Cam arxasında qar yağır
Can arxasında qar yağır
Köksümün səssizliyində bir əl
Qəm toxumu əkir
Saçların ağardı sonunda ey qar
Sonunda bele Görüncə
Ürəyimə yağdı…heyif
Qəbrimin üstünə yağmadı
Gövşək bir fidan kimi titrəyirdi
Ruhum yalnızlıq soyuğundan
Ürəyim qaranlığında sürünür
Yalnızlıq sünyasının qorxusu
Artıq ısıtmısan məni ey eşq,
Ey donmuş günəş
Umudsuzluq çölüdür köksüm
Yorğunam,sevməkdən də yorulmuşam
Sənində şövq tomurcuğun qurudu
Şiir ey aldatan şeytan
Sonunda kabus dolu yuxudan
Ruhum oyandı,oyandı
Ondan sonra hər nəyə üz tutsamda
Gördüm ki aldatıcı bir xəyaldı
Ardından qaçtığım nə varsa
Ey vah olsun ki hep yuxuymuş
Tanrım…önümə aç
Biran cəhənnəm qapılarını
Haçan ürəyimdə gizlədim
Cəhənnəm atəşinin həsrətini
Gördüm çox zamanlar bir günəşi
Ardarda baxarkən üzülməsini
Mənim batmayan günəşim
Heyif ki güneydə batdı?
Ondan sonra nəyi gözleyirəm?
Sıcaq bir məzar taki rahat uyuyam
Cam arxasında qar yağır
Can arxasında qar yağır
Köksümün səssizliyində bir əl
Qəm toxumu əkir
Çevirən: Şəlalə CAVANŞİR
Комментариев нет:
Отправить комментарий