11.12.2012

QARABAĞDAD

Fərzad Leysi

Bir istikan sözcük şarabı içmiş
Qarabağdadlanır
Romatizm olmuş günlərim romatizm olmuş günlərdə
Gecə yatağına götürür günəşi

Az öncə gecə bardağına dolan içgi söylədi
Yapraqlar tökülür, aşq yatağına qar yağmış
Qara qar

Anadamdan Ana köçür
Bababağdan Baba
Esgiləri anımsatan bir fotora
Üstümüzə qəzet çəkən çəkmən

Bizim bağın buğdalığı buğlanmışmı?
Gecə yatağına götürür günəşi

Məni zorbalığa zorlama
Səndən vaz geçir
Zorbalığı sevə bilirim

Qadınlar belimi belləyir
Qarqalar qanımı
Qarabağdada bel bağlarım

Üstümüzə qəzet çəkən çəkmənlər
Az öncə gecə bardağına dolan içgi söylədi

Romatizm olmuş günlərim romatizm olmuş günlərdə
Sığara satmış özləyişi harcayır
Masada masum bir sığara kül- qabıda nəfəssiz
Masa- masa suç dün filmada yapılası bir mahnımız
Bir istikan sözcük şarabı içmiş
Qarabağdadlanır
Məzə gətir and içim
Quran gətir əl çalım
Qarabağdada bel bağlarım
Üstümüzə qəzet çəkən çəkmən

Комментариев нет:

Отправить комментарий