27.05.2021

Valeri Korovin, “ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK”:

– ABŞ Rusiyanın nəzarətindən çıxan bütün ərazilərə girməkdədir. “Anakonda” həlqəsinin sıxılması Qərbdə baş verir; ABŞ öz nəzarətinə orta zolağı- Şərqi Avropa ölkələrini aldıqdan sonra sanitar kordonun yaxın zolağını- Pribaltika, Ukrayna, Moldava ölkələrini də almaqdadır. Bununla Rusiyanın Avropaya yolu kəsilir və onu iqtisadi cəhətdən “boğmaq” üçün şərait yaranır. Məhz Avropa Birliyi öz maliyyəsi və texnologiyası ilə, Rusiya isə öz resursları ilə ABŞ-ın şəriksiz hegemoniyasına ən potensial təhlükədir. Həlqə qitənin cənub sərhədlərində də sıxılmağa başlayıb: Qafqazın qoparılması üçün aktiv cəhdlər, Gürcüstanda “qızılgül inqilabları” və ABŞ hərbi bazaları, antirusiya enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan layihəsinə Azərbaycanın cəlb edilməsi, Rusiyanın Şimali Qafqaz ərazisində vəziyyətin destabilizasiyasına yönəlmiş fasiləsiz səylər bu prosesin əlamətləridir. O cümlədən amerikanlar Əfqanıstanın ardınca keçmiş SSRİ-nin Orta Asiya respublikalarına girdilər və orda öz hərbi bazalarını yerləşdirdilər. “Anakonda” həlqəsi cənubdan ölkəmizin sərhədlərinə sıx yaxınlaşıb. Bəs amerikan strategiyasında əsas hədəf olan Rusiyanın boğulması prosesinin növbəti meydanı hara ola bilər? Nə qədər inanılmaz görünsə də, amerikanların qoparıb almaq istədikləri növbəti plasdarm Uzaq Şərqdən Şərqi Sibirə qədər olan ərazilərdir. Nahaq yerə bu ərazini Qərbin geopolitik məktəblərində Lenalənd adlandırmırlar- bu ad həmin ərazinin geopolitik cəhətdən əsas kontinental məkan sayılan Hartləndə aid olmasına bir işarədir... Belə vəziyyətdə “humanitar nöqteyi-nəzərdən” edilən hərəkətlərə diqqətlə fikir vermək, “izqoyların boğulması” taktikasının nəticələrini daha böyük miqyasda qiymətləndirmək lazımdır. Ola bilsin gördüyümüz boşluqlar sayəsində mühasirəni daha böyük miqyasda yara bildik. Anakonda – bütün Avrasiya üçün təhdiddir. Demək, bu çağırışa birlikdə də cavab verməliyik. Final döyüşü isə birbaşa ABŞ və Rusiya arasında olacaq. Anakonda ilə materikimiz uğrunda döyüşə girəcəyik!

Комментариев нет:

Отправить комментарий