1997-ci ilin yazında ABŞ-ın San-Dieqo şəhərinin Santa-Fe rançosundakı dəbdəbəli villalarının birində polis 18 kişi və 21 qadın olmaqla, 39 cəsəd aşkarlamışdı. Cəsədlərin əksəriyyəti əlləri yanlarında səliqəli şəkildə çarpayıda uzadılmış formada idi. Hər biri qara idman köynəyi, qara şalvar və təzə qara idman ayaqqabısı geyinmişdi. Başlarına plastik torba keçirilmiş, üz və bədənlərinin yuxarı hissəsi isə rombvari bənövşəyi ipək yaylıqla örtülmüşdü.
Hər çarpayının yanında lazımi yol ləvazımatlarıyla doldurulmuş çantalar səliqə ilə qoyulmuşdu. Cəsədlərin hər birinin cibində isə 5 dollarlıq əskinaz və bir-neçə 25 sentlik qəpik pul var idi.
Kütləvi intihar edən bu insanlar icma şəklində yaşayan yüksək ixtisaslı kompüter proqramçılarıydı. Onları bir araya gətirən isə “Səma qapısı” adlı dini sekta idi.
Tarixçə...
Sektanı 1970-ci ildə vaxtilə musiqi müəllimi olmuş Marşal Epluaytla ruhi xəstəxanada tibb bacısı işləyən Bonni Lu Netlzlə birlikdə qurub. Onların tanışlığı da elə həmin xəstəxanadan başlayıb. Vaxtilə universitetdə musiqidən dərs deyən Marşal tələbələri ilə yaşadığı homoseksual əlaqələrə görə oradan qovulduqdan sonra 1970-ci ildə hallüsinasiyalar görür, bu səbəbdən ruhi xəstəxanaya düşür. Marşal iddia edirdi ki, o, müxtəlif səslər eşidir, qəribə məxluqlar görür, sanki öz bədənindən xaric olduğunu duyur.
Ona tibb bacılığı edən Bonni ilə tanışlığı sonradan platonik ər-arvad münasibətlərinə çevrilir və Marşal özünə “Do”, Bonni isə “Ti” ləqəbini götürür. Daha sonra fantastik təxəyyüllərin nəticəsində iddia edirlər ki, onlar “Səma səltənəti”nin kosmik gəmisi vasitəsilə yerə göndərilən insanabənzər yadplanetli məxluqlardır. Missiyaları isə bəşəriyyətə maariflənmə şansı vermək və bacardıqları qədər çox insanı geriyə, səmavi “evə” qaytarmaqdır.
Bu məqsədlə onlar yer üzündə həyatın meydana gəlməsi və digər dünyalara səyahət etməyin yolları haqqında mürəkkəb nəzəriyyələr irəli sürür, görüşlərini mütəmadi olaraq müxtəlif ufoloji jurnallarda dərc etdirirdilər.
Sonra ölkə üzrə çoxlu səyahətlər edərək ufologiya, ekoloji böhran və bu kimi söhbətlər aparmaqla, kilsə və sinaqoqlarda yazılar qoymaqla, müxtəlif insanlarla əlaqəyə girir, onları öz görüşlərinə inandırmağa çalışırdılar.
Aparılan təbliğat nəticəsində Do və Ti ətraflarında 40-a yaxın insan toplamağı bacardılar. Həmin qrup əvvəlcə “İnsan şəxsiyyətinin metamarfozası”, sonra isə “Anonim qəhrəmanların cəmiyyəti” adını aldı.
1985-ci ildə Ti xərçəng xəstəliyindən vəfat edəndən sonra Marşal bir müddət bədbinliyə düşdü və qrupu buraxdı. Lakin internetin yaranması ilə o, yenidən aktiv təbliğata başladı və şəbəkə vasitəsi ilə ətrafında yeni qrup formalaşdıra bildi. Onların əksəriyyəti kompüter mütəxəssisləri idilər. Dini sektanın adı da dəyişdirilib “Səma qapısı” oldu.
Sektanın qanunlarına görə, səmadakı “evə” qayıtmaq istəyənlər, dünya ilə onları bağlayan hər şeydən imtina etməliydilər. Bütün əmlaklarından azad olub zahidanə həyat sürməli, axtalanmalı (özünü ilk axtlayan Marşal idi), yalnız vegetarian yeməklərlə qidalanmalı idilər.
Dini sektanın kişi mənsubları özlərini “kiberrahib”, qadınlar isə “kiberrahibə” çağırırdılar. Cinsiyyətin müəyyən edilməməsi üçün hamı eyni paltar – torbavari kanbinzon geyinir, saçlarını qısa kəsdirirdilər. Onlar demək olar ki, gün işığına çıxmır, yalnız gecələr ulduzlu səmaya baxmaq, orada UFO görmək üçün həyətə düşürdülər. Sutkanın çoxunu isə kompüter arxasında keçirir, durmadan işləyirdilər.
Onlar nəyə inanırdılar?
Sektanın inancına görə, indiki dünyamız böyük inkişaf dövrünün sonuna yaxınlaşıbmış. 2000-ci ildə isə yer kürəsi dağılmalı və yenidən istifadə üçün hazırlanmağa başlamalı imiş. Bəşəriyyət isə öz planeti ilə birgə məhv edilməli imiş. Belə sonluqla qarşılaşmamaq üçün yeganə şans yadplanetli sivilizasiyanın yerdəki nümayəndələri olan “Səma qapısı”nın mənsublarının dediklərini etməkdir. Onlarla əlaqə qurmayanlar hər şeyi itirəcəklər.
Sektanın Tanrı və Şeytan haqqında təsəvvürləri də qəribədir. Onlar inanırdılar ki, Yaradanla İblis real şəxsiyyətlərdir, “uçan boşqablar” vasitəsi ilə yer kürəsinə gəlmiş və öz aralarında mübarizə aparırlar. Onların yanına, yəni kosmik gəmilərinə iki yolla düşmək mümkündür – insanı ya özləri götürməli, ya da fərd intihar etməlidir.
Bu dini sektanın mənsublarının inancına görə, insanın bədəni ruhun səyahət etməsinə kömək göstərən bir növ “nəqliyyatdır”. İnanca görə, əgər doğru vaxtda intihar edilsə, yeni “nəqliyyat” tapana kimi ruh “yuxuya gedəcək”. Başqa sözlə, onlar inanırdılar ki, ruhları insan bədənindən daha mütərəqqi məxluqun vücuduna köçəcəkdir.
Vidalaşma və “Uçuş ayini”
1997-ci il mart ayının 26-da, pasxa vaxtı Yer kürəsinə Xeyl Bopun kometası yaxınlaşanda sekta mənsubları bunu özlərinə işarə sayıb, kometanın arxasında böyük kosmik gəmi olduğunu iddia etdilər və “digər planetə uçmaq” ayininin icrasına başladılar.
Hər biri internetdə vida məktubu yazaraq, son sözlərini videoya çəkmişdi. Marşal intiharqabağı vida çıxışında bunları söyləmişdi: “Biz uzaq kosmik ölkədən, növbəti Bəşərüstü Səviyyədən gəlmişdik. Və artıq gəldiyimiz dünyaya qayıtmaq üçün daşıdığımız bu bədənlərdən çıxmağa hazırlaşırıq. Bizim missiyamız sona yetdi”.
Ayinin tam icrası üç gün çəkdi. Sektanın mənsubları dəqiq göstərilmiş vaxtda on beş - on beş intihar etdilər. Onlar “bədənlərini təmizləmək üçün” əvvəlcə sitrus şirələri içdilər, daha sonra yüksək dozalı barbiturat məhlulu (güclü yuxu gətirən vasitə) qarışdırılmış şirin krem yedilər və üzərindən alkoqol qəbul etdilər. Sonra “səma yolçuları” səliqəli şəkildə öz çarpayılarına uzandılar. Əqidə qardaşları onların başlarına selofan torba keçirdib, üzərlərinə yaylıq sərdilər. Sonda yalnız iki nəfər qalmışdı, onlar da intihar edib ayini yekunlaşdırdılar.
Bu hadisə 90-cı illərin sonu Amerika cəmiyyətində ciddi səs-küy, şok yaratmışdı. Buna baxmayaraq, sekta öz mövcudluğunu geniş şəkildə olmasa da, bu gün də davam etdirir və müəyyən dairələrdə xüsusilə məşhurdur. (publika)

Комментариев нет:
Отправить комментарий