20.06.2021

Rusiyanın Yaxın Şərqdə " Marşal planı" və Qərbin zəif nöqtəsindən istifadə

Əli Məhədzadə

1947-ci il iyunun 5-də ABŞ Dövlət katibi Corc Marşal Harvard Universitetindəki çıxışında sonradan "Marşal planı" kimi məşhurlaşan planın konturlarını təqdim etmişdi. Həmin plana əsasən, müharibədən yenicə çıxan və ağır iqtisadi durumda olan Avropaya böyük miqdarda dəstək nəzərdə tutulurdu.
Bu plana uyğun olaraq, Birləşmiş Ştatlar Avropa dövlətlərinə 20 milyard dollarlıq yardım (həmin dövr üçün bu, çox böyük məbləğ sayılırdı) təklif etdi. Ancaq bir şərtlə ki, Avropa dövlətləri bu yardımdan istifadəni çevik, planlı, həm də müştərək şəkildə həyata keçirsinlər. Avropa dövlətləri ilk dəfə idi ki, bir-biri ilə sıx şəkildə əməkdaşlıq qurmaqla, vahid iqtisadi qurum kimi fəaliyyət göstərəcəkdilər.
Marşal həm də Sovet İttifaqına, eləcə də onun Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etmişdi. Fəqət Stalin bu proqramın bir oyun olduğunu düşünərək, ondan imtina etmişdi.
Marşal planı ABŞ iqtisadiyyatına da xeyir gətirdi. Çünki Avropa dövlətlərinə yardım şəklində ayrılan pullar məhz Birləşmiş Ştatlarda istehsal olunan məhsulların alınmasına xərclənməliydi və həmin məhsullar amerikan ticarət gəmilərində Atlantik okeanın o tayından bu tayına daşınmalı idi.
Bu plan həqiqətən öz işini görüb. Artıq 1953-cü ilə qədər Birləşmiş Ştatlar Avropa iqtisadiyyatına 13 milyard dollar köçürmüşdü, elə bununla da Avropa iqtisadiyyatı dirçəlmiş oldu.
Marşal planı Avropanın sonradan iqtisadi-siyasi birliyində də təməl rolunu oynadı.
ABŞ belə bir planı irəli sürməklə, Avropanı və dolayısı ilə dünyanı iqtisadi xaosdan və bu xaosun doğura biləcəyi siyasi-hərbi fəlakətlərdən qorumağı hədəfləmişdi. Marşal planı doğrudan da bu hədəflərə çatdı.
Putin hazırda Yaxın Şərqə güc yolu ilə deyil, böyük yardımlarla daxil olmağı tövsiyyə edir, Yaxın Şərqin iqtisadi birliyinə və dünya iqtisadiyyatının bir parçasına çevrilməsinə yönəli növbəti "Marşal planı"na ehtiyac olduğunu bildirir.
Qərb ölkələri arasında ahəngin çatışmazlığından faydalanan Vladimir Putin xarici siyasət sahəsində bu zəifliyi öz xeyrinə çevirə bildi. Bəşər Əsədə tərəf çıxan Rusiyanın Suriyaya müdaxiləsi, çox böyük üstünlüklər yaratdı.
Bir tərəfdən Vladimir Putin Yaxın Şərqdəki sabitlik üçün mühüm ərazi üzərində nəzarət əldə etdi. Digər tərəfdən bu yeni silah və hərbi taktikaları sınamaq imkanı verdi.
Bu addım (Əsəd sülaləsi də daxil) tarixi müttəfiqlərə və “yaxın xaricdə” olanlara güclü siqnal idi: Rusiya köhnə dostlarından imtina etmir.

Комментариев нет:

Отправить комментарий