30.06.2021

Serqey Zaqatin, Rusiya Federal Xəbərlər Agentliyi: “Azərbaycan nefti Fətulla Gülənin terror sektasına məxsusdur”

“Hələ 2015-ci ilin oktyabrında Ərdoğanın yeznəsinə məxsus olan Türkiyənin “Sabah” qəzeti, SOCAR və onun Türkiyə şirkətlərindəki bir sıra türk və azərbaycanlı məmurları Fətulla Gülən sektasına üzv olmaqda ittiham etdi. Qəzet xəbər verirdi ki, Fətulla Gülən və tərəfdarları Türkiyənin energetik sferasını özlərinə tabe etmək üçün öz adamlarını bu sferaya milyardlarla dollar investisiya qoymağa hazırlaşan SOCAR-a yerləşdiriblər. Bu yolla nurçular Türkiyənin energetik sektorundan hakimiyyətə yaxın şirkətləri sıxışdırıb çıxarmaq və ölkənin bütün enerji sahəsini öz əllərinə keçirmək niyyətindədirlər... Bəlkə SOCAR o qədər xeyir gətirir ki, dərinə getməyə ehtiyac yoxdur? Amma 16 iyun 2021-ci ildə media xəbər verdi ki, “SOCAR-ın ən nəhəng xarici investisiyaları Türkiyəyə qoyulub, onların həcmi 16,5 milyard dollara çatıb”. Yəni Fətulla Gülənin yuxarıda dediyimiz Türkiyənin energetika sferasını asta-asta tabe etdirmək fətvası SOCAR rəhbərliyi tərəfindən hələ ki can-başla yerinə yetirilir. Eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” Türkiyəyə nəhəng vəsaitlər qoyduğu bir vaxtda —hansı ki bu vəsaitlər teoretik cəhətdən Azərbaycanın sosial-iqtisadi inkişafına işlənməliydi— SOCAR-ın Azərbaycan büdcəsinə olan 400 milyon dollar borcu da silindi. Dövlət şirkətinin öz ölkəsindən vəsaitləri başqa dövlətin inkişafı üçün çıxarıb aparması ilə bağlı bu biabırçılığı sadəcə köhnə xeyirxah müstəmləkəçiliklə izah etmək olar. Həmin soyğunçu sxemdə Gülənin adamlarının (oxu: ekstremistlərin və terroristlərin) iştirakı bu işi daha yırtıcı edir. Faktiki olaraq əgər açıq mənbələrə istinad etsək, belə görünür ki, Azərbaycan neftinə beynəlxalq terroristlər nəzarət edirlər ki, onların əsas məqsədi — Ərdoğandan sonrakı Türkiyənin bazasında növbəti “düzgün Xilafət” qurmaqdır. Bunun oxşarını biz artıq yaxınlarda Suriyanın şərqində və İraqın şimalında görmüşük — bunu aradan aparmaq üçün çoxlu güc sərf etmək lazım gəldi”.

Комментариев нет:

Отправить комментарий