13.12.2012

Ələşrəf Niftiyev povest yazıb

Uzun illər komsomol-partiya işində çalışan, Masallı Rayon Komsomol Komitəsinin 1-ci katibliyindən RPK-nın təşkilat şöbəsinin müdirliyinədək bir çox məsul vəzifələrin dadını çıxaran Ələşrəf Niftiyev sonuncu vəzifəsi – icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini vəzifəsini tərk edəndən sonra yaradıcılığa başlayıb. Öncə bioqrafik xarakterli “Ömür yolu-nur yolu” kitabını yazdı. Bu günlərdə isə Ə. Niftiyevin 2-ci kitabı – “Bu Qurana and iç ki...” povesti işıq üzü görüb. Kitab bədii əsər kimi təqdim olunsa da burada o vaxtkı rayon rəhbərləri və məmurları haqqında maraqlı detallar açıq-aydın sezilir. 

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий