10.12.2012

ŞƏHİDLƏR XİYABANINDA

Aida EYVAZLI

Bir gənc qız sevdiyi oğlanın baş daşını qucaqlayıb ağlayırdı

Əhdinə vafalı gözəl,
Nə yanqılı ağlayırsan.
Göz yaşınla mərmər daşın,
Ürəyinmi dağlayırsan?!

Daşa dönmüş o şəkili,
Bağrına basdığın bəsdir.
O mərmərdən baş daşına,
Nə danışsan da əbəsdir.


Qucaqlayıb baş daşını,
Tellərin yaman ağlayır.
Dərdin köksündə hönkürür,
Diləyib, aman ağlayır.

Bir tumara həsrət qalmış,
Tellərinin tumarı yox.
Nə vaxtdır ki, dərdlərinin,
Səngiməyi, xumarı yox.

Sevgilin daşa dönəndən,
Daşlara saldın meylini.
Daha daşlara söylərsən.
Hər dərdini , gileyini.

Əhdinə vəfalı gözəl,
Nə yanğılı ağlayırsan.
Göz yaşınla sevgilinin,
Ürəyinmi dağlayırsan?!

O igidi, o şəhidi,
Belə ağlamağın, bəsdir!!!!
Səsini eşidən deyl,
Nə söyləsən də… əbəsdir…

17 iyul, 1995.

Комментариев нет:

Отправить комментарий