31.12.2012

“Bu ruhaninin şücaətinə heyran qalmışam” (Zindandan məktub)

İslamazeri.az Hacı İlqarın məktubunun mətnini təqdim edir

“Quran ayəsi tapdalanır, İmam Hüseyn bu gün olsaydı nə edərdi?
Biz niyə bu sualı təkrar edirik? Quran ayəsi ilə açıq-aşkar mübarizə aparırlar. Biz hansı anı gözləməliyik ki, nəsə bir iş görək? Saqqal saxlamaq barədə Quranda açıq-aşkar ayə yoxdur. Elementar bir məntiqdir. Bir nəfər gəlib deyə bilməz ki, həqiqətən Quranda filan ayədə yazılıb ki, saqqal vacibdir. Qeyri-müstəqim ayə var ki, özünüzü peyğəmbərə oxşadın və sair.  Amma Qurani Kərimdə bir başa, açıq aşkar şəkildə kifayət qədər ayələr var ki, hicab vacibdir. İndi bir sual verilə bilər ki, bu gün qanun qəbul edilsəydi ki, saqqallarınızı qırxın bu daha dəhşətli olardı ya hicab? Təbii ki hicab.
Ölkə səviyyəsində saqqalın qırxılmasına münasibət bildirilərdi, amma hicab məsələsində münasibət bildirilmədi. Bütün mollalar, seyyidlər qiyamətdə buna cavab verəcək.

Bu bidət deyil?! Bəs bidət nəyə deyirsiniz?
Bizim məsciddə bir duadan ötrü bu məsələ araşdırıldı. Fərəc duasının sonunda “birəhmətikə ya ərhəmər rahimin” cümləsi var ya yoxdur? Dedilər bu bidətdi, duada bele bir cümlə yoxdur. Müstəhəb bir əməldə, duada biz bu qədər diqqətliyik, ama İslamın açıq-aşkar ayəsi tapdalanır. Bu bidətin qabağına çıxan yoxdur. Hansı nəzərə görə, hansı məntiqə görə?!
Peyğəmbəri Əkrəm buyurur, “bir zaman ki, bidətin meydana gəldiyini görsəniz, alimlərə vacibdir ki, öz elmlərini izhar etsin, aşkar etsinlər. Əgər alim bu işi görməsə Allahın və mələklərinin lənəti o alimin üzərindədir”. Bəs burda bundan artıq nə baş verməli idi ki, ruhani öz elmini aşkar etsin?!
Quranın açıq şəkildə vacib etdiyi hicab tapdalandı, daha sonra dedilər ki, bu gün kəbin gərək deyil. Cəmiyyətin korlanması üçün telekanallarda, saytlarda açıq şəkildə pozğunluğu təbliğ edirlər. Boşananların, narkomanların, fəsad dalıyca gedənlərin sayı günü gündən artmaqdadır. Bu qədər İslama bidət gətirirlər. Yəhudi oturub orda “kalonkaları” burdadır. O ordan nə deyirsə burda eşidilir. Azərbaycanın ürəyində gəlib yəhudilər məskən salıb, Azərbaycana yiyələnmək istəyirlər. Müsəlman xalqın düşüncəsini işğal edirlər. Amma bu gün Azərbaycan ruhaniləri, dindarları buna etinasız yanaşır. Hansı günü gözləyirlər?!
İmam Hüseynin (ə) qiyamından danışanda, “Hüseyn, Hüseyn şüarımız, şəhadər iftixarımız”  deyəndə doğrudan da vicdan əzabı çəkmirsinizmi?!
“Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız” deyəndə İmam Hüseyn (ə) və digər imamlardan heç utanmırıq ki, yalandan deyirik?! Hansı imam (ə) dildə danışmağımızla bizə inanar?
İmam Hüseyn (ə) həm məntiqdə, həm də əməldə bidətin necə aradan götürüldüyünü bizə açıq şəkildə göstərdi.
Allah Təala Qurani Kərimdə bizdən soruşur ki, niyə elə sözlər danışırsınız ki, onu əməl ilə sübuta yetirə bilmirsiniz?
Hər il Məhərrəm ayında minbərdə İmam Hüseynin (ə) şücaətindən, məntiqindən, həyasından, Allaha bağlılığından danışırıq. Bir halda ki, hicabı müdafiə etməyə şücaətimiz yoxdur, necə İmam Hüseyndən danışırıq? İmam Hüseyn bu gün olsaydı o da quru-quru danışardı deyə düşünürüksə biz ümumiyyətlə İslamı, Peyğəmbəri (s), Əhli-beyti (ə) anlamamışıq.
Hacı Abgülün cavan yaşında şücaətinə, iradəsinə heyran qalmışam. Məhkəmədə nəzarətçi əsgərlərdən biri məndən soruşdu ki, nə üstündə tutulmusan? Dedim: “Hicab üstündə”. Dedi: “Hacı, hicab üstündə tutulan bir nəfəri desəm tanıyarsan?” Dedim: “De görüm hələ”. Dedi: “Hacı Abgülü tanıyırsan?” Dedim: “Hə. Qardaşımızdır”. Dedi: “Mən Hacı Abgülü məhkəmədə gördüm. Mən hələ o cür insan görməmişdim. Hakim ona 11 il həbs cəzası verəndə dedi ki, niyə mənə 12 il vermirsən? 12 imama görə 12 il həbs ver. Hamı içəridə donub qalmışdı. Ağlamaq tutmuşdu məni. Məhkəmə zalında ağlaya bilmədim. Hacı əmi and ola Allaha, xidmətim bitsin, evdə Hacı Abgülün şəkillərindən guşə  düzəldəcəm. Hər axşam hacı üçün  ağlayacam. Necə insandır o, məəttəl qalmışam. İnana bilmirəm ki, belə bir mücahid insan olarmış”.
Ruhani vəzifəsi o qədər ağırdır ki, İmam Zamanın cəmiyyətdəki mövqeyinə uyğun vəzifələrini ruhanilər icra etməlidirlər. Necə danışmalıdır ruhanilər, necə hərəkət etməlidir? Bunları bilməlidir. Dünənə qədər bütün ruhanilər İslamın kölgəsində qol-qanad açıblar. Bu gün də İslamın müdafiəsi üçün ruhanilərin əməyi gərəkdir.
Bizim Quran hökmlərinin qorunmasına köməyimiz, İmam Hüseynin (ə) Kərbəladakı köməkçilərinin zəhməti qədər olmalıdır. İmam Hüseyn karvanı həmişə var. Haqq karvanı ilə batil karvanı qiyamətə qədər var.
Görürsən bir arı dağlardakı gülləri axtarıb tapır, onlardan şirə toplayıb bal düzəldir. İmam Hüseyn (ə) karvanı da tarix boyu, qiyamətə qədər bu ruhaniləri, möminləri yığacaq, axırda bir gülüstan, bal düzəldəcək”.

Комментариев нет:

Отправить комментарий