25.12.2012

Stalinin çəkdiyi şəkil


Bu yaxınlarda arxivdə Stalinin günah işləmiş maliyyə nazirinin cəzalandırılması metodunu çəkdiyi bir şəkil aşkarlanıb.
Şəklin yanında isə proletariatın başçısının öz əli ilə yazdığı kiçik bildiriş var.

Şəklin sağ tərəfindəki yazı:
"P(olit). B(üro)nun üzvlərinə
Bryuxanov bütün indiki və keçmiş günahlarına görə xayalarından asılsın; əgər xayaları dözsələr, məhkəmə üzrə bəraət qazanmış hesab olunsun, dözməsələr, o, çayda batırılsın.

İ. St."


Orijinalı:
"Членам П(олит).Б(юро).
За все нынешние и будущие грехи подвесить Брюханова за яйца; если яйца выдержать, считать его оправданным по суду, если не выдержат, утопить его в реке.
И. Ст."

N.P Bryuxanov - 1930-cu ildə, şəkil çəkilmiş vaxtda SSRİ-nin milli maliyyə komissarı idi. 1938-də represiya edilib."

Комментариев нет:

Отправить комментарий