23.05.2021

Avrasiyaçılıq planetar trend səviyyəsində qlobal inqilabi sivilizasiya konseptidir və tədricən dəqiqləşərək yeni qarşılıqlı anlayış dünyagörüşü və atlantik qloballaşmadan imtina edən müxtəlif güclərin, dövlətlərin, xalqların, mədəniyyətlərin, konfessiyaların geniş konqlomeratının əməkdaşlıq platforması olmaq əzmindədir.
Bütün dünyada ən müxtəlif güclərin – siyasətçilərin, filosofların, intellektualların bəyanatlarını diqqətlə oxusaq, əmin olarıq ki, avrasiyaçılar böyük əksəriyyəti təşkil edir. Bir çox xalqların, cəmiyyətlərin, konfessiyaların və dövlətlərin mentaliteti avrasiyaçı mentalitetidir və hətta onlar özləri bunu anlamasalar da belə.
Bizə sırınan “tarixin sonu” ilə razılaşmayan müxtəlif mədəniyyətlərin, dinlərin, konfessiyaların və ölkələrin çoxluğu haqqında düşünəndə bizdə ruh yüksəkliyi yaranır. 21-ci əsrdə isə birqütblü dünya qurulması ilə bağlı amerikan strateji təhlükəsizlik konsepsiyasının reallaşması riskinin ciddiliyi kəskin şəkildə artacaq.
Avrasiyaçılıq birqütblü qloballaşma yolunda bütün təbii və süni, obyektiv və subyektiv maneələrin həm də sadə inkardan pozitiv layihəyə, yaradıcı alternativə qədər yüksəlmiş toplusudur. Bu maneələr hələ ki pərakəndə və xaotik haldadır. Ancaq onları inteqrasiya edən, bütövləşdirən, planetar xarakterli ardıcıl dünyagörüşü halında birləşdirən kimi, avrasiyaçılığın bütün dünyada qələbə şansı tamamilə ciddiləşəcək.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий