25.06.2021

Romano-german sivilizasiyası Qərb xristianlığı (katoliklik, protestantlıq) sekulyarlığına əsaslanaraq, ilk yerə individualizmi, eqoizmi, rəqabəti, materializmi, texniki tərtəqqini, istehlak dəyərlərini, zəiflərin güclülər tərəfindən iqtisadi istimarını qoyan xüsusi postxristian sistem qurmuşdur. Bu sivilizasiya təkcə Şərqin və Üçüncü Dünyanın mədəniyyətlərini deyil, xristian aləminin qeyri-Qərb istiqamətlərini də, xüsusən Pravoslavlığı “geridəqalmış” sivilizasiyalara aid edir. Romano-german sivilizasiyası öz qlobal hüququnu mənəvi əzəməti ilə deyil, kobud maddi gücü ilə əsaslandırır; başqa xalqların mənəviyyatını yalnız öz “zəkasının” üstünlüyü haqda təsəvvürləri prizmasından qiymətləndirir (“rasionalizm”). Romano-german sivilizasiyası Maarifçilik dövründən başlayaraq, ümumiyyətlə açıq “allahsızlıq” yolu tutub, ənənələri və Tanrıya itaəti insan lovğalığı, onun tərifinin göylərə qaldırılması ilə əvəz etmişdir. Bu sivilizasiya ağır xəstədir, daxili böhran içərisindədir, onun maddi uğurları mənəvi eybəcərliyini və tənəzzülünü ört-basdır edir. Onun təsirinin dünyanın digər hissələrinə yayılması mənəvi epidemiya dalğasına bərabərdir. Romano-german sivilizasiyası özünün müstəmləkəçi-imperialist ifadəsiylə (başqa yanaşmanı o tarixən tanımır da) bəşəriyyətə təhlükədir və sivilizasiyanın bütün digər modellərinə ziddir, çünki onlara mövcud olmaq haqqı tanımaqdan imtina edir. 

«AVRASİYA HƏRƏKATININ PROQRAMI»

Комментариев нет:

Отправить комментарий