Arzu Abdulla

“Bu şəhərdə” bu məmləkətdəkiləri olduğu kimi göstərən teatrdır. İki aktyorun və bir ssenaristin teatrını məmləkət əhli çox bəyənir. Amma bu əhli məmləkətin arasından məni çıxmanızı xahiş edirəm. Əslində bu ilin yayında Gəncə səfərinə qədər “Bu şəhərdə”ni izləmişəm. Lakin teatrın “Baldız” adlı layihəsi Bakı avtovağzalından Gəncəyə çatana qədər bütün əsəblərimi korladı. Tamaşadan da çox avtobusdakı izləyicilərin reaksiyası lap dəhşətli idi. Tamaşanın bir yerində gəlin (Coşqun Rəhimov) qoca, saçları ağarmış qaynananın (Rafael İskəndərov) başından tutur, saçlarını yolur. Bu zaman bu ailə faciəsinə tamaşa edən sərnişinlər kövrəlmək əvəzinə uğunub gedirlər gülməkdən. Ucuz, səviyyəsiz gülüş doğurmaq üçün xalqın ənənəsinin üstündən bir qara xətt çəkmək də olar. Təki ömründə əlinə bir kitab almayanların, dünyanın gedişatından xəbəri olmayanların üzündə gülüş oyansın.
Bu, sadəcə, məmləkətimizə uzanan yad, düşmən əllərin ailə institutuna vurduğu zərbənin əks-təsiridir. Pis deyil, hələ ki.
İndisə gələk davaya, deməli, yaxınlarda Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın “Facebook”da aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimovun “Azercell” şirkətinin reklam rolikinə çəkilməsini tənqid edən statusu səs-küyə səbəb oldu.
Deputat “Facebook” statusunda istedadlarına hörmət etdiyi aktyorlar Rəfael və Coşqunun son zamanlarda televiziya və internet məkanında reklam klipində qadın paltarında görüntü vermələrini pisləyib.
Deyim ki, deputat fikrini çox məntiqli arqumentlə ifadə edib:
“Yaxın zamanlarda Həcc ziyarətində olmuş bu insanlar məsələnin ciddiyyətini daha dərindan anlamalıydılar. Sənət naminə hansısa tamaşa epizodunda belə bir rol almaq məcburiyyətində qala bilərlər və bunu bir az anlayışla qarşılamaq olar. Ancaq belə reklamlar onların özlərini də həqiqətən hörmətdən salır və bu barədə düşünmələrini istərdim. İnsanlara gülüş bəxş etmək yaxşı haldır, ancaq Rusiyada bu gülüşü bəxş edən Raykin, Xazanov, Zadornov heç də qadın paltarı geyərək deyil, sözün məna gücü ilə güldürə bilirlər. Əslində kişinin qadın paltarı geyməyi qadınların özünə də hörmətsiz yanaşma kimi qiymətləndirilə bilər”.
F.Mustafanın fikrinə şərik olub deyirəm ki, Rafaellə Coşqun hansısa qadın obrazını yaradanda qadın geyimi geyməyə məcbur olsalar da, reklam rolikində çəkilməyə məcbur deyillər. Onlar, sadəcə, qonorar almaq üçün bu addımı atıblar. O da bəllidir ki, adıçəkilən aktyorlar bu qonorara o qədər də möhtac deyillər. Amma “Azercell”in reklam roliki üçün verəcəyi qonorara gündüzlər universitetdə oxuyan, axşamlar isə restoranlarda, qulaqbatırıcı səsin altında ofisiant işləməyə məcbur olan tələbələrimizin daha çox ehtiyacı var. Bəlkə adıçəkilən aktyorlara edilən bu reklam təklifini onlar hansısa imkansız tələbəyə ötürəydilər. O, imkansız tələbə də aldığı qonorarla hansısa ehtiyacını ödəyəydi. Bu həm təhsilimizə, həm gənclərimizə kömək olardı. Eyni zamanda bu addım Həcc ziyarətində olan insanlar üçün ən düzgün seçim idi. Amma ağ donun içində qara tüklü qollarını yelləyən Rafael və ya qara donlu Coşqun qadın libasında çox əcaib görünürdülər. Yəqin ki, onlar özləri də bunun fərqində idilər.
Söz yox, bizdə nənəm demiş, hər kəs qabı öz qabağına çəkir. Məsələn, dövlət büdcəsindən yerli serialların çəkilməsi üçün ayrılan pullar kənara düşməsin deyə, bir dəstə adam sinəsini qabağa verib, həm ssenari yazır, həm aktyorluq edir, həm də rejissorluq. Heç bir istedadı olmayan qohumlarını aktyor edən belələri üçün puldan üstün dəyər yoxdur.
Fazil bəyin “Facebook” statusunu oxuyandan sonra düşündüm ki, aktyorlar Rafaellə, Coşqun əyinlərinə qadın geyimi geymələrinin səbəbini izah edəcək və bunu xeyriyyə məqsədi ilə etdiklərini bildirəcəklər. Yəqin ki, bu zaman Fazil bəy də aktyorların humanizmindən kövrələcək və üzr istəyəcəkdi. Amma belə olmadı. Tamamilə baş-ayaq nələrsə baş verdi. “Bu şəhərdə” layihəsinin ssenaristi Müşfiq Abbasov mərhum aktyorumuz Əhməd Ağdamskini nümunə çəkərək aktyorlara haqq qazandırmağa tələsib və fikrini belə əsaslandırıb: “Sizin məntiqlə əgər Həcc ziyarətində olan aktyorlar alkoqolik ya narkoman obrazını yaratsa, dönüb özləri alkoqolik ya narkoman ola bilər”.
Çox qəribədir. Elə bil iki nəfər eyni mövzu haqqında danışırlar, amma hər ikisi ayrı-ayrı dillərdə. Ən dəhşətlisi odur ki, bu gün məmləkətdə hələ də Həcc ziyarətinə imic kimi baxırlar. Həcc ziyarətinin fəlsəfəsini anlamayanlar bu ziyarətə daha çox can atırlar.
Əhməd Ağdamskiyə gəlincə, bu aktyor əlacsızlıqdan qadın obrazı yaradırdı. Qonorar almaq üçün “Azercell”in reklamına çəkilmirdi. Sənət başqa, şou başqa, pul qazanmaq başqadır.
Bu arada yadıma “Böyük ana” filmi düşür. Əla ifa, əla aktyor və əla nəticə.
Əhməd Ağdamski çarəsiz idi. Elə Müşfiq Abbasov da çarəsizdir. Çarəsizlik haqqında Mövlanənin çox gözəl fikri var: “Çarəsizlik Allahdan gələn ən gözəl işarətdir. Duanın vaxtının gəldiyini göstərir. Kədərli, üzgün üzün, yaş süzülən gözlərin Rəbbinin səni gözlədiyinə, səsini eşitmək istədiyinə işarədir”.
Hələ ki gec deyil. Hələ gec deyil, əllərinizi uca Yaradana tutun və sizləri bu anlaşılmazlıqdan xilas etməyə çağırın. Yaradan hər zaman kömək edir. Yetər ki, səhvini başa düşüb, üzr diləyəsən.
yashilqafqaz@gmail.com gunteleqraf.az

Комментариев нет:
Отправить комментарий