Furuğ FərruxzadÇevirən: Şəlalə CAVANŞİR
Günəşə yenidən salam verəcəyəm
vücudumda axan arxa,
uzayan fikirlərimi, əks etdirən buludlara,
mənimlə quraq mövsümlərdən keçən
bağın acınacaqlı uzayan qovağına,
mənə gecə tarlalarının ətrini hədiyyə gətirən
qarğa dəstələrinə
qocalığımı yansıdan güzgüdə yaşayan anama
təkrarlanma şəhvətimdən yaşıl toxumlardan dolan, içərisi iltihablı
yerə, yenidən salam verəcəyəm
gəlirəm gəlirəm gəlirəm
saçlarımla: topraq altı qoxuların davamı
gözlərimlə: qaranlığın qatı təcrübələri
divarın ötəsindən topladığım kollarla
gəlirəm gəlirəm gəlirəm
və astana sevgilə dolur
astanada sevənlərə
ve sevgiylə dolu, ayaqda duran qıza
yenidən salam verəcəyəm.
***
Gözlərinin hüdutsuz məhtabına yenə bu gecə
Ulduzlar yağır şeyrimə
Və kağızların çöl qışındakı ağlığı üzərinə
əllərim, qığılcımları dantəl kimi zərafətlə toxuyur
çünkü alovdan bir köynəkdir mənim şeyrim
yalnız eşq odunun kölgəsində sığınan
və hər kəs kimi eşq odudur
məni də yaxıb yandıran
Комментариев нет:
Отправить комментарий