22.05.2021

Ya birdəfəlik tolerant olun, ya da belə gülünc mövqe nümayiş etdirməyin

İlkin Nəcəfov

Cüzi istisnalarla Əfəndinin "əfəndicəsinə-zadəgancasına" Avroviziyada soyunub bizi təmsil etməsini təqdir edənlərin əksəriyyəti İsrail-Fələstin qarşıdurmasında İsrailə dəstək verənlərdir. Bu məsələdə də ziddiyyətli, tragikomik mövqe nümayiş etdirirlər.
İsrail bir din dövləti olmaqla bütün təcavüzkar addımlarını sionizm və milli zəmində diskriminasiyaya əsasən atır - bizimkilərin anladığına görə isə İsrail sekulyarlığı, müasirliyi müdafiə edir.
Qərbli anlayışına görə  avropalı üçün qızının evinə oğlan- "boyfriend"i gətirməsi, onunla gecələməsi, oğlu ilə qızının gecə klubunda birlikdə əylənməsi çox normal, adi bir şeydir. Hətta bəzi hallarda səfərə, istirahətə gedən arvadının orada "flirt" eləməsinə belə anlayışla yanaşırlar.
Bizdəkilər Əfəndinin soyunmasını bəyənsə, təqdir etsələr də eyni addımı öz ailə üzvləri, övladları üçün rəva bilmirlər. Bu qəbildən uğur qazananlara münasibətdə imkanlıları böyük məbləğdə xərc çəkərək "dünən gecə Miss Azərbaycanı gətizdirmişdim" deməsi ilə forslanır, kasıbları isə virtualda video, fotolarına baxaraq bundan seksual həzz mənbəyi kimi "fayda"lanırlar.
Eyni vaxtda 2 fərqli stulda oturmaq olmaz. Qərar verin: Ya tolerant, "light" olun, ya da belə təzadlı, gülünc mövqe nümayiş etdirməyin.

Комментариев нет:

Отправить комментарий