Nə dəvə karvanı, nə at ilxısı,
Nə nərə səsləri döymür qapımı.
Bənd olub çarpayı döşəklərinə,
Get-gedə boşalır sümüklərimiz.
Bu ayrı zamandır-sürətli və lırt,
Ərənlik duyğusu qadınlaşmada.
Savaş yanğısını siqaret yeyir,
Oturmaq azarı qabar bağlayıb.
Məni darıxdırır bu kənd, bu bina,
Mənə kəhər verin, at istəyirəm.
Mən ad istəyirəm, ad istəyirəm,
Sərhədsiz çöllərin cəng meydanında.
Beton vahimələr cəngəllikləşib,
Göydələn binalar dev qəsrləri,
Qadınlar məhəbət həsrətindədir,
Erkək gözlərindən geylər göyərir.
Çilə işıını, çilə ilahə ,
Oyat öz içində yatan erkəyi.
Yaşamın yaşılı sevişimizdir,
Səngimək bilməyən savaşımız var.
*****
Hələ kitab yazılmayıb,
Hələ coşmayıb qanımız.
Hələ qazavat ruhumuz,
Boynuna kəfən salmayıb.
Küçələrdə gəzişirik,
Odalarda sevişirik,
Dans edirik, rom içirik,
Keyfimi dimdik dayanıb.
Efiri doldurub səlib,
Gözlər kölə, sözlər kölə.
Qabaqda savaş günü var,
Biz qurud əzirik hələ.
Bizə güc ver bir allahım,
Suçumuzu bağışla.
Sən bizi əsgər yaratdın,
Biz hinduşqa yaşadıq.
Şaman ritmləri
Arx yürüyür şırhaşır,
Qaz köçü qaqqıldaşır.
Unqay qak-qak, unqay qak,
Kanqay qak-qak, kanqay qak.
Mən sani düşünürəm,
Fikrin ana saytında,
Duyğu ekranlarında,
Petrol qoxusu donub.
Şikar tutmaq həvəsi
Qanad vurur içimdə,
Revolverin dəstəyi,
Ovucumu tərlədib.
Instinkt oyanışları,
Qısraq qovur döpd nala,
Suvari atəşləri,
Göy üzünə xal qoyur.
Sevgi ilahədəndir,
Köç yolu qışa qalmaz.
Sənin çırpınışların,
Qaz köçü ritmindədir.
Uçuşumuz yüpyüngüldür,
Ürəyimiz bərkqaçan.
Biz tanrılar məkanını,
Eşq yollarında bulduq.
*****
il siçan üstündə,
təkəm otaqda,
ümüd birjasının
gülüşü saxta.
ömür ekranının
qarışıb rəngi.
səma kontorunda
veksel verən kim?
əsrarlı qatların
ayrıdır kodu.
bir yanda düyün var,
bir yanda cadu.
düyünü bərk büğla
caduya üfür.
ibrət kitabından
şirindir küfür.
ya bir “cip” arzula,
ya da bir “pikap”.
könlün şossesində
sağa-sola çap.
Комментариев нет:
Отправить комментарий