22.05.2021

Ey liberast camiə, Fələstində öldürülən uşaqlar sizin sevimli kenquru və balinalarınız qədər deyil?!

Həyatda gördüyüm ən zay düşərgə Azərbaycanın feminist-ateist və il boyu demokratiya deyib bağıran müxalifət adlı düşərgədir.
Niyə? Niyəsini deyim.
Bu toplumlarda olan insanlar lazım gələndə Avropada hansısa fəlakət olan zaman "orda ölənlər bir insandır", "orda yaralananlar bir insandır" deyib məsələni gündəmdə saxlamağa çalışırlar. Yaxud il boyu "Qadınların hüquqları pozulur" deyib bar-bar bağırırlar. Məsələn, Avstraliyada yanğın olan zaman kenqurular üçün trend falan və s.
Həəə, qaldı ee, hələ demokratlarımızı demirəm. İldə eyni nəfərin eyni şəklini gah "Güneyli soydaşımızı and olsun Səttərxana od vurarıq Tehrana dediyi üçün edam etdilər", gah "Güneyli soydaşımız ana dilində təhsil tələb etdiyi üçün zorlanıb edam edildi", gah "Babəkin ad günündə güneyli soydaşımız şirniyyat payladığı üçün həbs olundu" adı ilə paylaşan müxalifətçi-pantürkist təbəqə.
Sizcə bu insanlar həqiqətənmi insanlıq, qadın hüququ, demokratiya təəssübü çəkirlər? Əsla!
Bu insanlar qətiyyən səmimi deyillər!
Sübut? Sübut Qəzzadır! Sübut Fələstindir!
Orda öldürülən uşaqlar kenqurular və balinalar qədər deyil? Orda öldürülən uşaqların anası qadın deyil? Məgər ordakı azyaşlı oğlan uşaqlarını həbs edəndə analarının haqqı tapdalanmır? Məgər İsrail sionist rejimi orda demokratiyanı tapdalamır? Məgər orda insanların başına evləri uçurdulmur?
Diqqət etsəz, İsrail rejiminin cinayətlərinə susan bir təbəqə də var. Sələfi - vahhabi cərəyanı.
Türklər bizim qardaşımızdır deyib, amma hal-hazırda "Sionist İsrail rejiminə ölüm olsun!" şüarı səsləndirən heç bir türkə dəstək verməyən xəyanətkar pantürkistləri də unutmayaq.
Diqqət edin. Feministlər, radikal ateistlər, sələfi-vahhabilər, türkçülük iddiası edib heç bir türkə dəstək verməyən pantürkistlər və ələlxüsus müxalifət adlanan düşərgə. Bunların heç biri İsrail əleyhinə bir kəlmə də olsun söz demədi və deyə də bilməz.
Çünki bunların hamısını yetişdirən, maliyyələşdirən, cəmiyyətin canına virus kimi salan kök, rişə İsraildir.
İsrail niyə istəsin ki, hansısa müsəlman hansısa müsəlmana dəstək olsun?!
Son sözüm isə budur. Sosial şəbəkələrdəki vətəndaşlarımızı müsəlman olmağa yox, insan olmağa çağırıram.
Fələstindəki körpələrin qətlinə susmamaq üçün müsəlman yox, insan olmaq kifayətdir.

Şahin Hüseynov

Комментариев нет:

Отправить комментарий