08.12.2012

Küləyin özəlləşdirilməsi

Vüqar Xəzəralı İmanov

Amerikada alternativ enerji qaynaqlarını istifadə etmək nefti və nüvə enerjisini istifadə etməkdən daha sərfəlidir. İçtimai quruluş üçün. Çünki nüvə enerjisini özəl şirkətlər istehsal edə bilmir. Xərci çoxdur. Həm də nüvə enerjisi mərkəzi nəzarəti zəruri edir. Bu Şərqdə suvarma sistemlərinə olan ehtiyacdan doğan mərkəzi hakimiyyətin möhkəmliyi zərurəti analoqiyasıdır. Şərqdə özəl mülkiyyətin inkişaf etməməsinin səbəblərindən biri də suvarma siteminin dövlətin əlində olmasındadır.
Yəni ümumi irriqasiya məcburiyyəti Şərqdə dövlət hakimiyyətini iqtisadiyyatda həmişə inhisarçı edib. Amerikada Atlantik okeandan tutmuş Kordilyer dağlarının ətəklərinə qədər düzənlikdir. "Vəhşi qərb" deyilən səhralıq. Bura özəl mülkiyyətin dayağıdır. Avstraliya da buna oxşar. İdentikdir. Dediklərim ona da aiddir. Beləliklə Atlantik okeandan əsən külək avtonom olaraq özəl fermalarda elektrik enerjisinin istehsal etməsi üçün imkan yaradır. Bu isə öz növbəsində dövlətin neftlə və nüvə ilə bağlı mərkəzi nəzarətinə ehtiyac qoymur. İranda nüvə istehsalının genişlənməsi iqtisadiyyata dövlət nəzarətini gücləndirməsi deməkdir. Bu isə öz növbəsində İranda içtimai quruluşu dəyişdirir. Özəl mülkiyyət nüvəyə nəzarət edə bilmədiyindən arxa plana keçir. Şəriətin əsas dayaqlarından biri olan özəl mülkiyyət münasibətləri sarsılır. Əhmədinejatla Xamneyi arasında olan ziddiyətlərin təkində əslində bunlar dayanır. Əhmədinejat tez-tez sosializmdən danışır. Xamenyi isə oliqarxiya nümayəndəsidir. Ayətullahların çoxusu millyarderdir. Siyasi iqtisadi terminoloqiyaya görə əski istehsal münasibətləri təkində yeni məhsuldar qüvvələr yaranır...Bu baxımdan Azərbaycanda alternativ enerji qaynaqlarının istifadə edilməsi mümkün deyil. Çünki buna burada ehtiyac yoxdur. Bu ekperimental bir şey ola bilər. Nümunə üçün. Ya da olsa da dövlətin nəzarətində olacaq. Amerikada adi fermerin öz mülkündə istehsal etdiyi və ancaq öz təsərrüfatı üçün istifadə etdiyi külək və günəş enerjisini Azərbaycanda kim istifadə edəcək?! Külək Abşeronda daha çox əsir, amma Abşeronda külək də dövlət tərəfindən özəlləşdirilib.

Комментариев нет:

Отправить комментарий