26.12.2012

"NATO "Patriot"ları İranı vurmaq üçün quraşdırır"

"Patriot"ların qurulmasına etiraz edilməsinin vacibliyini önə çəkən Kamalak AKP hökümətini ABŞ-a aldanmaqda ittiham edib

Səadət Partiyası sədri professor Mustafa Kamalak növbəti dəfə NATO-nun Türkiyə ərazisində yerləşdiriləcək "Patriot" raket kompleksilə bağlı tənqid xarakterli çıxış edib. "Yeni Şərq"-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, telekanallardan birinə müsahibə verən partiya lideri NATO-nun Türkiyədə quraşdırdığı "Patriot" raket kompleklərinin əsas hədəfinin İran olmasını bildirib. Çıxışında siyasətçi deyib ki, İranı vurmaq üçün quraşdırılan bu kompleksə görə sonunda Türkiyə və türk xalqı ziyan çəkəcək. Müsəlmanların qətliamının qarşısını almaq üçün "Patriot"ların qurulmasına etiraz edilməsinin vacibliyini önə çəkən Kamalak AKP hökümətini ABŞ-a aldanmaqda ittiham edib.

"Yeni Şərq"

Комментариев нет:

Отправить комментарий