Faşist Almaniyasının ideoloqu Alfred Rozenberqin "XX əsrin mifi" adlı fundamental əməyi var idi. Müəllif keçən əsrin mifi ilə bağlı nəyi nəzərdə tuturdu deyə bilmərəm, belə ki, Hitlerın "Mənim mübarizəm" kitabından fərqli olaraq azad nəşriyyata buraxılmayıb. Amma iyirminci əsr doğrudan da qlobal miflərlə zəngn idi. Belə miflərdən biri o olub ki, ABŞ-da böyük imperiya statusuna uyğun olan həqiqətən güclü və ən əsası döyüş qabiliyyətli ordu mövcuddur.
ABŞ-ın və onun ordusunun tarixi meydana çıxdığı gündən miflərdən zəmin tapıb. ABŞ və onun ordusunun yaranması mifologiyanın qatı dumanı ilə örtülüb. Misal üçün ABŞ 4 İyul 1776-cı ildə yox, bundan 10 il sonra müstəqil olub.