11.12.2012

Getməyə bel bağlıram

Omid Nəccari

Səhər qalxıb pəncərədən baxarsan
Yol hədiyəsi istəmirəm bilirsən
Nigahıni yollarıma salarsan
Daha kimsəni gözləmirəm bilirsən

Yağış gələr dua edər yalqızi
Yapraqlar görərkən saralar payızi
Yel püsqürür tellərimdə oynayır
Yol gözləyir getməyimi bilirsən

Ayaqlarım palçıqlarla boyanır
Odun iyi məşəmıma caylanır
Götürmə daha piyaləni dalımca
Yağış ayrılığın suyun səpir bilirsən


Bir əlimdə milyonlarca gizlin sir
Bir əlimdə rəngli olan körpəlik
Ceblərimdə bir bolluca şəkərdir
Ömrün çayın şirinlədəm bilirsən

Veda etdim növrüzdən qalan balıqlari
Qara bulutlar səf çəkib lər gedirəm
Hər şey yerində dir ama dur!!!
Sazıma nə söyləyim bilmirəm

Комментариев нет:

Отправить комментарий