13.12.2012

“KİÇİK PARİS”

Bu kitabı ixtisasca juranalist olan və “ədəbiyyata publisistikanın qanadlarında gələn” (Vaqif Yusifli) müəllif Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan cəsarətli və qorxmaz qələm sahiblərinə ithaf edib.
“Nurəddini bir yazıçı kimi fərqləndirən onun yüksək müşahidə qabiliyyətinə malik olmasıdır. Onun əsərləri fərdi müşahidələrinin psixoloji bir silsiləsidir. Mənim fikrimcə, müşahidə istedad deməkdir: yəni çoxları görə bilməyəni sən görürsən, duya bilmədiyini sən duyursan. Nurəddin ətraf mühitə də, ictimai proseslərə də diqqətli və həssasdır. O, insanın çox adi əlamətlərindən onun daxili aləminə enməyi bacarır...” Bu fikirlər Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Kiçik Paris”ə yazdığı “Tale çəpərləri” adlı ön sözündən götürülüb. Povest və hekayələrinin daxil edildiyi “Kiçik Paris” kitabında oxucular habelə, müəllifin yaradıcılığı barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının, pedoqoji elmlər doktoru, professor Fərahim Sadıqovun, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin, professor Aqşin Babayevin, Şeyxülislam Hacı Allahşükür Paşazadənin, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı S. Şərifovanın, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin, yazıçı Qorxmaz Abdullanın, şair Hikmət Məlikzadənin və başqalarının fikrirləri ilə də tanış olacaqlar.

Xatırladaq ki, “Kiçik Paris” Nurəddin Ədiloğlunun 2012-ci ildə sayca işıq üzü görən dördüncü kitabıdır.
Redaksiya olaraq biz də öz çoxsaylı oxucularımız və ədəbiyyatsevərlər adından 55 yaşını qeyd etməyə hazırlaşan qələm dostumuza yeni yaradıcılıq uğurları diləyirik.

Комментариев нет:

Отправить комментарий