Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa,məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə,sanki qızılgüldü, qızardı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus,qara yel əsdi, xəzan oldu baharı.
Комментариев нет:
Отправить комментарий