31.08.2012

KƏLLƏDƏN DÜZƏLDİLMİŞ PİYALƏDƏ YAZI

CORC QORDON BAYRON

Qorxma: mən adi bir sümüyəm ancaq,
Sönmüş ruh haqqında fikirləri at.
Sümük piyalədən, bil, qopmayacaq
Axmaq sahibindən mənfur xatirat.

Sən tək içər, sevər, yaşardım mən də,
İndisə ölüyəm, doldur sonadək.
Nəfəsin şövq ilə mənə dəyəndə,
Sevindim--qurdlardan qurtuldum ,demək.

Qurdlar yumağını bəsləməkdənsə,
Şux şərab badəsi olmaq necə xoş!
Gəzirəm əllərdə qürurla mənsə,
Tanrı içkisiylə dolu və meyxoş.

Ramil Səfərovun azadlığa çıxmasında hansı iş adamının rolu olub?

Ramil Səfərovun azadlığa çıxması xəbəri yayıldıqdan sonra bütün insanlar onun evinə axışmağa başlayıblar. Balacadan böyüyə hər kəs onunla görüşmək, hal-əhval tutmaq istəyir. İndiyə qədər belə izdiham görmədiklərini bildirən zabitimizin atası şokda oluğunu deyib. Sahib Səfərov hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb.
O bildirib ki, hazırda evinə o qədər insan axışır ki, onların təbriklərini qəbul etməyə imkanı yoxdur. S.Səfərov Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib.
Ramil Səfərovun yenidən hərbi karyerasına davam etdirməsi ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayev açıqlama verib. O bildirib ki, Ramil Səfərovun azad olunması böyük hadisədir.

“Şerşe lya fam” - “o qadını tapın”

Həmid Herisçi

“Bircə onu qeyd edim ki, milli məclisimizin əvvəlcə həmişə ətirini, qoxusunu dəyişər bu xanım. Sonra mövzularını...”

Milli Məclisin qarderobunda işləyənlər bu hökmlü qadını ayrıca sevqiylə qarşılayarlar həmişə. Əvvəla, əynindəki paltarlar çox gözəl, həm də məstedici ətirlidir. Kim istəməz o gözəl paltarlarla, ətirli qoxularla bütün uzun iş günü boyu nəfəs almasın? Bircə an da olsa belə Parisin ən dəbdəbəli modalar evində hiss etməsin özünü?
Qarderobda işləyənlərdən bu gün mən daha şanslıyam. Həmin xanımın özü bu gün məni qəbul otağına dəvət edib axı. Fransızca “Şerşe lya fam” - “o qadını tapın” tapmacasını aramızda səsləndirib, məqaləmizin axırınacan bu deputat qadının kimliyini gizli saxlayacam - qısası, mən oyuna başladım, zərləri nərd taxtası üzərinə tulladım, səbrli olun, özünüz axtarın tapın bu gizli qəhrəmanımın kimliyini.

Mirbağır - O VAXTLAR

Mən kənd mühitində təhsil alarkən şəhəri, şəhər düşüncə tərzini qat-qat fərqli bilirdim. Şəhərlə bağlı özümçün o qədər şirin hekayələr qurmuşdum ki indi onlar yadıma düşəndə sadəcə, gülməyim gəlir. Şəhərə gəldikdən sonra fərqin yalnız, geyimlərdə, paltar dükanlarının qarşısında olan görüklərdə (vitrinlərdə), 5-10 mərtəbəli hündür binalarda olduğunu anladım. Anladım ki, mən yalnız məsafələri keçmişəm, ruh və düşüncə tərzi eynidir ki eynidir. Bununla bağlı bir neçə nəfərə öz fikrimi bildirəndə onlar şəhərdə artıq, şəhərlinin qalmadığını söylədilər. Kədərli əhvalatdır, öz adıma.

SURİYANIN YADA SALDIQLARI

 Seyfəddin Altaylı, Ankara

İslam dünyası on üçüncü əsrdəndir itirə-itirə gəlir və mənə görə bu siyasətini davam etdirsə axıra kimi də başı bəlalardan, ölkələri qalmaqallardan xilas ola bilməyəcəkdi
 
Deyəcəksiniz ki, on üçüncü əsrin axırlarında Osmanlı Dövləti yarandı və altı yüz il dünyada hökmranlıq elədi, onlar müsəlman deyildi?! Düzdür, Osmanlı İmperiyası dünyanın ən möhtəşəm imperiyalarının başında dayanır və düz 371 il dünyada yeganə onun sözü ötüb, bir başına zirvədə qalıb. Osmanlı Dövlətini o vaxtlar zirvədə saxlayan, Sak, Hun, Göytürk, Səlcuqlu və digər imperiyalardan süzülə-süzülə, cilalana-cilalana gəlmiş Türk dövlət gələnəyinin öz özülü üstündə yüksəlməsi və ancaq özündən qidalanması, qərbin bütpərəstlikdən bəhrələnən materialist və müstəmləkəçi xilqətiylə murdarlanmamasıydı.

Günün fotosu


Gözün aydın Azərbaycan! Qəhrəmanım!!!

30.08.2012

Ulu Şəhriyardan gözəl bir şeir: "Həsrət"


Evdə bir il ah çəkərəm xəbər yox
Evdən çıxam mən oyana yar gəli
Taytuşlarım çölə çıxa gün çıxar
Mən çıxanda yağış getsə qar gəli
Yazıx quzum aclığa döz darıxma
Bugün sabah bahar gəli bar gəli
Bizə gələ gəlməyə bir kal iydə
Qonşumuza heyva gəli nar gəli
Xan evinə şir gələ quyrux bular
Bizim evə kor it gələ har gəli
Xalqa qonax gəli gözü sürməli
Bizim evdən kor getməmiş kar gəli
Bəxtimə arvat nə çıxa bilmirəm
Bəllidi ki sarsağa sovsar gəli
Bir (üç ətək) əndazadır əynimə
(salisbury)gen gəlməsə dar gəli
Dovlətliyə yasda gələ oynayar
Biz kasıba toy gələ axsar gəli

Skaypa gəl, sevgilim

Xuraman Hüseynzadə

Marixuana kimi

məni
marixuana kimi
ciyərinə çək
məndən asılı ol
necə ki
mən telefondan
asılı qalmışam
səndən başqa kimsəm yox
gözlərinin küncünə
qısılıb qalmışam
aç qollarını
qolların ötürsün məni
ürəyinə...

Skaypa gəl 

nə cavanşir küçəsində yaşayıram
nə babək prospektində
ünvanımı bilirsən
iks-x
görüş yerimiz

İlqar Fəhmi - GECƏLƏR

Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr,
Qəmli ruhun haralar gəzdi, biləydim gecələr.

Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş,
Baş qoyub sinənə sakitcə öləydim gecələr.

Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib,
Başın üstündə səmaya düzüləydim gecələr.

Ağlayıb gündüzü biçarə bulud tək sənsiz,
Baxaraq göz yaşıma sənlə, güləydim gecələr.

Sən qaranlıqda ayı seyr elədikcə, mən də,
Ruhuna ay işığıyla süzüləydim gecələr.

Tural Qul - MÜDAFİƏNAMƏ

 - Mən Quran müəllimiyəm, qağa.
- Nədən dərs deyirsən de, qaqa, amma hamıya dərs vermək iddiasından gen dur.
Əziz Vaqif qağam, hamıya dərs vermək deyəndə ki... Öncəliklə bunu qeyd edim: Təkəbbürlükdən, riyakarlıqdan Allaha sığınıram! Hə, indi, sevgili qağam, siz mənim bu sözümdən (Allah uzun ömürlər versin!) sonra deyirsiniz ki: Allah xırda işlərlə məşğul olmur. Mən isə deyirəm: Bu yanlış fikirdir! Bu qədər rahat danışmağımın da səbəbi:
Dediyim hər kəlməmi Qurana, Hədisə (Buxari kimi ən zirvədə olan hədis aliminin kitabilə), bir də ki, Şeyx Nizaminin, daha doğrusu Şeyx Nizamimin sözlərinə isnad edə bilmə gücümün olmasıdır.

Gözübağlı itirilmişlər

Bu gün Hollandiyada yaşayan soydaşımız Tofiq Hacılının doğum günüdür. Bu münasibətlə onu bütün maarifpərvər və gözüaçıq insanların adından təbrik edirik. Tofiq Hacılı o azərbaycanlılardandır ki öz vəsaiti hesabına Hollandiyada "Azərbaycan mətbəxi" kitabını dərc etdirib. Eyni zamanda bu Azərbaycan haqqında holland dilində ilk kitabdır. Belə ziyalı insanlarımızla fəxr edirik. Ad günün mübarək, Tofiq!

Tofiq Hacılı (Hollandiya)

...Azərbaycanın pis iqtidarı...və ya ortalığı xərçəng xəstəliyi kimi bürüyən qoca, “poyezdləri” gedən müxalifətçi liderlər?
...Hər zaman bir toplantı olanda, orada özümdən böyük, daha doğrusu, qoca insanları görəndə ürəyimdə uşaqlıqdan şüuruma yerləşdrilmiş, niyəsini anlamadığım bir duyğu hakim olur mənə. Biz uşaq olanda böyüklərimiz öyrədərdi ki, o, səndən böyükdür, ona əmi de, buna dayı de, hörmət elə və sairə.

Temiz bir dünya üçün

Sayman Aruz Azərbaycan xalqına çağırış etdi

Güney Azərbaycanda olan zəlzələdən zərər çəkmiş soydaşlarımıza yeni bir dəstək kampaniyası da Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruzdan gəldi. Bu kompaniya haqqında daha geniş məlumat almaq üçün Sayman Aruzla əlaqə saxlayıb kimlərin dəstəyini ala bildiyini, bu dəstəyin içində yazıçı və şairlərin nə dərəcədə rolu olduğunu da öyrənməyə çalışdıq. 

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz kompaniyanın nəzərdə tutulan kimi uğurlu olmadığını vurğuladı: “Kompaniya istədiyimiz kimi uğurlu olmasa belə yenə də burda bir sıra tanınmış insanların imzası var. İştirak edənlərin sayı, yığılan məbləğ Quzeyli soydaşlarımızın sayı ilə müqayisə də olduqca az və hesaba gəlməzdir.

Nuri Serinlendirici Vay Aman LIDER TV bir konulden min konule

Rusiyalı uşaqlar qurtuldu, bəs bizimkilər?

Musa Quliyev:  “Telekanallarımız standartdan kənar fəaliyyət göstərir, nəinki uşaqlarımızı, heç böyüklərimizi də nəzərə alan yoxdur”

Sentyabrın 1-dən Rusiyada “Uşaqların psixologiyasına, sağlamlığına və inkişafına zərər gətirən proqramlardan müdafiə” haqında qanun qüvvəyə minir. Əslində bu qanun Rusiyada 2010-cu ildən qəbul olunub. Qanunun ortaya çıxmasının səbəbi bizdə olduğu kimi, Rusiya telekanallarında da zorakılıq səhnələrinin hədsiz təbliği olub.
Rusiya televiziyasında sentyabrın 1-dən səhər saat 4.00-dan axşam 23-00-a qədər böyüklərlə, valideynlərlə yanlış rəftarı, siqaret çəkməyi, içki içməyi, evdən qaçmağı, söyüşü, davanı təbliğ edən verilişlər nümayiş olunmayacaq. Daha doğrusu, uşaqlar belə verilişlərə baxa bilməyəcəklər. Çünki belə verilişlər haqda əvvəlcədən həm telekanal proqramında, həm də veriliş başlamazdan öncə, verilişin gedişatında, hətta həmin verilişin reklam arasında xəbərdarlıq işarələri qoyulacaq.

Aliq Nağıoğlu - DUMU KİŞİ

Yuxudan hövlnak ayılıb yerinin içində oturdu. Bə­də­ni su içində idi. Küt bir ağrı beynini sancırdı. Hələ kəsdirə bilmirdi ki, bütün bu gördükləri həqiqətdir, yoxsa yuxu. Belə gününü Dumu kişi heç təsəvvürünə belə gə­tir­məz­di. Onda hərdən qəlbinin dərinliyində şübhə oyanırdı ki, deyəsən tamam biganələşiblər və bu an şübhəsizdir. Hələ onun əriyib sönmüş bədəni, sümükləri çıxmış ölü si­fə­ti Dumu kişini yaman həyəcanlandırmışdı. O, bu halını kor gözləri ilə görmüşdü. Hərçənd ki, həyatda Dumu kişi vəziyyətinin bundan yaxşı olduğunu da iddia edə bilməzdi.
Dumu kişini təəccübləndirən ətrafdakıların vecsiz­li­yi idi. Onun nəzərində arvadının donuq üzü, oğlanlarının heç nə ifadə etməyən laqeyd baxışları və daha kimlərsə canlanmışdı. Hamı susurdu və tək o, zarıyırdı.

Ziba Xəlil. Sayman Aruza

Dərdli gözlər

İlahi kədər var gözündə gəncin.
Üzünə bir baxan ağlamaq istər.
İkiyə bölünmüş bir məmləkətin.
Dərdlərinə dözüb dayanmaq istər.

Kim bilir nələr var sınıq ürəkdə.
Neçə min qat əzab, dərd olduğunu.
Hərdən üsyan edər, bezər ürək də.
Ağlayar bildirər boğulduğunu.

Söyləsə qurtarmaz qiyamətədək.
O qəmli gözlərin hekayətini.
İstək çox- ah, ömür...
ömürsə gödək.
Dinləməz bir kimsə şikayətini.

İsgəndər Bababəyli - Yağış yağır

Aram-aram, incə-incə
Damlaları yerə atır.
Yağış yağır.
Buludların üzərindən ayrılaraq,
Sakit yağır.
Yuyur çirki, pislikləri
Təmiz-təmiz damlalarla
Yağış yağır.
Durub tənha eyvanımdan izləyirəm.
Bu tək qalmış ürəyimə
Yağış yağsın istəyirəm.
İstəyirəm narın, nurlu damlalarla
O söndürsün tənhalığın acısını
İçərimdə,
Ürəyimdə.

Şabranda görüş

Avqust  ayının  26-sı  Şabran  rayon  mərkəzində  yerləşən  “Poeziya  Evi”ndə  üç  ədəbi  məclisin  birgə  tədbiri  keçirilmişdir. “Gülüstan” (Quba -Ş.Seyidməmmədov), “Şabran”  (Şabran – Q.Süleyman)  və  “Ulduzlar”  (Xaçmaz – F.Ziyanur)  ədəbi  məclislərinin  sədrləri  və  20-dən  çox  üzvünün  qatıldığı  bu  görüşdə  AYB  Güney  Azərbaycan  Ədəbiyyatı  Şöbəsinin  müdiri, Dünya  Azərbaycanlı  Yazarlar  Qurumunun  (DAYAQ)  sədri  Sayman  Aruz, AYB  və  AJB  üzvü, yazıçı – publisist  Babək  Göyüş də  qonaq  qismində  iştirak  edirdi. Görüşdə  poeziya  nümunələri  səslənmiş, məclislərin  fəaliyyətindən  bəhs  olunmuş, İranda  baş  verən  zəlzələdən  sonra  soydaşlarımızın  vəziyyətindən, maddi, tibbi  və  mənəvi  yardıma  ehtiyacı  olmalarından  və  bir  neçə  ay  öncə  həbs  olunmuş  gənc  şairlərin  mühakimə  səbəblərindən  danışılmışdır.