26.05.2021

Müasir dünyanın oyun qaydaları

Elvin Şirinzadə

İstər biznesdə, istərsə də siyasətdə güclü və ağıllı olanlar daima reallıqları dərk edənlərdir. Təbii ki, kimlərinsə xəyalları ola bilər, amma reallığı itirdinsə bu artıq faciə ilə əvəzlənir. Buna sonsuz misallar çəkmək olar.
Hər şeyin də kökündə güc dayanır. Bu təkcə iqtisadi güc yox, hərbi güc də olmalıdır.
Bir güc də var ki, insan gücü. Bax bu çox dövlətlərdə yoxdur. 
Reallıq bu gün - hərbi gücdür. Kim vuruşmaq istəyirsə, döyüşdən qorxmursa, o günbəgün daha da güclənəcək.
Nəinki Qarabağ məsələsində, dünyada olan bütün problemlərdə hüquqa artıq tüpürüblər. Bu reallıq hissini dərk edib ona uyğun hərəkət etmək lazımdır. Vəssalam.
***
Dünya dəyişir. Biz artıq Qarabağı azad edəndə bu tamamilə aydın oldu. 
Bir kəlmə Zəngəzur ifadəsi ilə nəinki Ermənistan, dünyanın əsas gücləri gecə-gündüz bəyənatlar yayırlar.
Müharibə dövründə də Türkiyə tərəfdən Zəngəzur adı çəkiləndə bunun təsadüf olmadığı aydın idi.
Beynəlxalq hüquq-filan bir kənara, Zəngəzur bizə birləşəcək. Sadəcə böyük oyunçuların maraqları üst-üstə düşməlidir və böyük dövlətlər arasında böyük bir sirkələnmə baş verməlidir.
Əlavə də edim ki, Zəngəzur ifadəsində gündəmdə olandan Xankəndi kimi manipulyasiya məsələləri yoxa çıxıb.
Zəngəzur həm də düşmən üzərində daima gərginlik yaratmaq üçün gözəl hücumdur.
***
İnsanların fitrətində əyləncəyə meyl vardır. Bu ta qədimdən olub. İstərsə mahnı festivalları, istərsə də futbol oyunlar olsun. İstər keçmişdə qladiator döyüşləri olsun, ya da müasir dövrdə avroviziya müsabiqələri. Kimin marağı nədirsə baxmağında problem yoxdur. Real dünyadan təcrid ola bilmərik. Bu müsabiqələrdə iştirak da gərəklidir. 
Keçmişdə bəzi əyləncələr qanlı olurdu, indi tamam başqa.
Keçmişdə siyasət daha sərt və müharibələr daha tez-tez baş verirdi, indi isə siyasət bir növ şahmat oyunu kimi aparılır.
Hansı yolu seçmək gərəklidir, hansı zövqlərə sahibsənsə bu artıq insanın özündən asılıdır.

Комментариев нет:

Отправить комментарий