22.05.2021

Duqin: Mən İlham Əliyevə heyranam


Rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin “Moskva-Bakı” dərgisinə müsahibəsində regionda yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirmişdir. Həmin fikirləri qısa olaraq sizə təqdim edirik.

“Qərbə işləyən hər kəs indidən siyasi səhnədən rədd olmalıdır. Başa düşməlidir ki, Qərbə işləmək – sadəcə intihar deməkdir”. 

“Kreml istənilən siyasi qüvvələr üçün qırmızı xətt çəkib – Sorosla heç bir əməkdaşlıq etməmək! Moskva bu qırmızı xətti keçməyən qüvvələrlə işləyəcək. Rusiyanın mövqeyi bundan ibarətdir ki, Soros Fondu məhv edilməli, ekstremist və liberal elementlərə sponsorluq edən Fond işini dayandırmalı, Qafqazda amerikan səfirliyi olmamalıdır. Amerikanlar özləri ilə bərabər hər yerə konfliktlər, müharibələr və çevrilişlər gətirir. Xüsusilə də Soros. ABŞ səfiri zəhərlidir və xəstəlik yayır. Səfirlik əvəzinə bir sakit konsul yerləşdirilməsinə icazə vermək olar. Onu da gecə-gündüz izləmək lazımdır. Bizim əməkdaşlar onu elə izləyib müşaiyət etməlidirlər ki, o heç ağzını da aça bilməsin”. 

“İlham Əliyev həm Moskva, həm də Ankara ilə balanslaşdırılmış, neytral münasibətlər saxlamağın vacib olduğunu dərk edən ağıllı və uzaqgörən rəhbərdir. O sülh içində yaşayan bir Qarabağ quracaq. Ekstsesslərə və başqa problem yaradan hərəkətlərə yol verməyəcək. Qarabağın bərpası prosesi çox yumşaq olacaq. Məhz çox şey bundan asılıdır. Bu gün Rusiya ilə qlobalistlərin arasındakı münaqişədə eskalasiya getdiyi bir vaxtda Azərbaycan ayıqlıq nümayiş etdirməlidir. Əgər bundan sonra da proseslər bu məcrada davam etsə, Rusiya-Azərbaycan münasibətləri yeni bir keyfiyyətə yüksələcək. Artıq Bakının KTMT və AİB-ə daxil olmaq vaxtı gəlib çatıb. Bunun baş verməməsi üçün heç bir məntiqi əksliklər mövcud deyil. Qarabağ problemi həll edildi. Moskva nə lazımdırsa, onu da etdi, öz sözünün üstündə durdu. Biz Azərbaycana Qarabağı qaytarmaqda kömək etdik və sülh yaranmasına nail olduq. Putin və Əliyev gərgin əmək sərf edərək Qarabağda Bakı üçün sərfəli olan şərait yaratdılar. Bunun üçün titanik güc sərf edildi. Rusiya həmişəki kimi öz dostlarına kömək etdi. Putin Əliyevi özünün strateji partnyoru kimi görür. Azərbaycanla Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan istənilən silah və texniki vasitəni əldə edə bilir. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik. Azərbaycandan addım atmağı gözləyirik. İndi növbə Bakınındır. İndi Azərbaycan KTMT və AİB-yə daxil olmaq üçün hərəkətə keçməlidir. Regiondakı vəziyyət Azərbaycan-Rusiya müttəfiqliyindən asılıdır”.

“İlham Əliyev Bakı-Moskva strateji xəttinin möhkəmləndirilməsinin vacib olduğunu dərk edir. Siyasi dahilər hər gün dayanıqlılıq imtahanı verir. O deyə bilməz ki, vəssalam! Mən qalib gəldim. Qalib gəldinsə, ondan sonrakı çağırışları da görməyi bacarmalısan. Əliyev özü parlaq bir nümunədir. Onun hər bir qərarı parlaq bir nümunədir. Mən sadəcə ona heyranam. İlham Əliyev strategiyanı çox yüksək səviyyədə həyata keçirir, ölkəsi üçün uğurlar əldə edir. İkinci Qarabağ müharibəsindən sonra biz regionda yeni şərtlərin, yeni güc balansının yarandığını görürük. Mən hesab edirəm ki, İlham Əliyev çox gözəl siyasi liderdir və əminəm ki, zamanın çağırışlarına adekvat cavab verəcək”.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий