22.05.2021

Rus ekspert: Bakıda hər “asqırıq” olan kimi İrəvan KTMT-nin üstünə qaçmalı deyil

"İrəvan Bakıda “hər bir asqırıq” üçün KTMT-yə müraciət etməməli, üfüqi əlaqələr qurmaq və sərhəd məsələlərini ikitərəfli formatda həll etməyə çalışmalıdır"- Şərqşünas Stanislav Tarasov bu fikirdədir.
Ermənistan Müdafiə Nazirliyi 12 may çərşənbə günü, “sərhədləri dəqiqləşdirmək” bəhanəsi ilə Qara Göl yaxınlığındakı Sünik bölgəsindəki (Dağlıq Qarabağla əlaqəli olmayan) hissələrdən birində Azərbaycan qoşunlarının sərhədə doğru irəliləmək cəhdini bəyan edib.
Erməni hərbçilərinin bildirdiyinə görə, görülən tədbirlərdən sonra Azərbaycan qüvvələri hərəkəti dayandırıb. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır və Rusiya hərbçiləri yerindədir.
14 may cümə günü, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin mayın 13-də yenidən Sisyan və Vardenis istiqamətində hərəkət etməyə çalışdıqlarını bildirdi.
“Sputnik” informasiya agentliyi xəbər verir ki, Baş nazir Nikol Paşinyan Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Təhlükəsizlik Şurasına KTMT çərçivəsində Sünik bölgəsindəki vəziyyətlə bağlı məsləhətləşmələrə başlamağı tapşırıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, 13 may cümə axşamı günü Ermənistan İctimai Televiziyasının efirində bildirdi ki, 1994-cü ildə barışıq sazişi imzalandıqdan sonra sərhədin bu ərazidə təchiz edilməsi məsələləri həll olunmayıb.
O, Azərbaycanın hərəkətlərinin yerli xarakterli bir təxribat deyil, müttəfiqlərinin dəstəyini alan Bakının daha geniş siyasətinin bir hissəsi olduğunu vurğulayıb.
REGNUM xəbər agentliyinin Şərq redaksiyasının baş redaktoru, şərqşünas, tarixçi Stanislav Tarasov pravda.ru-ya verdiyi şərhdə problemi Moskva vasitəsi ilə həll edərək qoşunların təmas zonasında meydana gələn “hər asqırıq üçün” uyğun olmayan bir mexanizm adlandırıb. Şərqşünasın fikrincə, sərhəd insidentlərini həll etmək üçün Bakı ilə İrəvan arasında üfüqi rabitəni bərpa etməyin vaxtı gəlib çatıb.
“Bu cür sərhəd hadisələri olduqca təbiidir. Üstəlik, sərhədlərin müəyyənləşdirilməsi bitməyib. Bu, Bakı ilə İrəvan arasında ikitərəfli münasibətlərin problemidir”- Stanislav Tarasov deyir.

Elçin Bayramlı            tvpress.az

Комментариев нет:

Отправить комментарий