10.12.2012

SƏN NİYƏ GƏLDİN?

MİRZƏ SAKİT

Üzürsən bir eşqin sel axınında,
Düşmüşəm ardınca, harayındayam
Səndən uzaqdayam... lap yaxınında,
Sənin qəlb evinin sarayındayam

Bir yer axtarıram məskən salmağa,
Deyirdin - Qəlb evim birotaqlıdır,
Gəlmişdim yanına qonaq qalmağa,
Gördüm qıfıllanıb o da bağlıdır


Gecələr sevgiylə verib əl-ələ,
Bir KÖRPÜ yaratdıq pıçıltılardan
Mən yoxam, sən yoxsan nə səsdir belə,
Gəlir qulağıma pıçıltı hardan?

Eşqımız bir rəngdə, sevgimiz əkiz,
Boyumuz bir idi...sonra yekəldin
Tufanlar qoynunda keçib beş dəniz,
Sevgin yox idisə, "Sən niyə gəldin"?

Комментариев нет:

Отправить комментарий