13 mayda əxlaq və kapitalizm haqqındakı fikirlərin yazıldığı bu esse, 2010-cu ildə korporasiyalarda psixi problemlərə dair aparılan tədqiqatların nəticələrinin düzgün olmadığını ortaya çıxarır.
Tədqiqat aşkar edib ki, "Wall Street"-də işləyənlərin10 faizinin kliniki psixopat olmaları ilə bərabər, 203 korporativ mütəxəssislərin 4 faizi psixopat kimi təsvir edilə bilərlər.
Bundan əlavə, “Davranış Elmləri və Qanun” jurnalı üçün aparılan bu tədqiqat tipik nümunəyə əsaslanmır; və tədqiqat rəhbərləri deyirlər ki, bu 4 faizlik rəqəm çoxsaylı korporativ rəhbərlərə və icraedicilərə aid edilə bilməz.
Bu iddialar barədə məni çaşdıran tək şey odur ki, istənilən adam buna təəccüblənir. Wall Street əsl formada kapitalizmin özüdür və kapitalizm pis rəftara əsaslanır. Bu yeni bir xəbər deyil. İngilis yazıçı Bernard Mandevil təxminən üç əsr əvvəl yazdığı “Arıların Nağılı” adlı satirik nəzmlə olan fəlsəfi traktatında bunu təsdiq etmişdi.
“Şəxsi nöqsanlar, İctimai faydalar” kitabın yarımbaşlığı belədir. İqtisadiyyatın Makiavellisi – bizi fikirləşdiyimiz kimi yox, olduğumuz kimi göstərən bir adam – Mandevil iddia edir ki, kommersiya cəmiyyəti inkişafa, bizim sahib olduğumuz riyakarlıq, dəbdəbə və təkəbbür kimi təbii istəklərimizdən istifadə etməklə nail olur. “Təkəbbür” deyərkən Mandevil “şöhrətpərəstlik”, dəbdəbə deyərkən isə hissi yumşaqlıq istəyini nəzərdə tutmuşdu. Bütün bunlar isə tələb yaradır – hər kəsin bildiyi tələb. Təklif edən tərəf isə, dediyimiz ağ riyakarlıqdır: “Bütün peşə və yerlərdə riyakarlıq var, yalansız peşə yoxdur”.
Başqa sözlə, Enron, BP, Goldman, Philiph Morris, G.E., Merck, və s. və s. Mühasibat fırıldaqçılığı, vergidən yayınma, zəhərli dempinq, məhsul təhlükəsizliyi pozuntuları, ticarət zamanı əvvəlcədən razılaşma, yüksək hesablar, saxtakarlıq. Walmart rüşvətxorluğu skandalı, hər gün biznes sektorunda meydana çıxan Xəbərlər Korporasiyasının xaker skandalı…
İşçiləri aldatmaq, müştəriləri incitmək, ərazini məhv etmək…
İctimaiyyəti asılı hala salmaq. Bunlar anomaliya deyil; bunlar sistemin necə işlədiyini göstərir: bacardığını edirsən və hər şeyin üstü açılanda aradan çıxırsan.
Mən həmişə biznes məktəbi anlayışının gülünc olduğunu fikirləşmişəm.
Onlar hansı növ kurslar təklif edirlər? Soyulmuş dullar və yetimlər? Kasıbların əzilmiş sifəti? Hər iki yola əl atmaq?
İctimai axurda qidalanma? Bir neçə il əvvəl “Korporasiya” adlı sənədli film çəkilmişdi ki, bu da korporasiyalarin fiziki şəxslər olduğu ideyasını qəbul edirdi və daha sonra isə həmin sənədli filmdə bu fiziki şəxslərin necə biri olduqları soruşulurdu. Cavab isə əlbəttə ki, belə idi: başqalarına laqeyd yanaşan, günahdan başqa əlindən heçnə gəlməyən, ancaq öz maraqlarını güdən “psixopatlar”.
Bəli, əxlaqlı korporasiyalar, əxlaqlı iş adamları var, ancaq kapitalizm üçün əxlaq tamamilə əhəmiyyətsiz və xas olmayan bir şeydir. Bazardan mənəviyyat gözləmək böyük səhv buraxmaq deməkdir. Kapitalist dəyərləri bir Xristian üçün mənəviyyatsızlıqdır (ictimai həyatımızda rast gəldiyimiz qatı xristianların həm də yüyənsiz azad bazarın mübariz müdafiəçisi olması onu göstərir ki, hər şey insanın vicdanından asılıdır). Kapitalist dəyərlər həm də demokratik insanlar üçün əxlaqsızlıqdır. Xristian əxlaqı kimi respublika quruluşlu dövlət də bizdən başqalarının maraqlarını nəzərə almağı tələb edir. Ancaq öz mənfəətini güdmə hissi yaradan kapitalizm bizi inandırır ki, hər kəs özü üçün yaşamalıdır.
Bu günlərdə, Ayn Randın davamçılarından olan sağ yönümlu təbliğatçı Frans Luntz tərəfindən dilə gətirilmiş “iş yaradıcıları” ifadəsi ətrafında böyük müzakirələr gedir. Varlılar malik olduqları hər şey kimi minnətdarlığımıza da layiqdirlər, başqa sözlə, yerdə qalanlar paxıllıq edənlərdir.
Hər şeydən əvvəl, uğurlu iş adamları iş yerləri yaradıcılarıdırsa, işçilər də sərvət yaradıcılarıdır. İş adamları sərvətdən işçilərə iş vermək üçün istifadə edir. İşçilər isə əməkdən iş adamlarına sərvət vermək üçün istifadə edir – korporativ gəlirlərə sərf olunan həddən artıq yüksək məhsuldarlıq, daha çox və yüksək maaşlar və digər kompensasiyalar. Halbuki, bu o demək deyil ki, bir tərəfin məqsədi digərinə xeyir verməkdir.
Bununla yanaşı, iş adamları və varlılar bir-birindən fərqlənir və onların arasında qismən uyğunluq var. Varlıların çoxu iş adamları deyil; onlar mövcud korporasiyaların icraediciləri, müxtəlif növ müəssisə rəhbərləri, çox varlı həkim və hüquqşünaslar, daha çox uğurlu əyləncə adamları və idmançılar, sadəcə olaraq mirasa sahib olmuş adamlar və əlbəttə ki, "Wall Street"-də işləyənlərdir.
Ən vacibi isə odur ki, nə iş adamlarının, nə də varlıların beyin, ağır əmək və risk üzərində inhisarı yoxdur. Elm xadimləri, rəssamlar, alimlər də var ki, onlar da hər hansı iş adamı kimi fərasətlidilər, sadəcə onlar müxtəlif mükafatlarda maraqlıdılar. Öhdəsində işi olan və ictimai kollecdə işləyən tək ananın işi hər hansı mühafizə fondu rəhbərinin işi qədər çətindir. Girov kağızı və ya tələbə krediti alan və ya uşağı olan bir adamın istənilən vaxt işini itirməsi, istənilən yeni biznesə başlayan adamların təhlükə ilə üzləşməsi kimi böyük riskdir.
Böyük siyasi məsələlər bu anlayışlardan asılıdır. Biz nəyə və nə qədər vergi veririk; nəyə və kimə pul xərcləyirik. “İş yaradıcıları” yeni termin olsa da, bu ancaq yaltaq tərifi ifadə edir və açıq-aydın nifrət yaradır. Kurt Vonnequt özünün “Sallaqxana N5”əsərində demişdi ki, “kasıb amerikalılar özlərinə nifrət etməyə məcbur olur. Beləliklə, “onlar özlərinə hiddətlənirlər və öz daha yaxşıları tərifləyirlər”. Kasıblar tənbəl, axmaq və ziyankardılar. Varlılar isə möhtəşəm, cəsur və yaxşıdılar. Onlar öz xeyriyyəçiliyini bizim başımızın üstündən yağdırırlar.
Mandevil inanırdı ki, öz marağı naminə olan şəxsi məşğuliyyət ictimai rifaha töhfə verə bilər, ancaq Adam Smitdən fərqli olaraq, o fikirləşmirdi ki, bu, özlüyündə baş verir. Smitin “əli” “gözəgörünməz” idi – bazarın avtomatik hərəkəti. Mandevil müasir qanunvericilikdə, nizamnamədə, vergiqoymadakı müasir terminlər sırasına, “bacarıqlı siyasətçilərin idarəçiliyi” terminini gətirdi. Ya da özünün dediyi kimi, “Nöqsan o zaman faydalıdır ki, o Qanun altında və buxovlanmış olsun”.
Uilyam Diriseviç – Esseyist, tənqidçi və “Ceyn Ostin tərbiyəsi” əsərinin müəllifi
Tərcümə: Günel Təhməzzadə
Комментариев нет:
Отправить комментарий