08.12.2012

Səni bir qaranlıq gecədə düşünürəm

Şəlalə Cavanşir

Sən yasaq röyalarımda
Uzaq bir sevdasan
Saçlarımın alovunda
Həbs olunmuş günəşsən
Gunəş

***
Bizim şəhərdə sevinc də hüzün də bərabər yaşayır
Həm mutsuzluq tikanı bitir
Həm ümid çiçəkləri
Bizim şəhər ağlayır
Hər damla göz yaşında
Bir hüzün var
İçində yanğın var
Özləm var
Özgürlük özləmi

***
Göy üzü sanki özətlənmiş sənin gözlerinde
Baxışlarını alma məndən
Gözlərində kayb olmak istəyirəm

Комментариев нет:

Отправить комментарий