что надежды, когда-то возлагаемые на западную демократию, рухнули, сейчас же идет разрушение мифа о «справедливом Западе».

Dindarlar İranpərəstdir, yoxsa hökümət anti-İrandır?

Asim Məmmədov


90-ci illərdə Az Tv-ni mütəmadi izləyən insanlar yəgin ki, mərhum Əbülfəz Elçibəyin Dağlıq-Qarabağ müharibəsinin qızğın çağında canlı yayımda etdiyi bəyanatı xatırlayarlar: "Əgər mən bilsəm ki, Qarabağ İranın köməyilə azad olunub, mən öz əllərimlə bu torpaqları ermənilərə verəcəm!" Bu çıxışdan məlum olur ki, o vaxtkı hökümət üçün ermənilərin zərbəsi, İranın köməyindən daha şirin idi. Belə olan halda nəinki İranı sevən, heç sadəcə bu ölkəni söymək istəməyən insanlara "Molla rejiminin casusu" damğasının yapışdırılması heç də təccüblü deyil. Baxmayaraq ki, Elçibəy çoxdan ölüb və milliyyətçilər hakimiyyətdən gediblər, onları əvəz etmiş Əliyevlər İran məsələsində fərqli mövqe göstərməyiblər. Hərçənd ilk vaxtlarda, xüsusən də mərhum Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olanda, İrana qarşı olduqca yaxşı münasibət bəslənilirdi. 95-ci ildən başlayaraq isə, Avropaya integrassiya siyasi xətti start götürüb və İran bu xəttin həyata keçirilməsində potensial maneə olduğundan, hökümət tərəfindən ideoloji düşmən elan edildi...

Hacı dayının yeni lətifələri

Baş soğan


Hacı dayıdan soruşurlar:
- Ay hacı dayı, spirtli içkilərə necə baxırsan?
- Nə başo ağrıdım, spirtli işkinin dadını bilmirəm, amma görmüşəm ki, onu içənlər baş soğanı qızıləhmədi alma kimi yiyillər.


Peşə iştiqaməti


Hacı dayıdan uşaqlarına neçə peşə öyrətməsinin sirlərini soruşurlar.
O deyir:
- Çağanın qulağına təzə pulu yaxınlaşdırıb şaqqıldadıram. Əyəm uşax başını pul tərəfər çöörürsə, dimax bunnan yaxşı tacir çıxasıdı, yox əyəm başını tərpətməsə, yəqin ki, başqa sənətə gediciyh.


Mazol dərmanı


Hacı dayı abtobustan düşən kimi bir uşaq ona yaxınlaşıb soruşur:
-Ay əmi, mazol dərmanı istəyirsən?
Hacı dayı pulunu verib, iki ədəd “mazol dərmanı ”alır. Açıb baxmaq istəyəndə uşaq qoymur ki, kulək aparar.

Ən yaxşı region qəzeti

İyulun 18-də Masallıdakı “Gənclər evi”ndə ölkənin ən tanınmış media nümayəndələri toplaşmışdı. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin, BDU-nun professorları, tanınmış media ekspertləri Qulu Məhərrəmlinin, Zeynal Məmmədlinin, Beynəlxalq Media Dəstək Fondunun Azərbaycan üzrə layihə-proqram direktoru Gülnarə Axundovanın qatıldığı tədbirdə öncə regional mətbuatının problemləri müzakirə edildi, Yeni Nəsil Jurnalistlər Birliyinə üzv olanlara vəsiqələr təqdim olundu. Daha sonra Yeni Nəsil Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin Masallı mərkəz olmaqla “Cənub xəbərləri” qəzetinin bazasında Regional Mərkəzinin yaradılması rəsmən elan edildi.

Tərlan Saleh. Qəzəllər


Bir şah olsan da güvənmə aləmin gərdişinə,
Rayihə eylər tikan, çox bənd olma vərd  işinə.


Xeyir iş gör, əməlinlə nur saçılsın cahana,
Namərdə vermə zəmanət, yardım ol mərd işinə.


Sözünü yaxşı bişir, çiy çıxar, udulmaz olar,
Dodağından çıxacaq hər sözü vur hər dişinə.


Şahı mat eyləyənin dərkinə əhsən deyərəm,
Bir sözüm yoxdu mənim it sümüyü- nərd işinə.