İki gün əvvəl Prezident Administrasiyasında (PA) bu qurumun rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə müşavirə keçirilib. PA-dakı mənbənin «Bizim Yol-a verdiyi məlumatda bildirilir ki, müşavirəyə prezidentin R.Mehdiyevə təyin etdiyi 4 müavindən başqa aparatda çalışan hər bir şəxs qatılıb. Pa rəhbəri hər kəsin iclasda görmək istədiyini bildirib .
Mənbə bildirib ki, R. Mehdiyev əsəbi tonda çıxışlar edib mətbuatda barəsində yazılanlara reaksiya verib. O, işçilərini yazılanlara inanmamağa , hər kəsin öz işi ilə məşğul olmağa çağırıb.
Sonda onun “vurulacağına” dair xəbərlərə toxunan PA rəhbəri deyib ki, Prezidentin ona müavinlər təyin etməsi bəzi adamları ürəkləndirib: “Həmin adamlar başa düşsünlər ki, bu 4 nəfərin hər biri mənim köməkçilərimdi. Burada qeyri adi-heçnə yoxdur, prezidentin bu addımından yanlış nəticə çıxarırılar» deyə R.Mehdiyev vurğulayıb. (Azadlıq.az)
Комментариев нет:
Отправить комментарий