"Tarixi-Nadir".... Bu kitab Bədəlan kəndində saxlanılırdı. - "Axundun dediyinə görə onun qoruduğu "Tarixi Nadir" kitabını bu ailəyə qonşu Bədəlan kəndindən olan yaşlı kitab təmirçisi hədiyyə edib. 157 yaşı olan bu kitab hicri qəməri tarixi ilə 1272-ci il, şaban ayının 9 da çapdan çıxıb. 143 səhifədən ibarətdir. Fars dilində, şikəsti xətlə yazıldığından oxunuşu olduqca çətindir. Kitab əsasən Şah Nadirin zəmanəsində onun öz başına gələn hadisələr, onun etdiyi və onun dövründə ətraf ölkələrdə olan müharibələr və qəribə hadisələr haqqında məlumatlar toplusudur. Çox gözəl olar ki, bu kitab Azərbaycan dilinə tərcümə edilsin".
Mutteqi Bermeki