24.12.2012

Amerikalı səfiri avtomobilindən düşməyə qoymadılar


Hərbçilər və polis əməkdaşlarının müdaxiləsinə baxmayaraq misirlilər Ann Petersonun içəri daxil olmasına icazə verməyib

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-ın Misirdəki səfiri Ann Peterson ölkədə keçirilən referendum seçkilərində müşahidə aparmaq istəyərkən əhalinin təzyiqi ilə qarşılaşıb. Paytaxt Qahirə şəhərində yerləşən Məhəmməd Səlamə adlı məktəbdəki səsvermə məntəqəsinə yollanan amerikalı səfir avtomobilindən aşağı düşə bilməyib. Hərbçilər və polis əməkdaşlarının müdaxiləsinə baxmayaraq misirlilər Ann Petersonun içəri daxil olmasına icazə verməyib.
Qeyd edək ki, Misirdə "Müsəlman Qardaşlar" hərəkatı  Konstitusiyanın yeni layihəsi üzrə referendumun ikinci mərhələsinin nəticələrini açıqlayıb. Onlar 70 faiz misirliinin yeni sənədi dəstəklədiyini bildirib.

Комментариев нет:

Отправить комментарий