30.04.2020

İsrail və ABŞ-ın duşmənləri bunların da düşmənləri imiş

Aftandil Babayev

ABŞ prezidentliyinə namizəd Co Bayden deyib ki prezident seçilsəm, İsrailin paytaxtının elə həmişəlik Qüdsdə olmasına çalışacam.
İndi bunu nəyə görə yazıram. Demək son zamanlar fikir verirəm, solçulara qarşı hücumlar artıb. Səhifələrdə, profillərdə bizə qarşı təhqirin biri bir qəpikdi.
O gun orucluğu təhqir edən adam haqqında satausumu paylaşıb lağa qoyurlar ki, "kommunistdi, dini mudafiə edir".
Bədbəxtlər başa düşmur ki kommunist olmaq bunlar kimi islamfob olmaq deyil. Atesit olmaq dini aşağılamaq deyil. Ölkə əhalisinin dininə hörmət qoymursansa, onda necə vətənpərvərlikdən, azərbaycançılıqdan danışa bilərsən ?
Hələ İran, ya da Rusiya haqqında yaxşı nəsə yazmısansa, bunlar kimi farsları, ərəbləri, rusları söyub irqçilik eləmirsənsə- olursan dövlətçiliyin duşməni! Vətən xaini damğasıda üstundə hazırdı.
Gör vəziyyət nə yerə çatıb ki Orucluq bayramı ilə bağlı təbrik statusu yazıb sonra, ikinci statusda izahat verir ki niyə müsəlmanları təbrik elədim. Çunki bilir ki, dostluğundakı irqçi, islamfob sürusunun bu xoşuna gəlməyəcək- onların fikrinə görə davranmalı olur.
Adam da var müxalif yönlüdü, amma qorxudan hökumətə qarşı da nəsə yaza bilmir. Bütun statuslarında Soveti pisləyir. Sanki bu SSRİ müxalifətidi, YAP-ın yox!
Statusun əvvəlində Co Baydenin dediklərini niyə paylaşdım. İndi o boyda Co Bayden əgər İsrailin marağlarına görə danışırsa, bəhs etdiyim kütləni də hardasa başa düşmək olar. Belə proqramlaşdırılıblar. Yəni İsrail və ABŞ-ın duşmənləri bunların da düşmənləridi. Bizim fərqimiz də elə budu- biz düşunduklərimizi deyib söyülürük, onlar hamının xoşuna gəlməyə çalışıb like yığımaq istəyir.
Amma bir şey var ki ,hamının xoşuna gəlməyə çalışmaq, publikaya oynamaq, vicdanını satmaq elə özu əclaflıqdı. Bir az vicdan da yaxşı şeydi!

Sovet hökumətinin Hacı Zeynalabdin Tağıyevə münasibəti

Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım kommunistlərin Tağıyevə olan münasibəti haqqında belə danışırdı:
"Sovet hökuməti Hacıya çox hörmət edirdi. Onun Azərbaycanda maarif və mədəniyyət sahəsində… xidmətlərini yaxşı qiymətləndirirdi. Atama deyirlər ki, o istənilən yerdə- şəhərdə və ya bağda, ancaq bir yerdə qala bilər. Haranı istəyirsən özün seç. Atam bağda qalmaq istədiyini deyir. Hökumət bizi köçürdü aşağı bağa. Bina iki mərtəbəli, on dörd otaq alt mərtəbədə, on dörd üstdə. Kaşı ilə döşənmiş mətbəx, hamamxana, təndirxana, darvaza yanındakı birmərtəbəli evdə bağban yaşayırdı. Dinamo maşını bağa işıq verirdi, quyulardan hovuza su vururdu. Hökumət şəhərdən avadanlıq və başqa şeylərimizi on dörd arabada bağa daşıtdırdı. Xalq Maarif komissarı Dadaş Bünyadzadə iki mühəndislə dəfələrlə bağa, Hacının yanına gəlib, mart hadisələri vaxtı yandırılmış teatr binasının bərpa edilməsi barədə bir bənna kimi Hacı ilə məsləhətləşdi. Bir gün də Hacının müsadirə edilmiş maşınında Sarabski, Mirzağa Əliyev və Sidqi Ruhula bağa gəldilər. On səkkizinci ilin mart ayında yandırılmış teatr binası təmir edilib qurtarıb, bərpa işləri başa çatıb, tamaşa veriləcək, teatrın açılışına sizi də dəvət edirlər. Hacı razılıq edib dəvəti qəbul elədi. Vaxt müəyyəndə maşın gəldi. Hacı, böyük bacım, bir də yeznəm üçlükdə getdilər. Bacım deyirdi ki, salon adamla dolu idi… Səhnə ilə üzbəüz ortadakı ən böyük loja atamın, səhnədən sağ tərəfdəki loja isə anamınkı idi, burada, arxa tərəfdə otaqlar vardı, fasilə vaxtı dincələr, qəhvə içər, şirniyyat, meyvə yeyərdilər… Hacı lojaya girəndə hamı ayağa qalxdı, əl çala-çala başladılar qışqırmağa : "Hacı, sağ ol, Hacı, var ol!" Atamın gözləri yaşardı, əllərini qaldırıb razılıq etdi… Dadaş Bünyadzadə qız məktəbinin şagirdlərindən iki nəfər qıza gül verib oturduğumuz ortadakı lojanı göstərib dedi: "Gedin sizin üçün o məktəbi və xalq üçün bu teatrı açan babanızın əllərini öpün!" Qızlar gəldilər, Hacıya və mənə gül verdilər. Atamın əlini öpdülər, o da qızların saçını tumarladı".
(Manaf Süleymanov, "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", səh.239-240).
Tağıyevin qızının da söylədiklərindən aydın olur ki, kommunistlər Hacıya və onun ailəsinə çox böyük diqqət və qayğıyla yanaşmış, ona ən yüksək səviyyədə hörmət və ehtiram göstərmişdirlər.
Burada diqqəti cəlb edən bir digər məqam "Tağıyev teatrı" kimi tanınan binanın, hansı ki 1918-ci ilin mart hadisələrində daşnaklar tərəfindən yandırılmışdı, Sovet hökuməti tərəfindən bərpa olunub, yenidən xalqın xidmətinə verilməsi faktıdır. Sən demə Müsavat müstəmləkə üsul-idarəsi mövcudluğu müddətincə daş üstünə daş qoymadığı kimi, "Tağıyev teatrı" binasının təmiri üçün də heç bir iş görülməmişdir və yalnız Azərbaycan Sosialist Respublikası qurulduqdan sonra binanın təmiri həyata keçirilmişdir.
Mənə elə gəlir ki, bu faktın özü də Azərbaycan irsinə bəslənən münasibətdir və bu münasibətdən kimlərin kim olduğu çox aydın və dəqiq görünür.

Nizami Məmmədov

“DTX xalqla prezident arasındakı körpüləri bərpa edir”

Cümşüd Nuriyev: “Nə qədər çox harınlamış icra başçısı varsa, bu, bir o qədər çox əməliyyat var deməkdir”

“Əvvəllər özlərini “kiçik padşahlar” kimi aparan bəzi icra başçıları indi özlərini “kiçik Allahlar” kimi aparır”

Məlum olduğu kimi, son vaxtlar Dövlət Təhlükəsizlik Xidməti (DTX)  bir sıra rayonlarda icra başçıları, habelə icra nümayəndələrinə qarşı əməliyyatlar həyata keçirməkdədir. Buna səbəb bəzi icra başçılarının ciddi qanun pozuntusuna yol verməsi, dövlət vəsaitlərini mənimsəməsidir.
Maraqlıdır, torpaqlarının 20%-i işğal edilən, müharibə vəziyyətinə olan bir ölkədə DTX-nın icra başçılarının talançılığına qarşı apardığı mübarizə dövlətimizin mili təhlükəsizliyi, xalqın sosial rifaı üçün ikiqat əhəmiyyətli tədbirlər hesab edilə bilərmi?
moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev DTX-nın həyata keçirdiyi əməliyyatların həm xalqın, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı: “Hörmətli Əli Nağıyev DTX-ya təyin olunanda, sizinlə söhbətimdə də bildirdim ki, o peşəkardır və nəhayət Azərbaycanın təhlükəsizlik orqanları uzun müddətdən sonra yenidən peşəkarlaırn əlinə verildi. Çünki Eldar Mahmudov bu qurumu hörmətdən çox salmışdı. Əli Nağıyev DTX rəhbərliyinə gətiriləndən sonra peşəkarlıq özünü göstərdi. Artıq 4 rayonun icra başçısı, yaxud icra nümayəndəlikləri ilə bağlı həbslər həyata keçirilib. Azərbaycanda icra başçılarının bir çoxu əvvəllər özlərini kiçik padşahlar kimi aparırdısa, indi özlərini “kiçik Allahlar” kimi aparırlar. Onların hər biri bir rayonun Allahı qismində çıxış edir. Bu icra başçılarının hər biri yeriyən qanundur. Onların içərisində çox az normal icra başçıları var. Gənc icra başçılarının onlara göstərilən etimadı nə dərəcədə doğuracağını da bilmirəm. Nə qədər ki, qanunu saymayan, harınlamış icra başçıları var, DTX bir o qədər çox əməliyyat keçirəcək. Mətbuatda gedən informasiyaları, narazılıqları nəzərə alsaq, ehtimal etmək olar ki, hələ 5-6 rayonda da bu əməliyyatlar davam etdirilməlidir. Bu insanlarda insaf, dövlətçilik düşüncəsi və s. deyilən bir şey yoxdur. Ölkə müharibə vəziyyətindədir. Prezident həm erməni işğalçılarına qarşı mübarizə aparır, həm koronavirus pandemiyasına qarşı mübarizə həyata keçirir və etiraf etməliyik ki, bu mübarizədə yüksək nəticələr əldə olunub, həm də daxili təzyiqlərə qarşı mübarizə aparır. Belə bir halda prezidentin təyin etdiyi adamlar prezidentin yanında olmaqdan, yerlərdəki insanların sosial rifahını yüksəltmək üçün addımlar atmaqdan, əks mövqe nümayiş etdirirlər. DTX bu əməliyyatları həyata keçirməklə həm öz hörmətini qaldırır, həm dövlətin təhlükəsizliyini qoruyur, həm də xalqla prezident arasında uçurulmuş körpüləri bərpa edir,  bu sahədə böyük xidmət göstərir. DTX-nın bu xidmətlərini işıqlandıran media isə həm dövlətə kömək edir, həm də xalqın yanında olduğunu göstərir. Buna görə sizə də uğurlar arzulayıram”.

Lavrov ELAN ETDİ: ərazilər Azərbaycana qaytarılır, ilkin mərhələdə...

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa”da Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda danışarkən səsləndirdiyi "Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var" sözləri İrəvanda əsəbləri tarıma çəkib.
publika.az xəbər verir ki, Ermənistan mediası "Rusiya Qarabağı Azərbaycana qaytarır" tezisini yenidən gündəmə gətirib.
S.Lavrov açıqlamasında BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələrinə toxunub və bildirib ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan, hazırda fəal müzakirə olunan layihələr var: "Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur".
Erməni şərhçi Tevos Arşakyan yazır ki, Lavrovun bu bəyanatı İrəvan üçün yaxşı heç nə vəd etmir: "Lavrov münaqişənin nizama salınmasında niyə "mərhələli həll" variantından danışır, Azərbaycanın ərazi bütövlüyünü və BMT TŞ-nin qətnamələrini yada salır? Şübhəsiz Rusiya yenidən öz geosiyasi planlarının icrasına çalışır. Ərazilərin qaytarılması hesabına Türkiyə ilə körpüləri gücləndirmək və Azərbaycanı öz ittifaqlarına doğru çəkmək istəyir. Buna görə də Qarabağın qaytarılmasına dəstək vermək niyyətindədir".

Canı çıxan fəhləni vecinə alan yox idi

Ramil Hasanov

Tədqim etdiyim şəkildəki müstəqil Azərbaycan Xalq Cumhuriyyəti dövründə Bakı və onun neftinə nəzarət edən ingilis əsgəridir.
1-ci Dünya Müharibəsindən sonra koloniya sistemi daha da kəskinləşdi və qalib ölkələr demək olar bütün dünyanı yenidən bölüşdürdülər.
Açıq koloniya sistemi belədir ki, Qərb imperializminin keşikçisi birbaşa əsgərdir. Buna görə də müharibə sonrası Britaniya imperiyasının tərkibinə qatılan Azərbaycana general Thompson və onun kiçik hərbi birləşməsi göndərilir.
Bəli, çox kiçik idi. Bunlar müharibəyə gəlməmişdilər, sadəcə Azərbaycana patrul xidmətinə göndərilmişdilər. Müharibə üçün də səbəb yox idi, çünki sənədlə böyük güclər arasında Azərbaycan artıq ingilislərə təhvil verilmişdi. Bu səbəbdən bir ingilis əsgərinə heç kimin ərki çatıb sual belə verə bilməzdi.
İngilislərin də Bakıya gəlməsi daimi deyildi. Risk faktoru var idi, çünki bütün bu proseslər Rusiyada olan dağınıqlığın və bolşeviklərin apardığı daxili müharibənin gedişatından asılı idi.
Yəni, Thompson ortaya atılmış bir zər idi. Tutsa idi, yəni bolşeviklər ağqvardiyaçılara məğlub olsaydı, hökmən hadisələr və Azərbaycanın statusu fərqli məcralarda dəyişə bilərdi. Böyük ehtimal ki bu rəsmdə müvəqqəti postda duran ingilis əsgərini kostyumlu korporasiyalar əvəz edəcəkdi.
Azərbaycanda gedən dava Azərbaycanın müstəqillik məsələsi deyildi. Kim idi bizim kimi zavallı cəmiyyətin müstəqilliyini istəyən? Bakıda neft mədənlərində canı çıxan fəhləni vecinə alan kim idi?
Məsələ güc balanslarının bir-birinə toqquşması idi və bu oyunun sonunda daha güclü olan, xalq kütlələrini arxasına ala bilən bolşeviklər qalib çıxdı.
Sonrakı tarixi yazanlar isə birilərini etdilər xilaskar, digərini etdilər işğalçı.

Vüqar Səfərlinin pulsilmə layihələrindən - Dövlətin pulu belə xərclənib

Məlum olduğu kimi Hesablama Palatası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) dövlət vəsaitinin xərclənməsi ilə bağlı audit keçirir. Auditin 2009-2020-ci illəri -KİVDF-nin yaradılmasından bu günədək olan dövrü- əhatə etməsi isə məsələnin ciddiliyini stimullaşdıran faktor sayıla bilər.
Məlumatlı mənbənin yenixeber.org-a bildirdiyinə görə, Hesablama Palatası KİVDF-nin maliyyə fəaliyyətini iki istiqamətdə araşdır. Onlardan biri müxtəlif tədbirlər adı ilə büdcə pullarının xərcləməsini, digəri isə yaşayış binalarının tikintisinə, çap mediasına ayrılan xərcləri əhatə edir... Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün yüksəkmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı xərclənən büdcə vəsaitinin ciddi araşdırılması ilə bağlı məlumatlar var. Məlumata görə, bu əməliyyat layihə-smeta sənədlərinin hazırlanması prosesindən başlamış binanın tikintisinin başa çatdırılması və ətrafında abadlıq işlərinin aparılmasına qədər olan işləri əhatə edir. Bu arada qeyd edək ki, təkcə mətbuat işçiləri üçün yüksəkmərtəbəli yaşayış binasının layihə-smeta sənədlərinin hazırlanmasına KİVDF 250 min manata yaxın pul xərcləyib (?). Sıradan bir binanın layihə-smeta sənədlərinin hazırlanmasına 250 min manata yaxın vəsaitin xərclənməsi təəccüb doğurmaqla əsaslı şübhələrə yol açır. Qeyd edək ki, KİVDF-nin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı bu qədər dövlət vəsaitini xərclədiyi tenderin qalibi olan “Arxin-M LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu sahədə tanınmış şirkətlərdən hesab olunmur. Niftalı Abbasov adlı şəxsin rəhbərlik etdiyi “Arxin-M LTD” MMC-i əsasən fərdi evlərin layihələndirilməsi işlərinin həyata keçirməsi ilə tanınır.
KİVDF ildə bir neçə dəfə, əsasən də Novruz Bayramı və Yeni İl Bayramı münasibəti ilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirləri həyata keçirib. Bu tədbirlərin təşkilinə isə yüzminlərlə vəsait xərclənib. İndi Hesablama Palatası həm də bu pulların nə dərəcədə qanunauyğun xərclənməsini araşdırır. Məsələn, Fondun adı dəqiq göstərilməyən hansısa tədbirlərə görə zəruri ləvazimatlarıın alınması üçün “M Finance” MMC-i ilə 2017-ci ildə gerçəkləşdirdiyi 50 min manatlıq maliyyə əməliyyatı zamanı qanunveriiliyin tələblərinin tanınmaması iddiaları var...
Hesablama Palatasının auiditini apardığı digər istiqamət isə qəzetlərə ayrılan vəsaitlərlə bağlıdır. Mediada uzun müddətdir belə mülahizələr dolanır ki, KİVDF-nin qəzetləri maliyyələşdirməsində ciddi qanunsuzluqlar mövuddur. Hətta bəzi qəzetlərin aldıqları vəsaitin bir hissəsini Fondun rəhbərliyinə verməsi kimi iddialar da var. Yaxın günlərdə baş redaktorlardan biri KİVDF-nin rəhbərlik etdiyi qəzetə ayırdığı pulun böyük qisminin “atkat” olaraq geri alındığını bildirmişdir.
Belə görünür ki, KİVDF-dəki yoxlamalar bu gün çoxlarının “yuxusuna haram qatdığı” kimi, sonucda da “başı ağrıyanların” sayı heç də az olmayacaq.

Путин прокомментировал перспективы объединения бывших республик СССР

Президент РФ Владимир Путин высказался по поводу перспектив глубокой интеграции на постсоветском пространстве. По его мнению, этому препятствует Запад, не заинтересованный в появлении экономического конкурента.
Об этом сообщает "Интерфакс" со ссылкой на интервью главы Кремля, записанное еще 1 октября 2019 года, но впервые показанное в программе "Москва. Кремль. Путин" только сейчас.
По словам Путина, идея объединения бывших союзных республик сталкивается со страхами возрождения СССР. "Преодолевая какие-то фобии прошлого, преодолевая страхи по поводу возрождения Советского Союза и советской империи, все-таки понимание того, что объединение усилий на пользу всем, пробивает себе дорогу неизбежно. И чувствуя эти преимущества - а эти преимущества чувствуют все участники этого процесса, - мы двигаемся дальше, совершаем новые шаги и идем вперед", - отметил президент.
Кроме того, он упомянул о "сопротивлении западных коллег", которые "до недавнего времени вообще даже не хотели разговаривать с нашим экономическим, именно экономическим, а не политическим, не военным объединением".
Путин считает, что для бывших республик СССР повышение своей конкурентоспособности за счет объединения - "это абсолютно естественное дело".
"Во всех странах свободно говорят на русском языке. Это огромное преимущество. У нас общая, доставшаяся от единой страны, инфраструктура транспорта, энергетики, связи - это еще одно колоссальное преимущество интеграции", - напомнил президент.

29.04.2020

Подкова – Бадкуба

Баку - город, растянувшийся в форме подковы. Старое имя Бадкуба, что является более поздней и искажённой формой названия города.

DTX-nın həbs etdiyi Mahir Quliyev kimdir? - Kafe müdirliyindən İcra başçılığına...

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
İcra başçısı Mahir Quliyev və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri - birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb.
yeniavaz.com xəbər verir ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq işləyib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildə - 42 yaşında "Naxçıvan" Universitetini bitirib. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. 8 sentyabr 2006 – 26 aprel 2011-ci illərdə isə Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib. 26 aprel 2011-ci il tarixində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib. İlk olaraq ofisiant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra o “Sahil” restoranının administratoru olur.
Məlumatda qeyd olunur ki, Bakıda ən gözəgəlimli restoranlar sırasında olan “Sahil”ə gələnlər arasında yüksək rütbəli məmurlar da olub. İddia olunur ki, Prezident Admnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də o zamanlar tez-tez “Sahil”ə gedirmiş. 42 yaşına kimi ali təhsili belə olmayan restoran işçisinin vəzifə pillələrində sürətlə yüksəlməsinin səbəbi kimi məhz Ramiz Mehdiyevlə “Sahil” restoranından başlayan tanışlığı göstərilir.
Onu da qeyd edək ki, Mahir Quliyevin məşhur iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda olduğu bildirilir. Bildirilir ki, Mahir Quliyevin qızı Hacı İbrahimin oğlu ilə evlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Emin Məhərrəmli - Sən getdiyin gün

De necə qalırsan məndən uzaqda?
Soyuqdur, donmuşam qarda-sazaqda,
Yetim bir uşaq tək tində-bucaqda,
Şəklinə baxıram yaş gözlərimdə.

Mən donmuşam, tərpənməyir əllərim,
Səninlə məhv oldu ötən illərim.
Daha gedib qatar, artıq neyləyim,
Yollara baxıram yaş gözlərimdə.

Həyatdan küsmüşəm sən getdiyin gün,
Yaşamaq olmayır həyatı düzgün.
Deyəndə gedirəm bax o gün bu gün,
Şəklinə baxıram yaş gözlərimdə.

Görənlər deyir ki, nə olub, qardaş,
Desəm də dərdimə olmadı sirdaş.
Çox dedim olmasın gözlərində yaş,
İndi mən qalmişam gözlərimdə yaş...

Gövdəm torpaq, içim günəş

Yaqub Elçiyev

Mən bir bəşər- ağıl adlı ziyarətdən doğulmuşam,
Dünya, cahan mən özüməm- məharətdən doğulmuşam.

Sözüm külək, suyum həyat, vaxtı sayır xırda qumlar,
Anam torpaq, atam göylər- hərarətdən doğulmuşam.

Görünənə deyin nə var, ona hərə bir ad desin,
O görünməz, bir ruh adlı, bil qamətdən doğulmuşam.

Sirr naməlum, tam möcüzə, qapısıdır bu göylərin,
Daş sındırıb bağ gətirən dəyanətdən doğulmuşam.

Çəkir məni bu təbiət, mən də ki bir insan kimi,
Eşqə hörmət, zülmə lənət- ləyaqətdən doğulmuşam.

Dili yoxdur heyvanların, mən ki cahan övladıyam,
Açıq-aşkar söz deməyə səlahətdən doğulmuşam.

Axar çaylar, qaynar bulaq, dağlar özü şəlaləli,
Qəlb nəğməsi, bülbül səsli məlahətdən doğulmuşam.

Yaqub, yetər tənha qaldın, de haradır məmləkətin,
Gülüstandan- Azəri tək təravətdən doğulmuşam.

Gövdəm torpaq, içim günəş, başım toxum- ağrın alım,
Ayım-günüm- Zaman adlı səxavətdən doğulmuşam.

О граде Божьем

«О граде Божьем» (лат. De Civitate Dei) — один из основных трудов философа и богослова Аврелия Августина, в котором он представил развёрнутую концепцию философии истории. В сочинении впервые в европейской философии изложены линеарная концепция исторического времени и идеи морального прогресса.
Труд «О Граде Божьем» был написан в 413-427 годах, через несколько лет после взятия Рима вестготами. Это событие оказало большое влияние на Августина, который писал, что земные государства нестабильны и недолговечны по сравнению с общностями, созданными на основе духовного единения. В то же время он считал, что светская государственная власть дана людям свыше, чтобы в мире был хоть какой-то порядок, поэтому в соответствии с принципом «Богу — Богово, кесарю — кесарево» люди должны подчиняться законному правителю.
Другой важной темой книги является борьба против ересей. Августин оправдывает репрессивные меры против еретиков и принудительное обращение в ортодоксальное христианство, описывая это формулировкой «Принудь войти [в лоно Церкви]!» (лат. Coge intrare!).
Августин начинает с критики римских обычаев и языческих религиозно-философских представлений. Он подчеркивает, что языческие боги не особо благоприятствовали римлянам. Например, они не спасли их от Эфесской вечерни (3:22) или от гражданской войны Мария и Суллы (3:29). Кроме того, языческие боги совсем не заботились о нравственности (2:6). В христианском Боге Августин отмечает «божественное милосердие» (лат. Divina misericordia — 1:8).
Далее он замечает, что Платон в наибольшей степени приближен к христианству (8:5). При этом, платоники (Апулей), чтя Бога Создателя, приносили жертвы и демонам как посредникам. Это заблуждение Августин решительно отвергает.
Августин утверждает добродетель любви и осуждает апатию стоиков (14:9). Началом греха (лат. peccati) он называет не плоть, но злую волю, которая руководствуется гордостью (лат. superbia) (14:13-14).
Вслед за Платоном Августин утверждает, что государство основано на идее справедливости (лат. iustitia), без которой оно превращается в «разбойничью шайку» (лат. latrocinia — 4:4). Отсюда Августин выводит понятие «справедливой войны» (лат. iusta bella — 4:15; 19:7). Примечательно, что убийства, грабежи и пожары он относит к обычаям войны (лат. consuetudo bellorum; 1:7). Размышляя о заповеди «не убий», Августин подчеркивает, что она не распространяется на воинов и палачей, так как те убивают не по собственной воле, а по необходимости выполнить свое служение (1:21).
В политике Августин различает триаду: семья — город — государство (19:7). Причиной межчеловеческой розни он называет разницу языков. Однако истинного покоя в земном мире нет, поскольку даже праведные цари вынуждены вести справедливые войны. Римской республики как дела народа никогда не существовало (19:21). Рабство Августин объясняет следствием греха (19:15). Истинная добродетель происходит не от государственного воспитания, а от истинной религии (19:25).
Августин описывает историю человечества как сосуществование двух общностей — Града Божьего (лат. civitas Dei) и Града Земного (лат. civitas terrena). Одним предназначено «вечно царствовать с Богом», а другим «подвергаться вечному наказанию с дьяволом» (15:1). Сам термин «град Божий» (1:21) Августин заимствует из Псалмов (Пс. 86:3). Первым гражданином земного града был Каин. Граждан высшего града рождает благодать, а низшего — испорченная грехом природа (15:2). Ковчег Ноя Августин сравнивает с Иисусом Христом, а отверстие первого с раной второго (15:26). Однако он отвергает крайности как буквального, так и аллегорического понимания Писания (15:27). В числе граждан Града Божьего Августин называет идумеянина Иова (18:47), жившего на три поколения позже патриарха Иакова.
Августин полагает, что от сотворения человека до упадка Римской империи прошло не более 6 тыс. лет (12:10). Также он решительно отвергает «совечность» творения Творцу (12:16).
Августин связывает время Авраама с эпохой Ассирии времен Семирамиды (18:2) и Египта времен Исиды (18:3). Далее описан Моисей (18:8), получивший на горе Синай Ветхий Завет (18:11). Эпоху Троянской войны Августин связывает с периодом израильских Судей (18:19). Основание Рима как второго Вавилона относится к времени правления царя Езекии (18:22). Августин полагает, что и сивиллы предсказывали приход Иисуса Христа (18:23). Вавилонский плен относится к временам Ромула и Фалеса Милетского (18:24). Упоминает Августин и о переводе 70 толковников на греческий язык (18:42-43) и о рождении Иисуса Христа (18:47).
В теологии Августин осуждает хилиастов (20:7). Царство Христово (лат. regnum Christi) и есть нынешняя Церковь (лат. ecclesia — 20:9). Первое воскресение мертвых, о котором говорится в Апокалипсисе, есть не что иное как воскресение духовное (20:10). Антихрист воссядет для совращения людей либо в Церкви, либо в Храме Соломона (20:19). Августин настаивает на реальности вечных мучений в огне для грешников (21:2) и обосновывает их ссылкой на Библию (Ис. 66:24). Природа была создана доброй, но была извращена грехом (22:1). Много места Августин посвящает опровержению невозможности воскресения мертвых (22:12) и вознесения их на небеса. Это, по его мнению, возможно даже для нерождённых младенцев (22:13). Женщины воскреснут в женских телах, хотя и не для плотских утех (22:17). /ru.wikipedia.org/

27.04.2020

Prezident Azərbaycanla Rusiya arasında sərhəd-keçid yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı

“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb.
Prezident İlham Əliyev “Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.

26.04.2020

Niyə təkcə Çernobıldan danışırlar?

Ramil Həsənov

Dünyada çoxlu sayda atom-nüvə qəzaları baş vermişdir.
Məsələn:
1) 12 dekabr 1952 - NRX stansiyası, Kanada;
2) 10 oktyabr 1957 - WİNDSCALE, İngiltərə;
3) 3 yanvar 1961 - NPP SL-1, ABŞ;
4) 21 yanvar 1969 - NPP Lucens, İsveçrə;
5) 28 mart 1979 - THREE MİLE ISLAND NPP, ABŞ;
6) 16 iyul 1985 - KASHİWAZAKİ-KARİWA NPP, Yaponiya;
7) 11 mart 2011 - FUKUSHİMA-1 NPP, Yaponiya.
Və s. və s...
Bu baş verən hadisələrdə ciddi fəsadlar oldu. Ölümlər, yaralananlar, şüalananlar və dozadan sonralar ölənlər, şikəst olanlar oldu.
Bu hadisələrdə də radiasiya ətrafa yayıldı, çaylara töküləni də oldu, atmosferə qarışanı da, torpağa çökəni də.
Bu hadisələrdə də çoxlu dezinformasiyalar, gecikdirilmiş xəbərlər oldu. Eyni zamanda həmin ərazilərdə hal-hazırda da izolyasiya var, bəziləri isə illərlə qapalı zona elan edildi.
Maraqlıdır ki, niyə bütün dünya hələ də ancaq 26 aprel 1986-cı ildə baş verən Çernobıl qəzasından danışır, bu məsələni hər zaman gündəmdə saxlayır?
Niyə? SSRİ-də baş vermişdi ona görə? Yoxsa o stansiya Leninin adına idi?
Niyə HBO kimi kanallar digər katastrofalardan seriallar çəkmir?
Bu qeyd etdiklərim hələ rəsmi formada qəbul edildiyi kimi qəza nəticəsində baş verənlər idi. Dünyada nüvə-atom bombasını bilə-bilə qəsdən 2 sivil şəhərə atan ABŞ-ı niyə dünya gündəmdə saxlamır? Bəşəriyyət üçün bundan böyük başqa nə qədər qara ləkə və faciə var?
Çernobıl tam olaraq niyə baş verdi bilinməsə də, bilinən odur ki, bu hadisə SSRİ-ni yıxmağı hədəfləyən ən böyük barmaqla sayılası propaqandalardan birinə çevrildi. Və hələ də SSRİ olmasa belə, davam etdirilir.
Azad media, dünya KİV-i deyilən anlayış belə fəaliyyət göstərir dünyada.
100 yaşlı Abdımanap Primberdiyev qırğız xalqının fəxridir. Böyük Vətən Müharibəsi veteranı olan bu qəhrəman Berlinə kimi şərəfli döyüş yolu keşmişdir. Həyat yoldaşı ilə artıq 75 ildir bir yerdədirlər. 8 uşağı, 36 nəvəsi və 79 nəticəsi var.

Türkün müqəddəs borcu Rusiya İmperiyasına xidmət etməkdir (İbrahim Sel).

Rus əsgərlərinin suriyalılara növbəti yardımı

Suriyalılar rus əsgərlərini nəğmə ilə qarşıladılar

Suriyada fəaliyyət göstərən rus hərbçiləri ölkə əhalisinə növbəti dəfə humanitar yardım göstəriblər. Bu barədə “Russkaya Vesna” saytının reportajında bildirilir.
Deraa vilayətinin Mutbin qəsəbəsinə yardım gətirən rus hərbçilərini suriyalılar unudulmaz istiqanlılıqla qarşılamışlar. Qəsəbə məktəbinin həyətində keçirilən aksiyada yerli administrasiya rəhbərliyi də iştirak etmişdir. Təhlükəsizlik tədbirləri isə Rus hərbi polisinin zabit və əsgərləri tərəfindən qorunmuşdur.
Suriya məktəbliləri qonaqlar üçün teatr səhnəciyi hazırlamışlar. Rus əsgərləri üçün məşhur “Katyuşa” və “Polyuşko pole” rus xalq mahnıları səsləndirilmişdir. Suriyalı uşaqlar bu musiqilərin sədaları altında rəqs etmişlər.
Mutbin sakinlərinə ümumi çəkisi 1650 kq olan 500 ərzaq paketi paylanmışdır.
Rus hərbi həkim qəsəbədəki xəstələrə baxmışdır. O 104 yerli sakini, o cümlədən 7 uşağı müayinə etmişdir, onlara ərazidə tapılmayan dərman preparatları vermişdir. Bunda başqa o yerli məktəbin direktoruna tibbi apteçka da bağışlamışdır.










Beynəlxalq qanunları tapdalayan İran deyil, ABŞ-dır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 23-ü axşam verdiyi açıqlamasında, İranın Nur peykini kosmosa göndərməsi cəhdinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmadığını bildirib.
Parstoday xəbər verir ki, Zaxarova İranı bu mövzuda ittiham edən ABŞ-ın elə özünün bu qətnaməni tapdaladığını və eyni zamanda ABŞ-ın beynəlxalq nüvə müqaviləsindən qanunsuz və birtərəfli şəkildə çıxaraq, beynəlxalq qanunları heçə saydığını göstərdiyini söyləyib.
Sözçü Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin İranın kosmik işlərini qadağan etmədiyini bildirib.
İranın kosmik tədqiqatlarının 2231 nömrəli qətnamə ilə əlaqəli olmadığını deyən Rusiya rəsmisi, ABŞ-ın İranın ballistik raketlərinin nüvə silahı daşıya biləcəyinə dair iddiasının da əsassız və boş bir iddia olduğunu qeyd edib.

deyerler.org

Məcburi köçkünlərə ŞAD XƏBƏR

Qəsəbələrdən biri 1 890 ailə, digəri isə 1 152 ailə üçün nəzərdə tutulub

“Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1 890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir”.
konkret.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, hazırda burada iki qəsəbə salınır: “Qəsəbələrdən biri 1 890 ailə, digəri isə 1 152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1 512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq”.

“Əxi”, “Baba”, “Makay” tutuldu

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən, ümumilikdə, yeddi nəfər olmaqla iki dəstə ifşa edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Y.Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə narkotik maddə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, “Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub.
Hazırda dəstənin digər üzvlərinin ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində narkotiklərin satışı və dövriyyəsi ilə məşğul olan daha dörd nəfər ifşa olunub. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Qusar rayon sakinləri – “Makay” ləqəbli Renad Tahirov, Fazil Bağışov, Quba rayon sakinləri İmran Əliyev və Elmar Kərimov olduqları müəyyən edilib.
Saxlanılan şəxslərin hər birindən satış üçün hazırlanmış narkotik maddə heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.

İranlı general: ABŞ-ın 400 hədəfini vurmağa hazır idik

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandiri general Əmirəli Hacızadə kosmosa müvəffəqiyyətlə buraxılan Nur adlı hərbi peyklə bağlı açıqlama verib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, general Əmirəli Hacızadə İran dövlət televiziyasına verdiyi müsahibəsində Nur peykinin yerdən 425 kilometr məsafədə orbitdə uğurla yerləşdiyini və beynəlxalq qurumların bunu təsdiqlədiyini söyləyib: “Peyki buraxdıqdan 90 dəqiqə sonra şimal-qərbdə bir siqnal aldıq. Hər 90 dəqiqədən bir siqnal alırıq. Mütəxəssislərimizin fikrincə, bundan bir-iki həftə sonra missiyamız üçün istifadə edə bilərik”.
Briqada generalı Hacızadə sözlərini belə davam etdirib: “Düşmənlər bizə qarşı qəddar sanksiyalar tətbiq etməyə çalışdı, lakin məhdudiyyətlər bizə imkanlar yaratdı. Gözlərimiz xaricilərə diksəydik, bunları bacara bilməzdik və hələ onlara ehtiyacımız olardı”.
Bərk yanacaqlı raket mövzusunda planlaşdırmalar etdiklərini bildirən general Hacızadə, belə deyib: “Bütün mərhələlərin bərk yanacaqla edilməsini planlaşdırırıq. İkinci və üçüncü mərhələdə mühərriklərimiz atmosferdən xaricdə heç sınanmamışdı”.
General Hacızadə SEPAH-ın İraqda ABŞ-ın hərbi bazasına ballistik raket hücumuna da işarə edərək belə deyib: “İran bazaya zərbə endirdikdən sonra amerikalıların İrana qarşı qisas alacaqları ilə bağlı gözləntilər adi idi, amma ABŞ heç vaxt buna cəsarət edə bilməz. ABŞ İranın əməliyyatına cavab versəydi, onlara aid 400 hədəfi vurmağa hazır idik”.
Bununla yanaşı, briqada generalı Hacızadə İran kimi bir ölkənin dünyanın fövqəldövlətlərinin yerləşdiyi kosmosda olmasının çox vacib olduğunu bildirib: “İranın bu gücü və əldə etdiyi məqam ABŞ-ı qıcıqlandırdı və narahat etdi və ABŞ-ın təlaşları İranın layihəsinin nəticələr verdiyini göstərdi”.

25.04.2020

"Əli Həsənovun həmin şəxslərə verdiyi mənzillər geri alınmalıdır" - Professordan ŞOK AÇIQLAMA

Çoxdandır ki, Azərbaycan mediasında KİVDF-nin fəaliyyətindəki çoxsaylı ciddi nöqsanlar və sui-istifadə halları barədə silsilə yazılar gedir. Nə qədər ki, Əli Həsənov və Vüqar Səfərli vəzifədə idilər, həmin tənqidi yazı müəlliflərini bütün mümkün vasitələrlə şantaj edirdilər. Əli Həsənovun özünün ifadəsincə desək «şüşəli evdə oturub onu-bunu daşa tuturdular». Amma məşhur atalar məsələsində deyildiyi kimi «haqq incələr, amma üzülməz». Bu halda da haqq üzülmədi.
Cənab Prezident fəaliyyətlərindəki çox ciddi nöqsanlar və sui-istifadə halları ilə bağlı formalaşmış geniş ictimai rəyi əsas götürərək Ə.Həsənov və V.Səfərlini vəzifədən kənarlaşdırdı. Bu adamlar həqiqətən çox harınlanmışdılar. Nə özləri, nə də ətrafındakılar necə deyərlər artıq ayaqlarının altını belə görmürdülər. Görün iş nə yerə çatmışdı ki, ölkə prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər.
Dəhşətə bir baxın, uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanı yeni inkişaf və yüksəliş mərhələsinə aparan titanik fəaliyyəti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə ölkə miqyasında və ölkə hüdudlarından kənarda həyata keçirilmiş çoxsaylı uğurlu layihələr barədə silsilə yazılar yazan, kitablar nəşr etdirən peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar.
Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildilmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.
Eyni zamanda hüquqları pozulmuş insanların haqları da özünə qaytarılmalıdır. Yəni haqqı olmayan insanlara, xüsusən də jurnalist olmayan insanlara jurnalistlər üçün tikilmiş binalardan verilmiş mənzillər qeyd-şərhsiz geri alınmalıdır. Nəzərə alınmalıdır ki, Əli Həsənovun və onun kadrlarının dostluq, tanışlıq, qohumluq əlaqələri zəminində rəhbəri olduqları qurumlarda işlə təmin etmiş olduqları xeyli sayda qeyri peşə sahiblərinə də jurnalist adı altında mənzil verilməsi düzgün hərəkət deyildi.
Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.
Uzun illər media sahəsində işlədiyimdən, Əli Həsənov və ətrafında olan məmurların iş prinsiplərinə az-çox bələd olduğumdan onların nə dərəcədə özbaşınalıq etdiyi, səlahiyyət həddlərini aşdığı, vəzifələrindən sui-istifadə etdikləri barədə çoxsaylı konkret faktlar sadalaya bilərəm.
Kimsə düşünməsin ki, mən bu sətirləri nə üçün məhz Əli Həsənov və Vüqar Səfərli vəzifədən kənarlaşdırıldıqdan sonra qələmə almışam. Diqqətli oxuculara bildirmək istərdim ki, mən artıq neçə illərdir ki, bütün bunlar barəsində davamlı olaraq aidiyyatı dövlət orqanlarını məlumatlandırmışam. 2019-cu ilin aprel ayından başlayaraq isə ölkə Prezidenti və Birinci Vitse-Prezidentə yazılı müraciətlərim olub.
Mən də bir çox jurnalist həmkarlarım kimi o fikirdəyəm ki, Əli Həsənov və əhatəsinin vəzifədən uzaqlaşdırılması ilə kifayətlənmək olmaz. Unutmayaq ki, xeyli sayda havadarları, dəmtutanları və əlaltıları hələ də haradasa vəzifə, imkan və söz sahibidir. Hələ də Əli Həsənovun hakim komandaya olan «sədaqəti» və onun «əvəzsiz kadr» olduğu barədə təbliğat aparanlar var. Belələri hələ də bəlkə də «qaytardılar» xülyası ilə yaşayır.
Təbiidir ki əvvəllər olduğu kimi bu gün də həmin dairələr birbaşa Ə.Həsənov tərəfindən stimullaşdırılır, istiqamətləndirilir və idarə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ə.Həsənov və onun yaxın ətrafının fəlaiyyətinin bütün aspektləri dərindən və hərtərəfli araşdırılmalı, yol vermiş olduqları qanunsuzluqların, sui-istifadə hallarının, mənimsəmə faktlarının, təmsil olunduqları iqtidarın maraqları ilə daban-daban zidd əməllərin dairəsi və dərəcəsi müəyyənləşdirilərək adekvat hüquqi addımlar atılmalıdır. Haqq, ədalət, qanunlarımız və geniş ictimai rəy bunu tələb edir.

Qafar Cəbiyev,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
«Qızıl qələm» müakafatı laueatı, professor

konkret.az

Keçmiş SSRİ sakinlərinə Rusiya pasportları veriləcək – Putin müvafiq qanun imzaladı

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanunu imzalayıb. Bu qanunla vaxtilə Sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması prosesi sadələşdirilir. Hüquqi sənədlər portalında dərc olunmuş qanun layihəsinə görə bundan sonra əcnəbilərdən Rusiya pasportunu almaları üçün öz ölkələrinin vətəndaşlığından çıxmaları tələb edilməyəcək.
Keçmiş Sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslərin vətəndaşlıq müraciəti etmələri üçün Rusiyada üç il yaşamaları və rəsmi gəlir mənbəyinin göstərilməsi tələb edilməyəcək. Beləliklə, onlar Rusiyada oturum hüquqları olduğu halda vətəndaşlıq üçün müraciət edə bilərlər.
Yeni qanuna görə Rusiya ali məktəblərinin məzunları da Rusiya vətəndaşlığı ala bilərlər. İndi onlar bunun üçün Rusiyada 3 il yox, bir il işləməli olacaqlar.
Rusiya vətəndaşları ilə nikahda olanlar üçün də Rusiya vətəndaşlığının alınması proseduru sadələşdirilir. Həmin şəxsin Rusiyada yaşaması və Rusiya vətəndaşı ilə ortaq övladının olması kifayətdir.
Valideynlərindən biri Rusiya vətəndaşı olanlara da Rusiya vətəndaşlığı sadələşdirilmiş prosedurla veriləcək.
Qanun üç aydan sonra qüvvəyə minəcək.

Японская мудрость. 35 ключевых фраз

1. Уступай дорогу дуракам и сумасшедшим.
2. Женщина захочет — сквозь скалу пройдёт.
3. Не задерживай уходящего, не прогоняй пришедшего.
4. Быстро — это медленно, но без перерывов.
5. Лучше быть врагом хорошего человека, чем другом плохого.
6. Без обыкновенных людей не бывает великих.
7. Кто сильно желает подняться наверх, тот придумает лестницу.
8. Муж с женой должны быть подобны руке и глазам: когда руке больно — глаза плачут, а когда глаза плачут — руки вытирают слёзы.
9. Солнце не знает правых. Солнце не знает неправых. Солнце светит без цели кого-то согреть. Нашедший себя подобен солнцу.
10. Море потому велико, что и мелкими речками не брезгует.
11. И далёкий путь начинается с близкого.
12. Кто пьет, тот не знает о вреде вина, кто не пьет, тот не знает о его пользе.
13. Даже если меч понадобится один раз в жизни, носить его нужно всегда.
14. Красивые цветы хороших плодов не приносят.
15. Горе, как рваное платье, надо оставлять дома.
16. Когда есть любовь, язвы от оспы так же красивы, как ямочки на щечках.
17. Никто не спотыкается, лёжа в постели.
18. Одно доброе слово может согревать три зимних месяца.
19. Если проблему можно решить, то не стоит о ней беспокоиться, если её решить нельзя, то беспокоиться о ней бесполезно.
20. Когда рисуешь ветвь, нужно слышать дыхание ветра.
21. Семь раз проверь, прежде чем усомниться в человеке.
22. Сделай всё, что сможешь, а в остальном положись на судьбу.
23. Чрезмерная честность граничит с глупостью.
24. В дом, где смеются, приходит счастье.
25. Победа достаётся тому, кто вытерпит на полчаса больше, чем его противник.
26. Бывает, что лист тонет, а камень плывёт.
27. В улыбающееся лицо стрелу не пускают.
28. Холодный чай и холодный рис терпимы, но холодный взгляд и холодное слово — невыносимы.
29. В десять лет — чудо, в двадцать — гений, а после тридцати — обыкновенный человек.
30. Подумав — решайся, а решившись — не думай.
31. Спросить — стыдно на минуту, а не знать — стыд на всю жизнь.
32. Совершенная ваза никогда не выходила из рук плохого мастера.
33. Не бойся немного согнуться, прямее выпрямишься.
34. Глубокие реки неслышно текут.
35. Если отправился в путь по собственному желанию, то и тысяча ри кажется одним.

24.04.2020

"Çox yaxşı oldu ki, Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı"

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.
Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb: “Mən hələ vaxtında, Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Orada yoxlamaların aparılmasına çox ciddi ehtiyac var. Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuata mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi. Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər. Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır. Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.
Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillərin paylanması zamanı şəffaflıq olacağını gözləyir: “Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin 4 apreldə imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.
Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyinat alıb.

Bundan gündə ikisini yazaram!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -77

Mahir Əliyev: Hər ailədə SSRİ-ni görənlər var. SSRİ-də televiziyalarda əxlaqsız verilişlər yox idi. SSRİ-də ibnələr at oynatmırdı. SSRİ-də Azərbaycan qadını tarqovıda, gecə klublarında özünü ərəbə satmırdı. SSRİ-də işsizlik problemi yox idi. SSRİ-də pulun dəyəri var idi. Ən kasıb adam əti qırağa qoyaq, kürü yeyə bilirdi. Amma indi ətə həsrətdi. Kürünü indi heç orta təbəqə yeyə bilmir. SSRİ bu milləti yaşatdı. Azərbaycan xalqı tarix boyu SSRİ-dəki kimi gözəl yaşamayıb. Bunu tarix sübut edir. Amma bəyənmədilər. SSRİ-ni bəyənməyən xalq indi ibnələrin verdiyi bir tikə çörəyə möhtac qalıb.
Tuncay Novruzov: Rusiyada qayda-qanun var. Məmurlar insanlardan çəkinir. Xalq məmura yox, məmurlar xalqa hizmət edir. SSRİ-dən ayrıldıq nə oldu ki? Əhalinin yarısı ac-susuz dolanır. Uşaq pulunu belə xalqa çox görürlər. Rusiyada 1 uşağa 6 min manat, 2 uşağa 10 min manat, 3-cu uşağa isə 100 sot torpaq və güzəşli ipoteka verirlər! Əhalinin sayı isə 10 dəfə çoxdu Azərbaycandan! Bunlar isə bu boyda sərvətin qabağında 10 milyon adamı dolandıra bilmilər, yaxud istəmilər... İndi fikirləşəndə uşağın gələcəyini bu ölkə məmurlarına etibar etmək çox təhlükəli və risklidir. Hələ yaltaq, işverən insanları demirəm, ən əsası da dırnaq arası professorları- oturub şeir yazırlar.
Faiq Kazımov: Millətin 60-70 faizi Rusiyada işləyir, ora ilə ailəsini dolandırır, meyvə-tərəvəzi orda normal qiymetə satır. Bir də ki SSRİ vaxtı millət indikindən qat-qat yaxşı yaşayırdı. SSRİ yenidən yaransa pis olmaz.
Vüsal Həsənəli: Türklər Azərbaycana iki məqsədlə gəlir: biznes və bazlığ. Kişilərini qul kimi işlətmək, qadınlarıyla əylənmək.
Qabulov Teymur: Qarabağ problemini ABŞ və Avropa kapitalistləri yaratdı- SSRİ-ni dağıtmaq üçün.
Natiq Abbasov: Ay mənim bədbəxt türk sevən millətim! Türklər bizə sözdə qardaşdırlar. Realda türkləri də görmüşük. Bizə yuxarıdan aşağı, ən aşağı sort insan kimi baxırlar.
Ədalət Abdinov: Dünya Bankı Azərbaycanı özündən asılı vəziyyətdə saxlayır. Bank öz məqsədləri naminə istədiyini diqtə edə bilir. Bu bankı zəhmətkeşlərin həyatı yox, sələmçiliklə qazandığı pullar maraqlandırır. Ona görə də cəmiyyətin bütün təbəqələrinin yox, birbaşa istismarçı biznes subyektlərinin mənafelərini qoruyur.
İsmayıl Muradlı: Bir tanış market işlədən var. Deyir bizdə şirniyat məhsullarının, bulıçnıların vaxtı qurtaranda malı paylayan şirkətin ekspediteli gəlir, əlindəki aparatla son istifadə tarixini elə malın üstündəcə silir, yerinə yeni tarix yazır, yeni mal ta köhnəlib kiflənməyənə qədər bu proses aylarla davam edir.
Rəhim Həsənli: Azərbaycanda yalnız bir milli elm var, o da kulinariya... Həylə dəyil, hııı...
Elçin Bayramlı: Nə qədər çox inkişaf etmiş ölkədirsə, bir o qədər vəziyyət pisdir. Məsələn, Şimali Koreyada və ya Laosda hamı təbii qida yeyir, Amerikada hamı süni ximikat qida. Ona görə də rak ən çox inkişaf etmiş ölkələrdədir.
Ramin Əhmədov: Amerikanın özündə demokratiya deyilən bir şey yoxdur. Heç anlayış belə yoxdur. Olmayan bir şeyden başqasına necə dərs keçmək olar, heç başa düşmürəm.
Musa Qurbanov: Mən gərək həqiqəti yazam. Axı niyə düşmən bizi parçalasın? Gəlin qoymayaq düşmən aramıza girsin. Heç nədən qonşu İran dövlətini bizə düşmən göstərirlər. Olmaz. İran bu 5000 ildə kimləri görməyib? Hamısını necə lazımdır yola salıb.
Həmdulla Zahirov: Stalin rüşvətxor, mal, pul, sərvət düşkünü olmayıb. Onu heç mülki geyimdə görmədik, deyəsən heç kostyumu da olmayib. İndikilərin tonlarla pulları, hətta təyyarələri də var.
Zaferi Dedim: Dünyada ən gözəl əxlaq sosializim əxlaqıdır.
Canpolad Canıyev: İranda Azərbaycan bayrağı səhvən tərsə asılanda qeyrəti cuşa gələn “şirlər”, Türkiyədə Azərbaycan bayrağı şüurlu şəkildə polis tərəfindən zibil yeşiklərinə atılanda kor pişiyə döndülər. İranda qeyri-qanuni jurnalist fəaliyyəti göstərdiyi üçün hansısa Azərbaycan vətəndaşı həbs ediləndə küçə arvadları kimi ağızlarını açıb söyüşlər yağdıran millətçilər, Türkiyədə demək olar hər ay öldürülən Azərbaycan qızlarının şəkillərini və faciəli tarixçələrini qəzetlərdən oxuyanda qeyrətsiz-liberal-tolerant zibilə çevrildilər. Amma... Allah böyükdür və ədalətlidir! Tarix hər şeyi özü elə yoluna qoyub ki, bu gün dünya səhnəsində İran “Amerika heç bir qələt eliyə bilməz” deyən, sionizmə meydan oxuyan bir qüdrətə çevrilmişkən, Türkiyə ABŞ-ın, İsrailin qoca fahişəsi rolunda Avropaya yalvaran bir rəzil obrazında görünməkdədir. İran rəhbərləri müsəlmanların qəlbini fəth etməkdə ikən, Türkiyə rəhbərləri hər gün milyonlarla lənət qazanmaqdadır.
Afiq Əliyev: ABŞ-da bir həftə ərzində işsizlik müavinəti üçün müraciətlərin sayı 6 606 000 təşkil edib. Federal Reserve iqtisadiyyata daha 2,3 trilyon dollar borc verməyi planlaşdırır.
Fərhad Həsənzadə: Bizim KİV-lər Türkiyənin TV-lərindən xəbəri alıb paylaşırlar. İnanırlar türklərə, daha bilmirlər ki, türklərə də bu yalan xəbərləri Mərkəzi Kəşfiyyat İdarəsində hazırlayıb verirlər. Bicliyə bax e, özləri yaysaydılar, bu qədər inanmazdıq, türklərin əliylə bizə zəhər verənlərdir onlar...
Viki Rofs: Dərmanların tərkib hissələri demək olar ki yox səviyyəsindədi, sadəcə pulun gedir, sağalmadıqca bir az da strese düşürsən, o dünyalıq olursan.
Rasim Hüseynov: Ukraynada- millətçilik. Gürcüstanda- millətçilik. İraqda- millətçilik. Özbəkistanda- millətçilik. Qırğızıstanda- millətçilik. Azərbaycanda -hələ ki sosial şəbəkələrdə- yenə millətçilik. Bu toxumu səpənin əlləri qurusun!
Baba Punhan: SSRİ vaxtı uzun müddət İranın Bakıdakı konsulluğunda çalışmış bir diplomat kimi tam əminliklə iddia edə bilərəm ki, Azərbaycan SSRİ vaxtı indikindən daha müstəqil idi. O vaxt bir əmr verəni var idi və o əmr verən çörək də verirdi. Amma indi 10 əmr verəni və 10 çörəyini oğurlayanı var.
Rahib Hətəmov: İndi moddadır, bəzi türk irqçiləri Soveti ağına-bozuna baxmadan təhqir edirlər. Səbəb kimi niyə bizim Türk adımızı ləğv etdi və s. Halbuki Sovet rejiminin 1937-ci ildə Türk milləti yerinə Azərbaycan milləti yaratması ən çox Azərbaycan türklərinin xeyrinə olmuşdur. Sovet dönəminin bir üstünlüyü də o idi ki, indiki Azərbaycan dili yaradıldi. 1937-ci ilə qədər şairlərin çoxu- Hüseyn Cavid, Məhəmməd Hadi, Mikayıl Müşfiq, Almas İldırım, hətta Səməd Vurğun ədəbi dil kimi Osmanlı ləhcəsini işlədirdi. Bunu da sadə kəndli, fəhlə anlamırdı. Xalqla ədəbiyyat xadimləri arasında uçurum yaranmışdı. Stalinin məlum Azərbaycan xalqının formalaşması haqda bəyanatından sonra bütün şairlər xalqın anlayacağı sadə, indi danışdığımız Azərbaycan dilində yazmağa başladılar. Dilimizin intibah dövrü başladı. Bir-birinin ardınca Səməd Vurğun, Rəsul Rza, Hüseyn Arif, Osman Sarıvəlli, Süleyman Rüstəm, Mirvarid Dilbazi kimi şairlər bu dilin gözəlliyindən, axıcılığından, poetikasından istifadə edib dəyərli əsərlər yaratdılar. Səməd Vurğun bu dildə “Aygün” poeması yaratdi. Stalinin həmin qərarı xalqımız üçün böyük töhfə oldu.
Elxan Xəlilov: Nə axmaq sistemdir... Qonşu usaq 2-3 ildir hazırlığa gedir, pul tökürlər, uşaq gedib 501 bal yığıb, düzgün kodlasdırmadığına görə qəbul ola bilməyib. Amma ondan savadsızlar bəxtəbəxt gedib girib institutlara. Kim deyir bu sistem ədalətlidir? Bu lotoreya kimi bir şeydi. Uşaq yazıq əsgərliyə gedəcək. Atası cəza verib- otaqdan bayıra qoymur çıxsın. Deyirəm başı xarab olar, girməyib girməyib də- böyük şeydir institut? Əsgərlikdən gəlib verər... Amma çox axmaq sistemdir. Kodlasdırmaq nədir? Get 3 dənə imtahan ver gir... Bizim vaxtımızdakı kimi. Özlərindən şey çıxardıblar. Ona görə də millət tupoylaşıb. Yaman da sistemdir elə. Allahın işinə bax, qarışqanın yerişinə... Rusun təhsil sistemini ləğv etdik. Guya ki Azərbaycan öz təhsil sistemini quracaq...
Zahid Mikayılov: Kapitalizm quruluşu artıq özünün binamus, fahişə sistem olduğunu sübut elədi.
Rüstəm Hüseynov: 20 yanvar - əsas məqsədi Yer kürəsinin quru sahəsinin 1/6 hissəsində bərqərar olmuş Sovet sosialist quruluşunu dağıtmaqdan ibarət olan beynəlxalq imperializmin, SSRİ-nin beynəlxalq imperializmin əlində oyuncağa çevrilmiş qorbaçovçu satqın rəhbərliyinin və onların hər ikisinin barmağında oynatdığı, hakimiyyəti qamarlamaq iştahasında olan yerli millətçi, liberal, demokrat - sağçı qüvvələrin bircə planlaşdırıb, həyata keçirdikləri qanlı br oyun idi...
Zərdüşt Əlizadə: Xəlil Rza Ulutürk milli ədavəti qızışdıran bir adam olub. Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq. Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Görmürsən ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var? Sən şairsən, ziyalısan, bəs bilmirsən ki, qazdığın xəndəyə xalqın yıxılacaq? Çox təəssüf edirəm ki, onun oğlu Təbriz gedib müharibədə şəhid oldu. Allah rəhmət eləsin. Amma oğlu da atasının qızışdırdığı ədavətin yolunda həlak oldu.
Tərana Əliyeva: Kapitalizmdə hər kəs özünü fikirləşir. Dövlətin adı olur ancaq, hakimiyyət isə oliqarxlara xidmət edir. Bizdə isə hakimiyyət özü oliqarxlardan ibarət olduğu üçün daha təhlukəlidir. Dövlət vətəndaşı düşünməsə, normal sosial paket hazırlamasa (dilənçi etdiyi millət üçün dilənçi paketi) xalqın Qərbdəki kimi səfil hala düşməsi qaçılmazdir.
Aftandil Babayev: İndiki qızların 90 faizinin oxuduğu kitabların adları təqribən belədi: “Aşkın acı yüzü”, “Bir az uykum var”, “Sevdanın son mevsimi” və s. İçindəki ən dəyərli cümlələr də belə olur: “İnsan ən çok sevdiyine kızarmış”, “Aşk acıtıyor mevsim son bahar olurkən”. Bu nə kitablardı?! Bundan gündə ikisini yazaram! Sonra da deyirlər bu qızlar niyə belə havalanıb görəsən! Əziz xanimlar, bir az dunya ədəbiyyatına açılın. Dostoyevskini, Taqoru, Hüqonu, nə bilim heç olmasa Anton Çexovun bir qısa hekayəsini oxuyun, çunki min dənə elə kitaba dəyər. Axı kitab oxumaq seriala baxmaq deyil.
Fuad İbadov: Xalqın 90 %-i oliqarxların qapazı altında deyilmi? Ya siz bolluq içində yaşayırsız? Sizin bəlkə də Sovet hökuməti haqqında danışmağınıza nə yaşınız çatır, nə də savadiınız! Siz bu dövrü görübsünüz, sizə əhli keyf insanlar təbəqəsi yaxındır. Bilin ki qapaz bizim başımıza bu müstəqillik dövründə dəydi.
Müşfiq Heybətov: Düşmənin ən böyük hədəfi şiəni Müctəhidindən ayırmaqdır.
İradə Adil: Bizim məmurlarla, bizim siyasətlə normal yaşayış mümkün deyil. Onsuz kimin diqtəsilə addımladığımızı bilmiriksə qoy heç olmasa təcrübədən keçirdiyimiz rusla bir olaq. Kiçik dövlətlər sərbəst quruluş ola bilmirlər- görükən iş bu. Belə nizamda onsuz da kimsə qapazı başına vurub əppəyini əlindən alacaq. Həyatın qanunu bu. Bunların fikri odur ki, bütün varidatı talan etsinlər.
Zaur İmanov: Heç bir bacarığı olmayanlar öz millətləri ilə öyünürlər. Millətçilik millətləri məhvə aparır. Mənimçün bütün millətlər əzizdir. Millətçilər isə yox.