08.12.2012

“Facebook”-un görünmüyən tərəfi

Gülnar Musayeva

Həyatımızın ən önəmli anı deyəndə ağlımıza ilk facebook gəlir. Yolda gedərkən,məlumat almaq istədiyimiz hər hansı bir informasiya indi ilk olaraq facebook sosial şəbəkəsində paylaşılır. Virtual bir dünya olan facebook kimin üçün dostluq, kimin üçün reklam üçün bir məkan, kimin üçün sadəcə vaxt keçirmək bu kimi bir şeylər desəm yanılmaram.
Facebookun daxilində saymaqla bitmiyən qruplar var. Amma danışmaq istədiyim qrup biraz fərqli. Hətda deyərdimki tam fərqli. Bölgələrdə belə bir qrupun olmağı doğurdanda ürək açan bir haldır. Danışacağım qrup Facebook Lənkəran adı altında  fəaliyyət göstərən yeganə qrupdur ki, inanılmaz layihələr həyata keçirir. Biraz qrupdan danışım:

Bağlı qrupdur. Burada gənclər demək olar ki,bir-birlərini virtual deyil real həyatdan tanıyırlar artıq. Hər həftə görüşlər keçirirlər. Hər kəsin təklifləri əsnasında layihələr həyata keçirilir. Demək olar ki,burdakı gənclər facebooku bir əyləncə məkanı deyil bölgəni tanıtmaq məqsədi ilə addımlar atırlar. Sadəcə bir addım qalır ki,onların bilinmiyən tərəflərini göstərmək.Bu da mətbuatın üzərinə düşür məncə. Bəs hər kəsdə sual yarana bilər ki, bu qrup nə layihələr həyata keçirib ki, gündəmdə özlərinə yer alıblar. Daha dəqiq informasiya almaq üçün qrupun adminlərin biri olan Samir Salayevlə əlaqə saxladım. O mənə qrupun fəaliyyəti haqqında bunları bildirdi:
“Facebook Lənkəran” qrupu 2010-cu ilin noyabr ayında Lənkəran şəhərində - Gənclər evində 13 nəfər ictimai fəal gəncin görüşü zamanı yaranmışdır...
Bu qrupu yaratmaqda məqsədimiz Lənkəranda aktiv gənclərin ən azı həftədə bir dəfə olmaqla görüşünü təşkil etmək, müzakirələr, təklifləri dinləmək və ən əsası gənclərin asudə vaxtlarının səmərəli keçirməsini təşkil etməkdir. Bu qrupda Lənkərana gəlib gedən Azərbaycanımızın Lider gəncləri yer alıb ...
Tədbirləri haqqında isə:
2011-in Dekabr ayı - Blog ayı çərçivəsində Gənclərdə sosial media haqqında informasiya verilmiş və seminar istirakçıları arasında ən yaxşı blog müsabiqəsi təşkil olunmuşdur...
2012-nin fevral ayı- Aksiya ayı çərçivəsində ermənilərin xalqımıza qarsi törətdiyi Soyqırım aktlarını beynəlxaql ictimaiyyətə çatdırmaq istiqamətində bütünlüklə cənub regionu gənclərinin cəlb olunması təmin olunmuşdur
Lənkəran şəhərində 2 fevral Gənclər gününün təşkil olunmasında Proqram təşkilatçılığının öhdəsindən məsuliyyətlə gəlmişdir
Qrupun Bu il qəbul olunan fəaliyyət planı isə aşağıdakılardan ibarətdir:
1)Qrup rəsmi olaraq "İnnovativ Gənclər" İctimai birliyi olaraq Dövlət qeydiyyatına alınacaq və cəmiyyətin inkisafına töhfə verən layihələri həyata keçirəcəkdir.
2) Sosial şəbəklər tarixində ilk dəfə olaraq məhz “Faceook Lənkəran” qrupu daxilində FL tv yaradılacaq.Tv-nin məqsədi qrupun üzvlərini bütün dünyaya tanıtmaq ...fəaliyyətimizdən örnək götürmək istəyənlər üçün rahat platformanın yaradılmasıdır.
"İnnovativ Gənclər" İctimai Birliyinin əsas məqsədi Cəmiyyətin inkişafında maraqlı olan gənclərin vahid şəbəkəsini yaratmaq, Azərbaycan Gəncliyi Dövlət Proqramlarına dəstək verməkdən ibarətdir.
Layihələri:
Qrupun elan etdiyi sağlamlıq ayı çərçivəsində “TƏXİRƏSALINMAZ TİBBİ YARDIM” adlı regionda ilk dəfə praktiki seminar təşkil olunub.
Aprel ayı - Ekologiya ayı çərçivəsində Lənkəran şəhər Gənclər və idman İdarəsinin layihələrinə dəstək vermişdir
Aprel ayında Talassemiyalı xəstələr üçün Qanvermə aksiyası təşkil olunmuş , 40 dan artıq gəncin qan verməsi təmin olunmuşdur
May ayı- Kitab ayı çərçivsində Lənkəran tarixinin ən böyük mədəni aksiyası olan "Kitabı sevək!" adlı Kitab flaşmobu təşkil olunmuş, regiondan və 11 rayondan fəal gənclər dəvət olunmuşdur.
İyun-İyul-Avqust ayi isə qrupun İstirahət - Düşərgələr mövsümü çərçivəsində sayca 17-ə yaxın Kamp təşkil olunmuşdur... Hər bir düşərgə Gənclərimizin inkişafına töhvə verən konkret bir mövzuya həsr olunmuşdur.

Bax belə əziz oxucular saymaqla bitmiyən uğurlu layihələr tədbirlər seminarlar.İndi hər hansı bir təşkilat adi bir tədbir keçirəndə bütün mətbuat onlardan yazıb danışır.Ama bu gənclər onlardan yazılmasa belə hər zaman aktivdirlər.Yəqin ki,oxuduğunuzda hər kəsi təəccübləndircək bir məqamdır ki,facebookun görünməyən tərəfi bax budur.Artıq facebook deyəndə ağıllara avara,bekar,vaxt itirmək üçün gələn gənclər deyil məhz bu cür gənclər gələcək.Düşünürəm ki,2 ilə bu qədər fəalliyyət göstərən bir qrupun daha böyük uğurları olacaq.Sadəcə onlara dəstək verən insanlar olarsa əgər...

Комментариев нет:

Отправить комментарий