25.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI: “TURAN AMİLİ”
Rusiya öz slavyan kökünü məhz Turanla birləşdirərək müstəqil sivilizasiya kimi formalaşıb. Monqol-tatar dövrünün mirası rus tarixinin vacib elementi olmuşdur ki, bu bir neçə parçalanmış şərqi slavyan əyalət knyazlığını dünya imperiyasının gövdəsinə çevirmişdir. Kiyev Rus dövlətinin 13-cü əsrdə Avropa təsiri altına düşmüş sektorları yavaş-yavaş onun içində əriyərək, siyasi və mədəni müstəqilliklərini itirdilər. Ordanın tərkibinə daxil olan torpaqlar isə sonradan kontinental imperiyanın nüvəsinə çevrildilər. Tatarlar Moskva Çarlığında dirçələn və “Çingizxanın mirası”na (knyaz N.S. Trubetskoyun kitabının adı) daxil olan Qədim Rus dövlətinin mənəvi özünəməxsusluğunu qoruyub saxladılar. Avrasiyaçılar rus filosofları və tarixçiləri içərisində ilk ideoloqlardır ki, Turan amilini müsbət qaynaq kimi dəyərləndirmişlər, rus-tatar münasibətləri dialektikasını Avrasiya dövlətçiliyinin canlı mənbəyi hesab etmişlər.

Комментариев нет:

Отправить комментарий