19.06.2021

Bu məlumatlar liberast və pantürkist mətbuatımızın lazımı olacaq


İbrahim Rəisi İranın növbəti prezidenti seçildi. Onun haqqında bəzi məlumatları yazmaq istəyirəm.
İbrahim Rəisi farspərəst farsdır və ermənipərəst erməniləri sevir.
Rəisinin işğaldan azad olunan ərazilərimizdə kartoşka və bamador sahəsi olub.
Rəisi birinci Qarabağ müharibəsində Monte Melkonyanla selfi çəkdirib.
Rəisi İranda soydaşlarımızın ana dilində danışmasına dözə bilmədiyi üçün iki dəfə infarkt keçirib.
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Rəisi nəinki bizi təbrik etməyib, əksinə Paşinyana dəstək məktubu ünvanlayıb və üçüncü dəfə infarkt keçirib.
Rəisi, Ərdoğanı düz üç dəfə təkbətək güləşməyə çağırıb.

İlham Ali Soy






Комментариев нет:

Отправить комментарий