10.12.2012

"Əsil ziyalı insanın dəlisiyəm"

Şirinxanım  Kərimbəyli Şadiman "TEZ-BAZAR"da

-Özünüzü 2 sözlə təqdim edin.
- Şirinxanım Şadiman.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Sadəcə adımla.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Şair-publisist.

- Dost…
- Əslində təkliyi sevirəm.

- İlk sevginiz?
- Qadınların sevgisi daim ürəklərində mürgüləyir.


- Əsas ixtisasınız?
- Kitabxanaçı, mühəndis-geofizik.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus, metro.

- Sevdiyiniz maşın markası?
- Ümumiyyətlə maşın markaları ilə maraqlanmıram.

- Sevdiyiniz brend?
- Lit.parad
- Sevdiyiniz saç düzümü?
- Kare (qısa).

- Sevdiyiniz rəng?
- Mavi.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Türkiyə, İstanbul.

- Sevdiyiniz yemək?
- Kabab.

- Ən çox istifadə etdiyiniz söz?
- Canım.

-Leksikologiyanıza yad olan söz?
- Məddahlıq.

- Sizi nə həyəcanlandıra bilər?
- Körpə gülüşü.

- Ən çox sevdiyiniz kitab?
- “Amerika faciəsi”.

- Ən çox sevdiyiniz yazar?
- Mirzə Fətəli Axundzadə.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Müslüm Maqamayev.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Həzin musiqi.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Hiss etmişəm və istifadə edirəm.

- Mənfi xüsusiyyətiniz?
- Adamlardan qaçıram.

- İdeal insan necə olmalıdır?
- Özünə güvənən.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Hər-halda mən daima özümə güvənmişəm, amma tam ideal insan yoxdur.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yaltaqlıq.

- Həyat fəlsəfənizi ifadə edin.
- Başqalarına mane olmamaq.

- Siz xoşbəxtsinizmi?
- Tam xoşbəxt adam yoxdur.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Ağılsızlıq.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Sonun pis olmaması üçün əvvəldən məsuliyyətli olmaq lazım.

- Ölüm niyə ölmür?
- Ölümü öldürmək üçün ruha tapınmaq  gərək.

- Dinlərə münasibətiniz?
- Yaradana inanıram, bizi deyəsən hansısa planetdən yerə atıblar.

 -Kimdən və nədən xilas olmaq istərdiniz?
- Adamı sıxan mühitdən...

- Falçıya inanırsızmı?
- Falçıların əsiri deyiləm, amma təsadüfü insanlarda görücülük ola bilər.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Əvvəldən daş olsaydım...

- Sevinciniz nə qədərdir?
- Sevincim ovucla, qəmim xalvarla.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Əsil ziyalı insanın dəlisiyəm.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Bağlayıcısız cümlə var ki…

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayı içmək də yaxşıdır, keçmək də.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Həyatımız elə başdan-başa gülməlidir.

- Mənə sualınız.
- Sizin “Tez Bazar”a uğurlar, bizləri yad edirsiniz…

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий