
Şəxsən Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykaya ünvanlanmış müraciətdə deyilir: “Qorbaçov “Vətənə xəyanət”, “Hakimiyyətdən sui-istifadə”, və “Səlahiyyətlərin aşması” maddələri ilə mühakimə olunmalıdır. Çünki avqust-dekabr 1991-ci ildə SSRİ-nin Qorbaçov başda olmaqla SSRİ-nın bir qrup vəzifəli şəxsi, qəsdən, şəxsi maraqlar əsasında, konstitusiya və dövlətçilik əleyhinə cinayətlər törətmişdilər. Cinayətlər göz qabağındadır, lakin onları törədmiş şəxslər hələ də məsuliyyətə cəlb olunmayıblar.”
Lakin prokurorluq Qorbaçova qarşı cinayət işi açmaqdan imtina edib. Baş prokurorun müavini V.Y.Grinyanın cavabında deyilir: “Qorbaçov və digər vəzifələri şəxslərin işinə yenidən baxılması və onları cinayət məsuliyyətinə cəlb etmək üçün əsaslar yoxdur.” Prokurorluq həmçinin Qorbaçovun toxunulmazlıq hüququna malik olduğunu xatırladaraq, Fyodorovun müraciətini rədd edib.
Комментариев нет:
Отправить комментарий