13.12.2012

Şəhərin əyri bir küçəsində

Narıngül Babayeva

Gördüm,
hər şeyi gördüm.
Dünyanı unutdum
sərhədsizliyə çatdım,
xəyalları aşdım.
İşığa toxundu əllərim.
Xoşbəxtliyi daddım.
Kəpənəyə döndüm,
günəşi göydən yerə endirdim,
yamyaşıl baharı gətirdim.
Sonra hər şeyi itirdim
şəhərin əyri bir küçəsində.

Комментариев нет:

Отправить комментарий