Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü ilə qidalanan uşaqlarda astma xəstəliyinə yoluxma riski azdır. Amma həftədə bir dəfədən çox fastfoodla qidalanmaq bu riski artırır.
Fast foodun tərkibində olan xeyli miqdarda duz nəfəs yollarının ağrıması və ağciyərlərin həssaslaşmasına gətirib çıxarır. Həmçinin fast foodların tərkibindəki yağ miqdarının çox və antioksidantların az olması da astma xəstəliyini yaradan faktorlardandır.
Astmanın xroniki hala çevrilməsi ölümlə nəticələnə bilər və bu xəstəliyə yoluxanların sayı gün keçdikcə artır. Xüsusilə də uşaqlar bu qidanı daha çox sevir. Tədqiqatlar nəticəsində məlum olub ki, həftədə bir dəfədən daha çox qamburger və ya başqa fasf food məhsullarıyla qidalanan uşaqların astma xəstəliyinə yoluxma riski iki qat çoxdur.
xeber24.az
Комментариев нет:
Отправить комментарий