23.05.2021

Sən olsan-olsan orqanlardan biri ola bilərsən

İlkin Rüstəmzadə adlı müxalifətçi şəxs Avroviziya mahnı müsabiqəsindəki təmsilçimizin geyimini tənqid edən şəxsləri təhqir edib. Maraqlısı odur ki, tənqid edən hamıya İran aftafası deyir.
İndi burada bir neçə məsələyə diqqət çəkək. Məsələlərə keçməzdən əvvəl qeyd edim ki, mən İlkin bəyi həqiqətən ədəbli insan bilirdim. Təəssüflər olsun.
1. Ölkəyə demokratiya gətirəcəyini vəd edən insanların əsl simasını göstərib İlkin. Adi bir geyimin tənqidinə qarşı dözümsüz olan bu şəxslər ölkəyə demokratiyanı necə gətirəcəklər? Sabah bunlar hakimiyyətə gəlsə və bunlar əleyhinə bir kəlmə söz desək, başımızı kəsərlər. Sadəcə xalqın gözünə girmək üçün maskalanıblar.
2. Geyimi hər təbəqədən insan tənqid edib, lakin İlkin hamını İran aftafası adlandırıb. Bu da günümüzün müxalifətinin hansı qabdan yemək yediyini göstərir. Bunlar İsrailin atdığı çörəklə danışırlar. Əks halda hamını belə adlandırmalarının heç bir məntiqi əsası yoxdur.
3. Bu statusuna cavab yazan hamının hakimiyyətə işlədiyini iddia edib. Bu da əslində düşünülmüş plandır. Dindar kəsimin hisslərilə oynayır, haqlı olaraq dindar kəsimdən cavab gəlir və dərhal deyir ki, "baxın, bunlar mənə qarşı söz deyirsə, hakimiyyətin adamlarıdır". Bununla da dindar kəsimi gözdən salmağa çalışır. Sən onları təhqir edirsənsə, onlar sənə nə deməlidir? Bəlkə gözləyirsən öpüb bağırlarına bassınlar. Bu cür oyunlarla sadəcə bir sürü insanı çaşdıra bilərsən, ağıllı fərdləri əsla.
Sonda qeyd edim ki, İlkin dindar kəsimə "İran aftafası" deməklə onları aşağıladığını düşünür. Biz də sənə "İsrail aftafası" deyə bilərik, amma demirik, çünki aftafa təmizləyici bir əşyadır. Sən olsan-olsan aftafanın təmizlədiyi orqanlardan biri ola bilərsən; əl, ayaq və s.

"Onlara de" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий