26.12.2012

“Mən bir şiə olaraq əhli sünnə qardaşlarımı müdafiə edəcəyəm”

İraqda şiə liderlərindən olan Müqtəda Sədr, ölkənin yalnız bir məzhəb, partiya və ya qrup tərəfindən idarə olunmasına müxalif olduğunu bildirib. "Yeni Şərq"-in İslamazəri-yə istinadən verdiyi xəbərə görə xalqa xitabən etdiyi çıxışda Sədr bildirib ki, təriqətçilik ağıl, hikmət və əxlaqla izah edilə bilməyəcək bir məsələdir. Sədr əhalisinin əksəriyyəti Əhli Sünnə olan əl-Anbar şəhərində etdiyi çıxışda mən bir şiə olaraq əhli sünnə qardaşlarımı müdafiə edəcəyəm deyib. Bundan başqa məzhəbçiliyin heç bir problemi həll etməyəcəyini bildirən Sədr əksinə mövcud çətinlikləri daha da artıraraq çıxılmaz bir vəziyyət yaradacağını ifadə edib. “Biz tək bir məzhəbə söykənən hökumət gətirmək istəmirik. İraq hər kəsin ölkəsidir, diktatorluqla və məzhəb savaşları ilə idarə oluna bilməz. Əgər bir məzhəb içindən bir adam ya da qrup xəyanət etmişsə bunu o məzhəbin ayağına yazmaq doğru deyil. Bəzi qrupların xəyanəti məzhəbləri qarşı-qarşıya gətirməməlidir."

"Yeni Şərq"

Комментариев нет:

Отправить комментарий