“Haberturk” qəzetində Saliha Çolakın xəbərində bildirilir ki, 1996-cı ilin oktyabr ayında ABŞ dövlət katibi Varren Kristoferin imzasıyla ABŞ-ın Ankaradakı səfirliyinə gizli məktub göndərilib. Məktubda baş nazir Nəcməddin Ərbakanın bu vəzifəyə seçilməsindən dərin narahatlıq ifadə olunur. Burada “türk hərbçilərinin hərəkətə keçməyə məcbur edilmələrinin vaxtıdır” ifadəsi də qeyd olunur.
Məktubda o dövrün baş naziri, mərhum Nəcməddin Ərbakanın ərəb və müsəlman ölkələri ilə yaxınlaşmasından dərin narahatlıq ifadə olunur. Həmin məktubun nüsxələri Afina, Beyrut, Moskva və Sofiyadakı səfirlərə, eləcə də Cenevrə, NATO və BMT-dəki ABŞ nümayəndələrinə göndərildiyi bildirilir.
Məktubda xüsusilə qeyd olunur: “Departamentimiz türk hökumətinin baş nazir Ərbəkandan ilham alaraq, xarici siyasətdə Qərbdən ayrılıb, yenidən ərəb və İslam dünyasına doğru yönləndirilməsindən dərin narahatlıq keçirir. Qənaətimizə görə, Türkiyənin İran, İraq, Liviya, Nigeriya və Suriya ilə əlaqələrinin gücləndirmək yönümündəki səyləri bizim milli mənfəətimizə ziddir.
Türkiyə ABŞ-ın əsas strateji ortağı olaraq qalmaq məcburiyyətindədir və onların bu mövqedən çəkilməməsinə əngəl ola bilməməyimiz milli mənfəətimizi sual altına qoyacaq. Türkiyə ordusu bu nəticəni əldə etmək üçün böyük səy göstərməyə məcbur edilməlidir. Bu mövzuda dəqiq planlarını və təkliflərinizi gözləyirik”.
Qeyd edək ki, keçmiş Türkiyə baş naziri Nəcməddin Ərbakan özü də vəfatından öncə həmin məktubdan bəhs etmiş və 28 Fevral çevrilişinin ABŞ-ın əmri ilə həyata keçirildiyini bildirmişdi.
deyerler.org
Комментариев нет:
Отправить комментарий