28.06.2015

В Москве состоялась встреча талышской молодежи с поэтом Али Насиром


Сегодня 28 июня 2015 года Талышское Объединение Российской Федерации "Талышия" провела встречу молодежи, на которую в качестве почетного гостя был приглашен духовный лидер талышского народа, выдающийся поэт - Али Насир.

AYƏTULLAH ŞEYX ƏHMƏD PAYANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Görkəmli islam alimi Ayətullah Şeyx Əhməd Payani özünün elmi və əməli məqamı ilə islam aləmində tanınmışdır. O, 1928-ci ildə Azərbaycanın Yardımlı məntəqəsində Hamarkənd adlanan kəndində dindar bir ailədə dünyaya gəlmişdir.

27.06.2015

Qədim şəkillərimdən biri


Oğlum və qızlarım ad günümə sürpiz ediblər- qədim şəkillərimdən birini xalçaya köçürdüblər. Bu şəkil mənə ona görə əzizdir ki (həm də məni kövrəltdi) o vaxt anam sağ idi, dünyam analı idi, saçlarım da qaralığın itirməmişdi...

Zahir Əmənov

24.06.2015

"Да мы все вместе взятые не стоим двоих этих русских!"


Записи из дневника немецкого солдата, погибшего под Сталинградом.
В опубликованном дневнике немецкого солдата, воевавшего в составе группы армий «Север». Он рассказывает о случае, произошедшем с ним в самом начале войны в июле 1941 года:

Oleq Platonov - Amerika niyə məhv olacaq?

Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanaları da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə᾽yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq.

SİQH AYİNİ


Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əsas informasiya mənbəyi “Canamsakhi” və ya həyat hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən mötəbər mənbədir. Bu sahədəki bitərəf kitablarda daha ətraflı məlumat olmadığına görə bu məlumatların doğruluğuna bir o qədər də əmin olmaq olmaz.

Hikmət sahiblərinin dediklərindən


◘Bir həkim (hikmət sahibi) başqasına yazıb: “Öz hesabını çəkən kəs fayda əldə edər, hər kəs özündən qafil olsa zərər görər”.

◘Loğmana dedilər: “Sən filan qəbilənin nümayəndəsi deyilsənmi? Dedi: “Bəli.” Dedilər: “Nə səbəbə bu məqama çatmısan?” Dedi: “Düz danışmaq, əmanətdarlıq, boş-boş işlərdən çəkinmək, göz yummaq, dilini saxlamaq və möhkəm xasiyyətli olmaqla. Hər kəs bunlardan azına malik olsa məndən aşağıdır. Hər kəs bunlardan çoxuna malik olsa məndən yuxarıdır. Hər kəs bu dərəcədə olsa mənimlə bərabərdir.”


MÜCTƏBA HATƏMİ LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani Nəcəfi islam alimləri arasında böyük fəqih, mütəfəkkir və görkəmli din xadimi kimi tanınmışdır. Alimlər arasında fiqh, üsul, hədis və kəlam elmlərində islam alimlərinin özəyi hesab edilir. Ayətullah Lənkərani hazırkı məhşur islami şəxsiyyətlərin çoxunun ustadı hesab olunur. Görkəmli din xadimi mərceyi-təqlid Ayətullahul-üzma Mərəşi Nəcəfi, ondan hədis və rəvayət nəql etmək icazəsini almışdır.
 Lənkərani 1898-ci ildə Nəcəfi-Əşrəf şəhərində dindar bir ailədə anadan olmuşdur. Mənəvi bir mühitdə dünyaya gələn Lənkərani atasının təlim-tərbiyəsi altında boya-başa çatır. O, atasının yolunu davam etdirərək İslam dininin müqəddəmə (ibtidai səth) dərslərini ondan öyrənir. Orta din təhsilini isə tanınmış alimlər- Ayətullah Hacı Əbul Məhdi Kəlbasi və Ayətullah Mirzə Əli İrəvaninin dərslərindən bəhrələnməklə ələ gətirir.

23.06.2015

Армения ещё может отделаться малой кровью: последовательность евразийского выбора

Валерий Коровин

Возможность государственного переворота в Армении вполне вероятна. Это произойдёт, если Армения начнёт сомневаться в правильности выбранного евразийского пути. Любое колебание тут же ставит крест на режиме, который начинает сомневаться. Колебания Януковича стали роковыми для него. Если Армения будет настаивать на своём евразийском выборе, то она устоит.
В столице Армении в течение нескольких дней проходят протесты против повышения тарифов на электроэнергию. Лидер армянской оппозиционной партии «Наследие» Раффи Ованнисян заявил, что действующая власть «должна быть немедленно и полностью отстранена». 23 июня Армянское сообщество активистов «Нет грабежу» призвало граждан вновь собраться на митинг.

"Ruhanilərə və məddahlara söyləyin bundan sonra Qasim(ə) rövzəsini oxumasınlar"


Ayətullah Xamenei prezident olan vaxtı iqamətgahı tərk edən zaman bir nəfərin "Cənab prezident! Cənab Xamenei! Sizinlə görüşməliyəm!" sözlərini eşidir. Ayətullah Xamenei mühafizəçisini göndərir ki, görsün nə məsələdir. Mühafizəçisi qayıdıb deyir ki, Ərdəbil kəndlərinin birindən olan 12-13 yaşlı bir yeniyetmədir ki sizinlə görüşmək istəyir. Ayətullah Xamenei deyir icazə verin gəlsin, hələ vaxtımız var.

Kredit borcunu ödəyə bilmədi intihar etdi

Xocavar kənd sakini İbrahim adlı şəxs aldığı pulu banka ödəyə bilmədiyindən özünü tüfənglə vuraraq, öldürüb

Dünən səhər saatlarında Masallı rayonunda dəhşətli intihar hadisəsi qeydə alınıb. JAM.AZ-a verilən məlumata görə, rayonun Xocavar kənd sakini İbrahim adlı şəxs (soyadını dəqiqləşdirməyə çalışırıq-red.) səhər saat 09:00 radələrində özünü ov tüfəngi ilə vurub. Açıdığı atəşdən sonra hadisə yerində keçinib.
Onun özünə qəsd etməsinə səbəb isə kredit borcu ilə bağlı olub. JAM.AZ-a verilən məlumata görə, İbrahim adlı həmin şəxs bir müddət əvvəl qızını köçürmək üçün bankdan 2000 dollar kredit götürüb. Devalivasiyadan əvvələ təsadüf etdiyindən aradakı fərq onun ödənişlərinə təsir etməyə başlayıb.
Bank rəsmiləri isə hər gün ona zəng edərək, pulu geri qaytarmasını istəyiblər. Hətta Masallı sakinini hədələyərək, evini əlindən alacaqlarını bildiriblər. İşin maraqlı tərəfi odur ki, İbrahim aldığı kreditin böyük bir qismini qaytarıbmış. Sadəcə, bankdan davamlı olaraq zənglərin gəlməsi və təhdid dolu sözlərdən bezən İbrahim bütün qohumları ilə görüşüb.

22.06.2015

Alimlərin dediklərindən bə`ziləri

◘Dini onun vaizi olmayan kəsə moizə fayda verməz. Fəsadı sevən qiyaməti sevməz. Hər kəs öz əkdiyini biçər və öz əməlinin cəzasını çəkər. Öz bədəninin sağlamlığı və dünəninin asayişi səni məğrur etməsin, çünki, ömrün müddəti qısa, bədənin sağlamlığının həmişəlik olması isə mahal (yə`ni qeyri-mümkün).

◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi əməldir. İnsanların ən yaxşısı odur ki, şəhvəti dinini xarab etməsin. İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət yolunda öz həvayi-nəfsi ilə müxalifət etsin. Paxıl öz ne`mətlərinin qoruqçusu, varisin isə anbardarıdır. Tamahkar şəxs təqvadan bəhrələnməz.

◘Ne`mət əlinə gələn zaman çox sevinən şəxs müsibətə tab gətirməz. Lazımsız danışıqdan çəkin ki, gizlin eyibləri aşkar edər, yatmış düşməni isə oyadar. Hər kəsin danışığı onun əql və fəzilətini mə`lum edər. Elə isə gözəl söz danışana köməklik göstər və az sözə qane ol. Kişini danışığı ilə tanıyarlar, əməli ilə tanıtdırarlar. Sözünü möhkəm, əməlini tə`rifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi isə məhrum.


"Yaxın gələcəkdə Azərbayacan cəmiyyəti öz dini, mədəni və tarixi kimliyindən qırılacaq"

"Ramiz Mehdiyevin kitab yazmaq məsələləri adi bir məsələ deyil və onun arxasında sionist rejimi dayanır"

Bakı rəsmilərinin öz rəngini itirmiş tarixi təhrif etmə siyasətlərinin tənqidi- Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru ilə müsahibə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhrifə yol verdiyi və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tərəfindən çap edilmiş "Nadir şah Əfşar: diplomatik yazışmalar" kitabında Nadir şahı türklərin şahı kimi təqdim etmişdir və Azərbaycanın bəzi universitet rəhbərləri də bu kitabı təsdiq etmişdir. Həmçinin, Yaqub Mahmudov və Gövhər Baxşəliyeva öz nəzərlərini açıqlamaqla tarixin saxtalaşdırılmasına və təhrifinə yol vermişlər. Bu mövzuya və bundan qabaq da Azərbaycan ölkəsində tarxin təhrif edilməsinə diqqət etməklə AzərAran irəli gəlmiş suallara cavab almaq üçün Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru doktor Əhməd Fərşbafiyan ilə müsahibə aparmışdır. Müsahibə aşağıdakı kimidir:


İŞİD-dən görülməmiş dezinformasiya - Azərbaycana qarşı

Azərbaycandakı sabitliyi pozmaq üçün fürsət axtaran bəzi saytlar yenə bir xəbəri uyğun olmayan surətdə yozublar. Belə ki, Türkiyənin netondə fəaliyyəti qadağan olmayan və rahat fəaliyyət göstərən İŞİD terror qruplaşmasına bağlı "Ənfalmedia" adlı sayt Gəncədə azyaşlı uşaqların başlarının kəsilməsi xəbərini kökündən dəyişərək ölkədə sünni və şiələr arasında qarşıdurma yaratmaq məqsədilə daha bir yalanına imza atıb.
"Şiələr iki sünni uşağın başını kəsdi" başlıqlı xəbərdə İŞİD terrorçularının saytı yazır: "Gəncənin Beşyol ərazisində sələfilərin kirayə tutduğu bir evə iki maskalı şəxs hücum edib. Evdə olan 4 uşaqdan ən kiçik ikisinin (1 və 3 yaşında) başını bıçaqla kəsməklə qoparıblar. İranın dəstəklədiyi bir şiə təşkilata mənsub olduğu ehtimal edilən 2 qatil isə yoxa çıxıb".
İŞİD saytı öldürülənlərin sələfi ailəyə məxsus uşaqlar olduğuna görə, Azərbaycan mediasının bu olaya gözünü yumduğunu da əlavə edib.

21.06.2015

Путин снова под атакой

Николай Стариков

Читаю эту новость за обедом. Любой неподготовленный человек может запросто поперхнуться: Выступая в Петербурге на международном экономическом форуме, бывший министр финансов, но действующий либерал, сказал следующее: «Мне кажется, нам нужно, если мы приближаем выборы Госдумы, приблизить выборы Президента и объявить новую программу реформ, которую легче проводить, имея мандат доверия на её проведение».
Это как? Что имеется ввиду? То есть, самому успешному руководителю России, имеющему индекс поддержки от населения более 85% необходимо, по версии Кудрина, зачем-то переподтверждать мандат доверия от народа для проведения «новой программы реформ»?
В связи с этим возникает несколько вопросов.
Первый. Какой уровень поддержки необходим, если более 85% недостаточно? 100%? 95%? 90%? Где та граница, за которой «кредит доверия» будет соответствовать необходимому «новому мандату»?

Россия сможет ударить по противнику с обратной стороны Земли

Америка шпигует Европу оружием и изобретает для этого все новые удивительные поводы.
Американские Black Hawk высаживают десант на польский полигон Жагань. Цель — захватить плацдарм. С воздуха их поддерживают истребители F-16 бельгийских ВВС. Подкрепляют атаку германские "Боксеры" и "Леопарды". Так коллективные силы НАТО отрабатывают операцию под громким называнием "Благородный прыжок". В чью сторону репетируют "прыгать", не скрывают. Учения — у самых границ с Россией. А Польша уже давно просила усилить свой военный контингент.
"Мы готовы к приему новой военной техники и оборудования и ждем только разрешения Вашингтона", — заявил министр обороны Польши Томаш Семоняк.
И вот дождались. США объявили, что размещают дополнительное вооружение сразу на нескольких европейских базах НАТО: в Польше, Румынии, возможно, в Болгарии и Венгрии, в прибалтийских странах.

ABŞ Türkiyəni terrorizimin “Ana yol”u adlandırdı

ABŞ “Ölkələrin terrorizm” hesabatını mətbuata açıqladı. Hesabatda deyilir ki, bu il İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulub.
Eyni zamanda hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu bildirilib. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanıb.
İslaminsesi.org-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə, Vaşinqtonun bu il hazırladığı 388 səhifəlik hesabatda ölkələrə görə təsnif edilən bir çox bölümdə İŞİD-in faaliyyəti Türkiyəyə aid məsələ kimi göstərilib.
Hesabatın giriş hissəsində deyilir ki, 2014-cü ildə qlobal terrorizmin önəmli xətti İŞİD-in Suriya və İraqda analoqu olmayan tərzdə torpaq işğal etməsi gözlənilməz idi. İŞİD-ə qatılmaq üçün dünya müqyasında xariçi döyüşçü axını oldu.
Qərbdə qəddarlıq təbliğ edən radikal dinçilərin tərəfdarlarının sayının artması da müşahidə edildi. 

Əhli-Sünnə və Şiələrin vəhdəti məntəqədə Sələfilərin yox olmasına səbəb oldu

Bu qardaşlar Dağıstan, Çeçenistan şiələridir. Tehranda tanış olduq. Sonra Məşhədə İmam Rza ə.s-ın mübarək hərəminə qədər, ordan da Tehrana qayıdana qədər bir yerdə olduq. Söhbət arasında Timur adlı qardaş bir faktı dedi: Əhli-Sünnə və Şiələrin vəhdəti məntəqədə Sələfilərin yox olmasına səbəb oldu.

İsa Lənkərani

Səudiyyə Ərəbistanındakı rejimin dünyadan gizlədilən dəhşətli qətliamı

Səud hökumətinin açıqladığı bir hesabatda bu cür yazılır: "İslam dinindən çıxan bir zümrə 1 məhərrəm 1400-cü il səhər namazından istifadə edərək, soyuq və odlu silahla Kəbəyə hücum etdilər."
Bu xəbərdən dərhal sonra xarici işlər naziri Səud əl-Feysal bu zümrəni "radikal" və "dəli" adlandırdı: "Radikal və dəlilərdən ibarət bir qrup Kəbəyə hücum etdilər..."
Səud vəliəhdi isə təhqirlər lüğətinə yeni sözlər əlavə edərək, "manyaklar", "din və vətən düşmənləri" kimi ifadələrlə düşüncələrini açıqladı.
Şahzadə Misal bin Əbdüləzizin düşüncəsi isə bu idi: "Kəbə hadisəsi İslama qarşı edilən xaçlı hücumlarının bu günə çatan davamıdır."
Bəli... Bəs həqiqətdə hadisə necə idi? Cəmiyyətdə "Kəbə hadisəsi", "Kəbə basqını" kimi ifadələrlə dilə gətirilən aksiyanın mahiyyəti, iç üzü və qəhrəmanları kimlər idi? İddia və elan edildiyi kimi bir qrup "manyak" və "İslam dinindən cıxmış" "pozğun" "xaçlı hücumlarının davamı" kimi Kəbəyə hücum etmiş və bu müqəddəs məkanı ələ keçirmişdi?

Müəllimin əməkhaqqı qatır quyruğu kimidir

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -24

Afladdin Əliyev: Bəziləri bizim bədbəxtçiliyimizin səbəbini Rusiyada görür. Məncə bəzi qüvvələr bunu bilərəkdən düşünülmüş formada efirə buraxırlar. Qaldı Rusiyanın çökməsinə, Vəfa Quluzadə də çox gözlədi, təəssüf görmədi, bizim içimizdəki bicbalalar hansı quvvələrə işləyirlər özləri bilər, amma çox güman ki, onlarda nə vətən sevgisi, nə də millət sevgisi var, sırf amerikosların çürümüş kapital mafiyasına qulluq edənlərdir. Müstəqil, azad- bu sözlər həqiqətən də uydurma şeylərdir. Bizim işimiz isə qalıb Allaha.
A kişi bizə rus lazımdı: Kişinin çoxarvadlı olması geridəqalmışlıq, qadının bir neçə kişisi olması azadlıq və demokratiya adlanır.
Qəhrəman Mövlanov: Türkiyədən başqa bütün bəşəriyyət bizə düsməndi.
Ruslan Fərzəliyev: Türkiyə Cümhuriyyətindǝ ilk seçki isǝ 1950-ci ildǝ, yǝni Cümhuriyyət qurulandan 27 il sonra keçirildi. O da Stalinin Qars vilayətini bütünlüklə Türkiyə Cümhuriyyətindǝn qoparib Sovet Imperiyasina birləşdirmək təhlükəsindən qorunmaq üçün NATO-ya üzv olmaq zərurəti əmələ gəldikdə. NATO-nun bir neçə əsas tələbinin içində çoxpartiyalı quruluşa keçib hökumətin yalnız seçkilər vasitəsi ilə dəyişməsi olduğundan Türkiyyə Cümhuriyyəti çoxpartiyalı quruluşa keçməyə məcbur oldu.

Əmirəl-mö`minin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları

◘Şəxsin imanı andlarından mə`lum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.

◘Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz olamaqdadır.

◘Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı axirətə sat ki, xeyir götürəsən. 

◘Mö`minin Allah qorxusundan ağlaması gözünün nurunu artırar. Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.


HİNDUİZM


MƏQSƏDLƏR VƏ YOLLAR. Qədim hinduizmin (brahmanizm) ictimai, konseptual, ideoloji əsasları barədə danışarkən bu ayinin əsas ideoloji prinsiplərinin caynizm və buddizm tərəfindən kəskin tənqid olunduğunu, onun əleyhinə çıxıldığını və brahmanizm ardıcıllarından çoxunun caynizm və buddizmə meyl etdiklərini qeyd etmişdik. Brahmanizmin digər iki dindən fərqli olaraq, heç vaxt vahid təsisçinin qayda-qanunları çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları olmamışdır.

MƏHƏMMƏD CƏFƏR ŞİRVANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Görkəmli alim və fəqih Mövla Məhəmməd Təqi Şirvani zəmanəsinin dəyərli alimlərindən və Əllamə Məhəmməd Baqir Məclisinin yüksək istedadlı şagirdlərindən biri olub. İsfahan şəhərində yazıb yaratmışdır. Onun əsərlərindən Şəhid Saninin “Təliqətun ələl- Məsalik” kitabına yazdığı haşiyəni qeyd etmək olar. Onun Şeyx Məhəmməd Təqi Məhəmməd oğlu Şirvani adlı bir oğlu olub, o da atası kimi böyük islami şəxsiyyətlərdən biri kimi tanınıb. Alimin oğlu Şeyx Məhəmməd Cəfər Şirvani də Şəhid Saninin “Məsalik” kitabına haşiyə yazanlardan biridir. Şeyx özünün bu dəyərli elmi kitabı ilə tanınıb. Alimin həyatı haqqında bundan artıq mə`lumat yoxdur.

Mənbə: Faiq Vəli oğlu

ALİ-SƏUDUN (SƏUDİYYƏ SÜLALƏSİNİN) TARİXÇƏSİ

Ali-Səud kimlərdir və onların əsil-nəsəbi, nəsli kimə çatır?
Bilmək lazımdır ki, Ali-Səudun bir zahiri, bir də batini (həqiqi) nəsəbi vardır. Zahiri nəsəbi hal-hazırda təbliğ olunan nəsəbdir. Guya onlar uzun müddət yarımadada sakin olan Ənzət ibni Vailin nəslindəndir. Amma onların əsil və həqiqi nəsəbləri tamamilə başqadır. Yarımadanın yaşlılarının etiqadlarına görə Ali-Səudun zahiri nəsəbi yalan və qondarmadır. Onlar rüsvayçılığın qarşısını almaq üçün bu məsələni məxfi saxlamışlar. Şübhəsiz, bu yaşlı ağsaqqalların dedikləri həqiqətə daha yaxındır. Çünki onlar şəxsən müşahidə etdikləri mətləbləri deyir və yaxud öz ata-babalarından nəql edirlər. Yarımadanın yaşlıları deyirlər ki, Ali-Səud ərəb olmayan və öz nəsəblərini ərəblərə aid edən bir ailədəndir. Onların dediyinə görə, Ali-Səud sülaləsinin əsli yəhudi olub babalarının adı Mordxay İbrahim (Avraam) Muşadır. Məsələ belə olmuşdur: Bu şəxs ticarət məqsədləri üçün ərəb ölkələrinə səfər etmişdi. Amma adının yəhudi adı olduğu üçün çoxlu çətinliklərlə üzləşmişdi.

VƏHHABİLƏRİN CİNAYƏTLƏRİNDƏN NÜMUNƏLƏR

Vəhhabilər İslam və müsəlmanlara qarşı çoxlu cinayət, müsibət və faciələr törətmişlər. Tarix onları rüsvay etmiş, azad qələm sahibləri o müsibətlərdən bəzi nümunələri gələcək nəsillər üçün yazıb saxlamışlar.
Vəhhabilərin hökuməti möhkəmdiriləndən sonra, İslam ölkələrinə hücum edib təzə “dini” qəbul etdirmək üçün güclü bir qoşun yaratmağa başladılar. Bu hücumlarda onların iş və rəftarları hikmət və məntiq əsasında deyildi; monqol-tatarlar kimi vəhşiliklərə, qətl və qarətə əl ataraq şəhərlərə yürüş edir, qabaqlarına çıxan hər kəsi öldürür, böyük-kiçiyə rəhm etmirdilər. Biz burada yüzlərlə cinayətdən təkcə iki nümunə gətirməklə kifayətlənirik.
İLK CİNAYƏT. 1217-ci hicri (1795-ci miladi) ilində vəhhabilər İraqa tərəf qoşun yeritdilər. Yolları üstündə çatdıqları bütün şəhər və kəndləri viran edib günahsız insan cəsədlərindən təpə düzəldir və qanı su yerinə axıdırdılar.

ƏBDÜLLAH MƏHƏMMƏD: VƏHHABİLƏRİ BELƏ GÖRDÜM

MÜƏLLİFDƏN. Mənə Allah Evinə müşərrəf olub Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum imamların (Allahın salamı onlara olsun) məzarlarını ziyarət etmək səadəti nəsib oldu. Bu səfərdə çoxlu hadisə və çətinliklərlə qarşılaşdım, qəribə hadisələri müşahidə etdim. Bu hadisələrin yazılıb nəşr olunması zəruri bir məsələ idi, çünki bunlar mənim və digər hacıların qəlbini yaralamışdı.
Həccdən qayıdanda görüşümə gələn dost-tanışdan bir neçəsi bu səfərdə gördüyüm hadisə barəsində soruşdular. Mən də gördüklərimin bir qismini onlara danışdım. Sonra təklif etdilər ki, bu müşahidələri yazılı şəkildə həm İslam, həm də qeyri-İslam dünyasına təqdim edəm. Bu təklifi bəyəndim və qərara aldım ki, səfərdəki müşahidə və xatirələrimin bir qismini Allah rizası üçün çap etdirəm.
Bu kitab həcc səfərində müşahidə edib qarşılaşdığım hadisələrin xülasəsidir. Ola bilsin ki, mənim Hicaz (Ərəbistan) hakimlərindən gördüklərimdən daha pisini görənlər də olsun.

"Тюрьма без стен: мы все - заключенные в государстве американской полиции"

"Человек может не сидеть в тюрьме... быть свободным от физических ограничений, и при этом чувствовать себя психологическим пленником, которого вынуждают думать и действовать так, как того хотят представители государства или какого-то частного лица... Для него стены его тюрьмы невидимы, и он верит, что свободен ", - писал Олдос Хаксли в известном антиутопическом романе "О, дивный новый мир!".
Это описание применимо и к современной действительности, считает Джон В. Уайтхед, колумнист блогосервиса Lewrockwell, основатель некоммерческой правозащитной организации, известной как Институт Резерфорда. Его портал публикует также материалы Патрика Бьюкенена и Рона Пола, которые неоднократно приводила Правда.Ру. Он переносит это высказывание на текущую американскую действительность.

Rusiyalı politoloq: Azərbaycan BMT-də verdiyi səsin cəzasını çəkəcək

“Mən Azərbaycan üçün çox önəmli olan bir fikri dəfələrlə demişəm: bütün postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır. Əgər Rusiya bunu istəməsə, onların ərazi bütövlüyü pozulacaq. Hələ ki, Rusiya Azərbaycanın Qarabağla bağlı hüquqi tələblərini dəstəkləyir. Amma Rusiyadan kənarda yeni “böyük qardaş” tapmaq cəhdi vəziyyətin dəyişməsinə səbəb ola bilər. Azərbaycan, Ermənistan, Moldova da Ukrayna və Gürcüstan kimi dağıla bilərlər”.
Azvision.az bildirir ki, bu sözləri vesti.az-a müsahibəsində rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.
“Rusiya ilə qarşıdurmaya gedən heç bir postsovet öllkəsi indiki sərhədləri daxilində mövcudluğunu davam etdirə bilməyəcək. İndikindən kiçik sərhədlər daxilində qalacaq. Həm de-yure, həm də de-fakto. Bu, geosiyasi qanundur. Kim bu qanuna qarşı çıxmaq istəyirsə, qoy, yoxlasın”,- deyə Duqin bildirib. 

Yardımlı. Alar mənzərələri




Melik Bextiyaroglu


Kəndoba


Təbrizdən 50 kilometr uzaqlıqda Kəndoba kəndi yerləşir. Buradakı evlər dağın ətəyindən başına kimi mağaralarda yerləşir. Kənddə elə mağaralardan ibarət gözəl otel və su hovuzu da var. Dünya üzrə nadir məkanlardandır. Bir növ Xınalığı xatırladır.

20.06.2015

DOKTOR Lİ SALK - KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ! (Valideynlər üçün)

Doktor Salk Nyu-York xəstəxanalarından birində uşaq psixologiyası şö`bəsinə başçılıq edir. O, bu sahə üzrə məşhur mütəxəssisdir və Kornel universitetində professordur.

BİRİNCİ FƏSİL: Adi psixoloji çətinliklər.
İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıqlarının artması gerçəklikdir. Əksəriyyət mənim bu iddiamı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan və cəmiyyətdən ayrılmışlar. Onların ailələri də əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür
Müxtəlif büdcələrdən ruhi xəstələrin saxlanması və müalicəsi üçün ayrılmış vəsaitlərin həcmi insanı heyrətə gətirir. Bu sahədə mütəxəssislərə olan ehtiyac da çox böyükdür. Hazırda bu sahədə çalışan mütəxəssislər uyğun ehtiyacın yalnız on faizini təşkil edir. Əgər Amerikadakı bütün həkimlər, psixoloqlar, ictimai fəallar, qəyyumlar bu işə qoşularsa, yenə də ehtiyac ödənməz. Bu say cəmiyyətin ehtiyacına cavab vermir və müalicə üçün lazım olan üsulların tə`limi çox vaxt aparır. Psixi xəstələr tərəfindən baş verən faciələr, başqalarına yetirilmiş fiziki xəsarətlər, onların həddi aşmış tündməcazlıqları çox kədərləndiricidir.

Севиндж Аскерова: Есть несколько способов улучшения плохого зрения

Севиндж Аскерова - действительный член многих международных и российских офтальмологических обществ. На ее счету более 100 научных публикаций, выступлений на международных конференциях. За более чем 20 лет работы она выполнила около 20 тыс. операций. С 2013 года доктор Аскерова является профессором кафедры глазных болезней национального Медико-хирургического центра Н.И. Пирогова.

- Скажите, почему вы выбрали офтальмологию?
- Мой профессиональный путь начался с желания быть полезной родным, близким, нуждающимся в медицинской помощи. Наставнические слова мамы, любимых педагогов определили выбор. Моим любимым предметом в школе была математика, я с хорошими результатами участвовала в районных, городских, республиканских олимпиадах. Успеваемость и по другим предметам благодаря моим школьным учителям была достаточно хорошей, поэтому не составляло особого труда подготовиться к вступительным экзаменам в медицинский вуз.

ƏJDƏR TAĞIZADƏ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – “O, 10 İL “KQB”-YƏ İŞLƏYİB”

Bu günlərdə Əjdər Tağızadə yenidən bazara çıxıb. Yenidən özünü birilərinə satmaq üçün birilərinə mesaj göndərir. Açığı bu dəfə onun DAK-la bağlı dediklərinə zərrə qədər reaksiya verməyəcəm. Ona görə yox ki, hər sözündə həqiqət var. Ona görə ki, DAK-da dəstə-dəstə adam varkən, bizə söz demək düşməz. Çünki DAK-la bağlı illərdən bəri bir məsələ olduğunda hamı cavab vermək üçün bizə baxır, ancaq sular durulandan sonra dar məqamda Sabir Rüstəmxanlını müdafiə etməkdə yetərsiz qalanlar bizə dərs vermək, ağıl öyrətmək fikrinə düşürlər, hətta arxamızca danışırlar. Ona görə də o DAK, o Əjdər Tağızadə…
Diqqət ediləsi məsələ Əbülfəz Elçibəyi örnək saydığını iddia edən birisinin hər hansı bir xanım deyil, Tənzilə Rüstəmxanlı haqqında danışdıqlarıdır…
İllərlə evində çörək yediyi bir insana qarşı bu münasibət ancaq Əjdər Tağızadəyə yaraşar…

Əsrarəngiz Şəki

Hafiz Mirzə - Masonluq

İCTİMAİ ŞÜURA MASON EKSPANSİYASI. KİV ölkədə ictimai-siyasi şüura çox güclü təsir edə bilmək gücünə malikdir. Şablon məqalələr və yalan məlumatlar toplusu sayılan Sovet mətbuatına qarşı da maraq və diqqət az deyildi. İnsanlar “Kommunist” almaqdan ötrü səhər tezdən qəzet köşklərinin qarşısında növbəyə düzür, axşamlar “Günün ekranı” və “Vremya” proqramına maraqla  baxırdılar. Müstəqil mətbuatın çiçəkləndiyi mövcud zamanda  məlumat bolluğu və informasiyanın sensasion qaydada çatdırılmasında rəqabət insanları KİV-dən asılı duruma salmışdır. İnsanların müstəqil düşünmək və qərar çıxartmaq hissi korşalaşdırılır. Ona görə də müasir dövrdə xüsusi biznes və siyasət dairələri KİV-ə çox böyük önəm verir, onun inhisara alınmasına çalışırlar. KİV-lə daha çox işləyən isə qara qüvvələrdir. Elə qüvvələrdən ən qüdrətlisi mason təşkilatı sayılır. Mason barədə materiallar bütün KİV-lərdə çox böyük maraq kəsb edir. Qəzetdə publisist təxəyyülünə istinad edərək çox uzağa getməyə nə var ki! Burada canlı süjetə ehtiyac duyulmur. Publisistlər hissiyata qapılıb bəzən masonun elə bir obrazını yaradırlar ki, masonların özü də heyrət edər. Onun gücünün-qüdrətinin həddən artıq şişirdilməsi  masonun işinə çox yarayır. Ona bağlılığı hiss edilən hər hansı bir məsələ qarşısında çoxlarının dizi əsir.

О жидовском происхождении династии саудитов

Члены семьи ибн Саудов прекрасно знают, что уже всем известно их еврейское происхождение. Мусульманам известно все их кровавые деяния в прошлом и безжалостная, деспотичная жестокость в настоящем. В настоящее время, они всячески пытаются скрыть свое еврейское происхождение и прикрываясь религией Ислам начинают выдумывать свою генеалогию, пытаясь привести ее к нашему Пророку Мухаммаду.
Они совсем позабыли или всячески игнорируют тот факт, что Ислам никогда не придавал значения генеалогии или «Фамильному древу. Любой, кто несправедлив и алчен не может быть близким к Пророку, даже если он будет являться близким родственником ему. 
Билял, абиссинский раб, который был истинным мусульманином, имеет гораздо больше уважение в Исламе, нежели язычник Абу Ляхаб, который был кровным родственником (дядей) Пророку. В Исламе нет предпочтения людям.

Hafiz Mirzə - Vəhhabilik

ƏHMƏD İBN TEYMİYYƏNİN KAFİR İDEYALARI. Əslində əks-fikirlik İslamın inkişafı üçün stimul olaraq çox əhəmiyyətlidir. Yoxsa inkişaf və yeni təfsirlər, dini kitablar yaranmaz. Əvvəllər daha çox yəhudilər fəal idi. Amma indi onlar ingilisləri önə verib, arxasında gizlənmişlər. Xaric-məzhəbləri ən çox  müsəlmanların birliyi, vəhdəti  qorxudurdu. Yüzlərlə, minlərlə insanın hər gün 5 dəfə bir yerə – məscidə toplaşaraq  Allaha birlikdə ibadət etməsi onların cəlalını və qüdrətini artırır, bu dini daha uzaqlara  yayırdı. Peyğəmbərin sağlığında elə təfriqələr çox oldu. Lakin Rəsuli-Əkrəm bunun qarşısını ala bilirdi. Çünki peyğəmbərin sözünün üstünə söz yox idi, o Allahın Rəsulu olduğu üçün onu heç düşünmədən  qəbul edirdilər.Onun həyatdan köçməsindən sonra da  hər cür təfriqəçiliyin qarşısını almaq olardı. Lakin şeytan bəzi səhabələrin də qəlbinə yol tapdı və onlar ölümündən sonra peyğəmbərin vəsiyyətlərinə əməl etməkdən imtina elədilər. Nəticədə tezliklə İslam dinində 73 firqə (ayrıcı dini cərəyan, təriqət, məzhəb, məktəb, partiya və sair) yarandı. Bunu sağlığında Rəsuli-Əkrəm də bildirmişdi.

Vəhhabiliyin tarixi

Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Vəhhabiliyin təməlini İbni Teymiyyə qoyduğuna görə onun İslam dininə baxışına nəzər salmağı zərurət sayırıq. İbni Teymiyyə ləqəbi ilə məşhur olan Təqi Əl Din Əhməd Bin Əbdülhəlim 611-ci hicri qəməri tarixində Hənbəli məzhəbinin təlim mərkəzi olan Hərran şəhərində anadan olmuşdur. Hazırda xarabalığa çevrilmiş və Türkiyənin cənubunda yerləşən bu şəhər keçmişdə geniş mədəniyyətə malik olmuşdur.
 İbni Teymiyyə bir əsrdən çox Hənbəli məzhəbinin bayraqdarı olan bir ailədə böyümüşdür. Onun atası Şeyx Bələd ləqəbi ilə tanınan Hərranın məşhur fəqihlərindən olub; Hərran əhalisi onu xitabətçi və dini elmlərin müəllimi kimi tanımışlar. Digər tərəfdən İbni Teymiyyə monqol-tatarların İslam ölkələrinə vəhşicəsinə hücumu dövründə yaşayıb. Bu dövrdə bir çox müsəlman alimlərin dəyərli əsərləri məhv edilmişdir.

İTTİHAMLA ÜZ-ÜZӘ


ÖN SÖZ. Günəş şərqdən doğur... 14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı.
Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qur᾿ani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət.

Peyğəmbərdən (s) nəsihətlər

Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar

◘Qur`an (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.

◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.

◘Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin me`yarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.

◘Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.


Готовиться к худшему? ИГ приближается к границам Таджикистана

«Исламское государство» подбирается если не к границам России, то к дружественным ей государствам Центральной Азии, которых, согласно договорам о сотрудничестве, она не сможет бросить в беде.
Вблизи таджикско-афганской границы активизировались экстремистские группировки. Согласно данным спецслужб Таджикистана, со стороны Афганистана сосредоточено несколько тысяч боевиков движения «Талибан» и бойцов джихадистской группировки «Исламское государство». Об этом накануне заявил помощник президента Таджикистана по вопросам безопасности Шерали Хайруллов в ходе встречи Совета командующих пограничными войсками стран СНГ, передает русская служба ВВС.
В Душанбе полагают, что эти и другие примкнувшие к ним экстремистские группировки представляют большую опасность для региона, в частности, исламские боевики заявляют о своем стремлении к свержению действующих правительств в странах Центральной Азии.

Путин: Всё уничтожили, Саддама повесили, дальше — ИГИЛ

Владимир Путин заявил на пленарном заседании ПМЭФ-2015 в Санкт-Петербурге, что свержение властей в отдельных странах Ближнего Востока привело к вспышке терроризма и расцвету террористической группировки ИГИЛ (организация запрещена в России по решению суда. — Прим. LifeNews).
-До того как властные структуры в Ираке не были уничтожены, там не было никаких террористов. Но никто не говорит, кто и как создал условия вспышки терроризма на этой территории… После вторжения в Ирак всех разогнали, все уничтожили, Саддама повесили, дальше -ИГИЛ, -сказал президент России. -В Ливии произошла дезинтеграция… Мы не хотим, чтобы то же самое произошло и в Сирии, поэтому мы поддерживаем правительство Асада.

19.06.2015

EL ŞAİRİ ALMAS YANARQƏLB İLƏ GÖRÜŞ

Bilal Alarlı

Müasir molla Almas Yanarqəlb kompüterində yazdığı yeni şeirləri ilə məni tanış edir. Mollanın ikinci qonağı Əlipənah Nəzərov da maraqlı adamdır. Ocaqlıda işlədiyim vaxtlarda bu kəndin folklorunu toplayır, el şairlərinin yaradıcılıq nümunələrini yazıya alırdım. Bu işə yerli ziyalıları da cəlb edə bilmişdim. Mənimlə bir məktəbdə müəllim işləyən Abbas və Əlipənah Nəzərovlar folklor nümunələrinin toplanmasına həvəslə girişdilər. Əlipənah özü də nəzmlər qoşub-düzürdü. Onun qoşduqları məhəbbət mövzusundadır:

Bir mənə rəhm eylə, zülmündən əl çək,
Dərdliyə dərman ol, məzluma kömək.
Aşiq də qarşında çarəsiz qul tək
Dursun boynu bükük, lal, qurban olum.