20.06.2021

Yeni yaradılacaq Avrasiya Birlyində təhsilin səviyyəsi ilə bağlı təkliflərimiz

Zöhrə İsmayılova

Avrasiya Birliyində təhsil və təhsil alanların işlə təminatı üçün elə plan hazırlanmalıdır ki, tələbə iş haqqında düşünməsin.
İlkin addım olaraq müsahibə mərhələsini ləğvi haqqında düşünürəm. Heç bir əhəmiyyəti yoxdur. Qətiyyən deməyin ki, psixologiyanı yoxlamaq üçündür. İşə qəbul olmaq üçün müraciət edən gənc tələbə hansı psixoloji vəziyyətdə olmalıdır ki? Həyəcanlı olar. Sadəcə bu müsahibə tapşırıq üçün lazımdır deyin - deyim hə! 
İkinci addım isə ümumi vakansiya bazanın yaradılması olmalıdır. O da elə təşkil olunmalıdır ki, işə götürən ilə işçi bir-birini çox görməsin ki, yaltaqlanmağa (sabunluq etməyə) ehtiyac olmasın. Çünki istənilən işdə yaltaqlıq varsa, keyfiyyəti aparıb atın ayaqyoluna, üstündən də sifonu 2 dəfə çəkin, çünki bu zibil bir dəfəyə getməz. Bunun üçün vahid baza yaradılmalıdır və bütün vakansiyalar bu bazada yerləşdirilməlidir. Hər bir tələbə və vətəndaş bu bazada özünə şəxsi kabinet yaradıb, mobil app vasitəsilə daim ittifaq boyu olan bütün vakansiyalardan xəbərdar olmalıdır. Ürəyi istədiyi vaxt, istədiyi məkanda işləyə bilməlidir.
Universitet vaxtı da tələbələr (arzu edəcəkləri halda) ixtisasları üzrə kadrların hazırlanması və təkmilləşdirilməsi mərkəzlərində işləyə bilməlidirlər, - yəni həm pul qazansınlar, həm öyrənsinlər.
Əlbəttə yaxşı olar ki, bu Azərbaycanda deyil, Birliyin digər ölkələrində də olsun. Amma tələbəyə bunun seçim sərbəstliyi verilməlidir. Həm öyrənsin, həm gəzsin, həm inkişaf etsin. Təhsil o səviyyədə olsun ki, hansısa "adam" gəlib deməsin ki, özün öyrənməlisən. Özün öyrənməlisən ifadəsi çox məntiqsiz və murdar ifadədir. Əgər işdə lazım olan biliyi tələbə özü öyrənməlidirsə, gicdir parta arxasında oturanlar?
Bu ifadəni ortadan qaldırmaq üçün yeni layihə lazımdır. Tələbə öyrənsin, amma öyrədənlə Universitetdə... Orda-burda kursa getməklə deyil.
İşə qəbul üçün imtahan vacib olmamalıdır. Tələbə elə yetişib çıxmalıdır ki, diplomu alanda artıq bir müəssisədə stol arxasında işləyə bilməlidir. Amma semestr imtahanları elə olmalıdır ki, bunun üçün xüsusi nəzarət komissiyası yaradılmalıdır. İmtahanı o etməlidir. Ki dərs deyən müəllimlərin heç biri ora əl sala bilməsin. Səbəblər çoxdur. Özünüz bilirsiniz. Təkrarin mənası yoxdur.
İşlədiyi müddətdə isə 2, 3, 5 və s. ildən bir vəzifə artımı imtahanı olmalıdır. Keçənlər qazansın. Məsələn, məktəbdə müəllim birbaşa direktor olmasın (hətta kiminsə saxladığı "xanım" olsa belə) - imtahan verib keçsin.
Sonra tələbələr üçün elə qapılar açılmalıdır ki, tələbə özü inkişaf üçün addımlar atsın. Bunun üçün də layihələr olacaq (Daha bizdəki kimi yox e, layihədə kiminsə qohumu qalib olur).
Seçim üçün tamamilə neytral insanlar olmalıdır ki, bizdə bir adamı belə tanımasın. Yoxsa qanımız getdi.

Комментариев нет:

Отправить комментарий