24.05.2021

Bir daha Rus xalqının böyüklüyü barədə

Bundan əvvəl yazdığım statusa sözardı.
Uşaq və yeniyetməliyimdə elə bilirdim ki, ruslar hamısı qorxaqdır. Çünki rayonumuzda yaşayan rus kişilər, məktəbimizdə oxuyan rus oğlanlar özlərini sakit, ürkək aparırdılar.
Bu inamımı böyüklərin Rusiyada etdikləri "qəhrəmanlıqlar" haqqında danışdıqları da qüvvətləndirirdi...
Bakıya Yasamala babamgilə qonaq gələndə məhəllə uşaqlarının rus oğlanlara, qızlara, hətta cütlüklərə tez-tez söz atdığını, sataşdığını görürdüm. Onlar buna reaksiya vermirdilər. Mən də elə bilirdim, qorxurlar...
Halbuki ölkənin yiyəsi onlar idi və istəsəydilər, özünü pis aparanları necə lazımdır "obrabotka" etdirə bilərdilər. Amma bunu nədənsə etmirdilər...
Sonralar anladım ki, onlar belə xırda şeylərə, xırda adamlara sadəcə əhəmiyyət vermirlər. Yəni yel qayadan nə aparır? Bu ac tin qədeşlərinin gözəl rus qızı ilə gedən yaraşıqlı, əzələli oğlana söz atması nəyi dəyişir?..
İndi çox təəssüf ki, həmin proses siyasi müstəvidə gedir....

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий