20.06.2021

Zahid Orucun "generalnı davernostnan" işlətdiyi qrantəmən QHT-si barədə

Deməli, Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi adlanan qurumunda öz işçiləri olan 10 nəfər arasında sorğu keçirib belə bir nəticəyə gəliblər ki, Azərbaycan əhalisinin 70,1 %-i Türkiyənin sosial-siyasi həyatını izləyir.
Yəqin ki, orda işləyən 10 nəfərdən 7-si izləyirmiş.
1/10 göstəricisini ya bəzək üçün atıblar, ya da ofislərində olan pişiyin də bütün günü TRT-1 izlədiyini nəzərə alıb obyektivlik naminə sorğunun nəticələrinə 1/10 kimi əlavə ediblər.
Maraqlıdır, görəsən hörmətli deputatımız Konstitusiya ilə ona verilmiş "xalqın adından danışmaq hüququnu" öz qrantəmən təşkilatına necə transfer edə bilib? "Generalnı davernostnan verib"?

Cəmil Şirvanov

Комментариев нет:

Отправить комментарий