15.06.2021

Valeri Korovin, “RUSİYA İRANA NÜVƏ SİLAHI YARATMAQDA KÖMƏK EDƏCƏK”:

“İranın nüvə proqramı ABŞ-ın əlində İrana qarşı bütün dünyada propaqanda aparmaq üçün bir “kozırdir”. Məsələ heç ABŞ-ın İran bombasından qorxmasında deyil. Çünki birincisi, həmin bomba hazırlansa belə, bu çox tez bir zamanda baş verməyəcək, ikincisi, həmin bomba heç vaxt Amerikaya gedib çatmayacaq. Nüvə silahına malik olmaq İranı geopolitik subyektə çevirəcək. Birqütblü dünya qurmağa çalışan Amerikanı ən çox narahat edən məsələ budur. Regionda yeni bir regional qütbün yaranması onun planlarına uyğun deyil. Axı geopolitik subyektlə hədə dilində danışmaq mümkün olmayacaq. Çoxqütblü dünya qurmaq istəyən dövlətlərin klubunda nüvə layihəsinin olması məhz onun iştirakçılarının potensialını gücləndirir, real geopolitik konfiqurasiya qurmasına imkan verir. Deməli, İran “bizim adamdır” – Rusiyanın “adamı”. Möhkəm çoxqütblü strateji ox yaratmaq üçün İranın nüvə texnologiyasına malik olması həm də bizim marağımızdadır.
Rusiyanın İranla münasibətlərindəki hərəkətləri ondan xəbər verir ki, Rusiya məsələnin strateji əhəmiyyətini dərk edir, ona görə də İran nüvə proqramının başlanğıc nöqtəsi olan Buşehr AES-in tikintisi Rusiya dövlət başçısının nəzarəti altındadır”.

Комментариев нет:

Отправить комментарий